Məhkəmə qərarları › İş №2(021)-1048/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1048/2022

18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1048/2022 18.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X22 oğlunun, Ərizəçi, onun nümayəndəsi və vəkili X6 iştirakları ilə, Ərizəçilər Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-0426 KOD 61000108 olan dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Aqrar istehsalat Komissiyasını 05 iyul 2005-ci il tarixli,03 saylı qərarı əsasında onlara və digər üzvlərinə Bərdə rayonu Əmirli kəndində 1,52 ha torpaq sahəsi və həmin torpağa mülkiyyət hüququna dair, JN 426, KOD ********* saylı dövlət aktı verilmişdir. Həmin dövlət aktında ailə başcısı kimi Həsənov Musanın atasının adı Əmo olmasına baxmayaraq səhvən Əhməd yazılmışdır. Bundan başqan həmin dövlət aktında Ərizəçi münasibətdə ad qrafasında texniki səhv olaraq “Bəhman” kimi qeyd edilmişdir. X10 2010-cu ildə vəfat etmişdir. Torpağa mülkiyyət hüququna dari JN 426, KOD ********* saylı dövlət aktında müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələrdə heçbir nəticəsi olmamışdır. Həmin sənəddə uyğunsuzluğu başqa cür həll edə bilmir. Hazırda həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyirlər, lakin sənəddə uyğunsuzluq olduğunundan mümkün olmamışdır, bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X12 ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Vəkilov Əhəd Əmo oğlu Ərizəçi əmisidir. Onların atasının adı Əmo olmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, ərizəçi yeznəsidir. Yeznəsinin babasının adı Əmo olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa Mülkiyyət Hüququna dair JN-0426 KOD 61000108 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 03 saylı qərarına əsasən Bərdə rayonu Əmirli kənd sakini X11, X5, Həsənova Məhbubə Musa qızının, X7 mülkiyyətinə 1.52 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 15 may 1927-ci ildə doğulmuşdur, atası X20, anası X1. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Nümayəndə xx xxxxxx 1960-cı ildə Bərdə rayonu Xanərəb kəndində doğulmuş, Bərdə rayonu, Əmirli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 354179 nömrəli şıxarışdan müəyyən olunur ki, X21 ilə X13 01 mart 1962-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki, X21 26 oktyabr 2010-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 324 nömrəli, 12 oktyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X21 ilə X15 eyni şəxsdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1965-ci ildə doğulmuş, X10, anası X8r. İş materiallarında olan Bərdə rayonu Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 315 nömrəli, 12 oktyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Nümayəndə Bərdə rayonu, Əmirli kəndində yaşayır. İş materiallarında olan AZE 04255267 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 01 iyul 1949-cu ildə Bərdə rayonu, Əmirli kəndində doğulmuş, Bərdə rayonu, Əmirli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 04254697 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Vəkilov Əhəd Əmo oğlu 22 sentyabr 1940-cı ildə doğulmuş, Bərdə rayonu, Əmirli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1965-ci ildə doğulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********96 nömrəli 20 oktyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Nümayəndə JN 426 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0426, KOD 61000108 dövlət aktının X16 və Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X11 və X7 adına verilmiş JN-426, KOD 61000108 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X16 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X11 və X7 adına verilmiş JN-426, KOD 61000108 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X16 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar