Məhkəmə qərarları › İş №2(021)-1017/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1017/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1017/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək JN 0123, KOD 61011028 saylı torpağın mülkiyyətə verilməsinə X23nın ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Aqrar İstehsalat Komissiyasının 2000-ci il tarixli 12 saylı qərarı ilə onlara Bərdə rayonu Qəhrəmanlı kəndində ümumilikdə 0,08 ha torpaqa sahəsi verilmişdir, bu barədə JN123 KOD61011028 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə X23 da verilmişdir. Sözügedən şəhadətnamədə onun ata adı yanlış yazılmışdır. Ona məxsus olan sənədlərdə o cümlədən şəxsiyyət vəsiqəsində ata adı düzgün və müvafiq olaraq Hümbət qızı qeyd edilmişdir. Bərdə rayonu Aqrar İstehsalah Komissiyasının 02 oktyabr 1998-ci il tarxli 132 saylı qərarı ilə onlara verilmiş JN0123 KOD 61011028 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə X23nda müvafiq düzəliş edilməsi barıədə DƏDRX-inin 7 saylı Bərdə ərazi idarəsinə müraciət etsələrdə, sözügedən qurumdan onlara şifahi olaraq məhkəməyə müraciət etməklərini məsləhət görüblər. Rəsmi cavab verilməmişdir. Torpağın Mülkiyyətə verilməsinə X23nda olan addakı uyğunsuzluğu başqa cür aradan qaldıra bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, ərizəçinin yaxın qohumlarıdır. Ona torpaq sahəsi verilmiş, sənəddə səhvlik olmuşdur, buna görə də sənədləşmələrdə çətinlik yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, ərizəçinin qohumudur, onun torpağının sənədində sənədində səhvlik olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN0123 KOD 61011028 olan Torpağın mülkiyyət hüququna X23nın surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 nömrəli qəqrına əsasən Bərdə rayonu, Mollaisalar kənd sakinləri X1, Ərizəçi Hüseyn qızının, X2, X7, X4 mülkiyyətinə Bərdə rayonu, Mollaisalar kəndində 2.30 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu, Kolayır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 590 saylı, 14 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ilə Ərizəçi Hüseyn qızı eyni şəxsdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1966-cı ildə Bərdə rayonu, Göyüşlqüq kəndində doğulmuşdur, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15312711 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 08 fevral 1966-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Mollaisalar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 19 aprel 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan İV-JQ 358908 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə X8 21 avqust 1987-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Sarıyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 24611 nömrəli 13 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X8 xx xxxxxxx 1966-cı ildə doğulmuşdur, atası X14, anası X3r. İş materiallarında olan AZ-İ nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 10 iyul 2019-cu ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN0123 KOD 61011028 olan Torpağın mülkiyyət hüququna X23nın Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN0123 KOD 61011028 olan Torpağın mülkiyyət hüququna X23nın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar