Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1053/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X23 oğlunun, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-0074 KOD 61001038 olan dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu kənd Təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN 0074 nömrəli Bərdə rayon XDS tərəfindən verilmiş hüquqların dövlət aktı haqqında sənədində onların mərhum atasının adı X15 əvəzinə X19, Ərizəçi2 əvəzinə, Ərizəçi2 Əvəz qızı kimi qeyd edilmişdir. Səhvin düzəldilməsi üçün müraciət etsələr də JN-0074 KOD 61001038 dövlət aktında olan nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Əriəçi Ərizəçi2 məhkəmə iclasının vaxtı və yeri barədə məluat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, ərizəçilərin qohumudur. Onlara kənd ərazisində pay torpaq sahəsi verilmişdir, torpağın sənədində səhvlik olmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərdi ki, ərizəçilərlə qonşu olmaqla həmkəndlidirlər. Onlara kənd ərazisində pay torpaq sahəsi verilmişdir, torpağın sənədində səhvlik olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0074 KOD 61001038 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 22 iyun tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Tumaslı kənd sakini X11, X3 mülkiyyətinə 1.33 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Alpoud kəndi ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 136 saylı, 24 fevral 2022-ci il tarixli arayşdan müəyyən olunur ki, X1 rayonu, Qarayusifli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Alpoud kəndi ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 126 saylı, 21 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X19 ilə X15 və X7 ilə Ərizəçi2 eyni şəxsdir. İş materiallarında olan AZ-İ 166592 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 ilə X9 26 iyul 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sora qadına Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan İV-JQ 432377 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 03 noyabr 1977-ci ildə doğulmuşdur, atası X15, anası X2r. İş materiallarında oolan İİİ-JQ 385788 nömrəli doğum haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, X9 xx xxxxxx 1975-ci ildə doğulmuşdur, atası X15, anası X2r. İş materiallarında oolan V-JQ 492754 nömrəli doğum haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, X10 06 noyabr 1978-ci ildə doğulmuşdur, atası X15, anası X2r. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1975-ci ildə Bərdə rayonu Tumaslı kəndində doğulmuş, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1977-ci ildə Bərdə rayonu Tumaslı kəndində doğulmuş, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 944666 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 10 iyun 2018-ci ildə ölmüşüdr. İş materiallarında olan AZE 08561200 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur k, X16 08 mart 1974-cü ildə Bərdə rayonu, Tumaslı kəndində doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16041173 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 22 yanvar 1979-cu ildə Bərdə rayonu, Tumaslı kəndində doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********90 nömrəli 22 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, X9 JN-0074 saylı dövlət aktıında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0074, KOD 61001038 dövlət aktının Ərizəçi1, Ərizəçi2, X12 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X11, X4, X17 qqızının adına verilmiş JN-0074, KOD 61001038 torpağın mülkiyyət hüququna dair dövlət aktının X12, Ərizəçi1, Ərizəçi2 oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X11, X4 və X17 qqızının adına verilmiş JN-0074, KOD 61001038 torpağın mülkiyyət hüququna dair dövlət aktının X12, Ərizəçi1 və Ərizəçi2 oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1053/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1053/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver