Məhkəmə qərarları › İş №2(021)-1062/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1062/2023

13.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1062/2023 13.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azəriqaz İB X4 İstismar İdarəsinin Bərdə xidmət sahəsinə qarşı “aktın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB X4 İstismar İdarəsinin Bərdə xidmət sahəsinin ona qarşi qanunsuz tərtib etdiyi 30 iyun 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, hazırkı tələblə X1rşı müraciət etməli olduğu halda , ərizədə cavabdeh kimi Tərtər rayon Regional Qİİ-nin Bərdə rayon Xidmət Sahəsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, filial hüquqi şəxs olmadığından məhkəmədə tərəf ola bilməz. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsində cavabdeh qismində ünvan ünvanda yerləşən X3 göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırkı tələb məhkəməyə düzgün tərtib olunmadan təqdim olunduğundan və MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azəriqaz İB X4 İstismar İdarəsinin Bərdə xidmət sahəsinə qarşı “aktın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azəriqaz İB X4 İstismar İdarəsinin Bərdə xidmət sahəsinə qarşı “aktın etibarsız hesab olunması” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar