Məhkəmə qərarları › İş №2(021)-1038/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1038/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1038/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-0091 KOD 61000088 olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli qərarına əsasən onlara ailə üzvüləri ilə birlikdə Bərdə rayonu, Soğanverdilər kəndində torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-0091 KOD 61000088 olan Dövlət aktı da almışlar. Həmin dövlət aktında soyadında səhvlik olmuşdur, onun soyadı Ərizəçi olduğu halda X2 qeyd edilib. Dövlət aktında olan səhvin düzəldilməsi üçün maraqlı şəxsə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Odur ki, JN-0091 KOD 61000088 olan Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçil Ərizəçi ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, Ərizəçi qohumu olmaqla, qonşudurlar. Onun soyadı Kazımzadədir, lakin torpaq sənədində səhv olaraq Quliyev yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Ərizəçi ilə qonşudurlar. O nun soyadı Kazımzadədir, lakin torpaq sənədində səhv olaraq Quliyev yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, Ərizəçi ilə qonşudurlar. Torpaq sənədində Xəzərin soyadı səhv yazılmışdır. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0091 KOD 61000088 olan Dövlət aktı saylı dövlət aktının əslindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 saylı qərarına əsasən Bərdə rayonu Soğanverdilər kənd sakinləri X8, X4, X5, X6 mülkiyyətinə Bərdə raynonu, Soğanverdilər kəndidə 2.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE 17578145 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 29 may 1993-cü il tarixdə Bərdə rayonu, Soğanverdilər kəndində doğulmuşdur, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1994-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətində müəyyən olunur ki, X1 02 iyul 1993-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 15 aprel 1996-cı ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 18341090 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 04 sentyabr 1998-ci ildə Bərdə rayonu, Soğanverdilər kəndində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon inzibati ərazi vahidinin Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 47 nömrəli 03 fevral 2022 tarixli arayışdan müəyyən olunur ki, dövlət aktında yalnış olaraq yazılmış X14 ilə Soğanverdilər kənd sakini Ərizəçi eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 284815 nömrəli,16 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1994-cü il ildə doğulmuşdur, atası X16, anası X9r. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********316 nömrəli 04 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0091 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0091 KOD 61000088 dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X6 adına verilmiş JN-0091 KOD 61000088 dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 adına verilmiş JN-0091 KOD 61000088 dövlət aktının Ərizəçi məxsus olması olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar