Məhkəmə qərarları › İş №2(021)-1039/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1039/2022

24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1039/2022 24.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X24 oğlunun, Ərizəçi Cəfərova Birliyand Qabil qızının iştirakları ilə, Ərizəçi Cəfərova Birliyand Qabil qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Cəfərova Birliyand Qabil qızı ərizə ilə məhkəməyə müraciət edərək A 078650 saylı plan ölçü sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Cəfərova Birliyand Qabil qızı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi idarəsi A 078650 saylı plan ölçülü sənədində olan Cəfərova Birliyandın atası Qabil olması göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət ediblər. Ona 25 oktyabr 2021-ci il tarixdə rəsmi məktub göndəriblər ki, məhkəməyə müraciət etsin. Bu barədə Gəncə İnzibati Məhkəməsinə müraciət ediblər və iddia ərizəsini mümkünsüz saydılar ki, rayon məhkəməsinə verə bilərlər. Ona görə də texniki səhv olaraq ata adı göstərilmədiyi üçün sözgedən sənəddə X2 faktının təsdib edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var. Məhkəmə iclasında ərizəçi Cəfərova Birliyand Qabil qızı ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, ərizəçi onun həyat yoldaşının bacısıdır. Ona verilən torpaq sənədində atasının adı səhv göstərilmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərdi ki, ərizəçi ilə qonşudur. Ona verilən torpaq sənədində səhvlik olmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, ərizəçi onun arvadıdır. Arvadının adına verilən torpağın plan ölçü sənədində səhvlik olmuşdur. Səhvin düzəldilməsi üçün müraciət etsələr də, nəticəsi olmamışdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cəfərova Birliyand Qabil qızı 10 avqust 1964-cü ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, Babək küçəsi ev 22 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA3782116 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cəfərova Birliyand Qabil qızı 10 avqust 1964-cü ildə Bərdə şəhərində doğulmuşdur. İş materiallarında olan AZE 05830228 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 29 iyul 1956-cı ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 04255300 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 03 dekabr 1947-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 17976019 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 16 sentyabr 1957-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, Babək küçəsi ev 29 ünanında qeydiyyatdadır. İş materiallarında olan 05Q/69-382/12 nömrəli arayışdan müəyyən olunur ki, X12 ilə X6 06 mart 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan 05/69-363 nömrəli arayışın surətindən müəyyən olunur ki, X14 ilə X15 27 aprel 1956-cı ildə nikah qeyd etdirməklə evlənmiş, nikahdan sonra arvada Kamalova soyadı verilmişdir. İş materiallarıında olan AZ-T 200692 nömrəli doğum haqqında şəhadətnamənin surtindən müəyyən olunur ki, X9 10 avqust 1964-cü iildə doğulmuş, atası X14, anası X10r. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********28 nömrəli 25 oktyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi X1 düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlt aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, A 078650 saylı plan ölçü sənədinin X4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Cəfərova Birliyandın adına verilmiş A 078650 plan ölçü sənədinin X4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Cəfərova Birliyandın adına verilmiş A 078650 plan ölçü sənədinin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar