Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1065/2021 26.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən yazılmış 232.74 manat cərimə məbləğinin silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Mehdili kəndində yaşayır. Bərdə rayon Lənbəran kəndi ərazisində ona məxsus ferma və tikili yerləşir. Həmin tikiliyə sayğac quraşdırılmış və elektrik enerjisinə görə ödənişlərini vaxtında ödəmişdir. "xxxx" ASC-nin əməkdaşları 14.03.2020-ci il tarixdə həmin fermanınn sayğacına baxış keçirərək akt tərtib etmişlər ki, sayğac istismar müddətini başa vurub, sayğac normal qeyd edir, sayğacın dəyişdirilməsi məqsədəmüvfiqdir, sayğac istismar müddətini keçdiyindən dəyişdirilərək möhürlənməlidir. Bundan sonra "xxxx" ASC-nin əməkdaşları həmin sayğacı söküb özləri ilə aparmış və tikiliyə başqa sayğac quraşdırmışlar. 22.03.2020-ci ildə . "xxxx" ASC-nin əməkdaşları akt tərtib etmişlər ki, guya ona məxsus sayğacın alt hissəsi yanaraq əriyib və təmin olunması mümkün deyildir. Həmin aktın və digər sənədlərin əldə olunması üçün dəfələrlə "xxxx" ASC-yə müraciət etdikdən sonra , həmin sənədləri 10.02.2021-ci il tarixdə əldə etmişlər. Hazırda "xxxx" ASC tərəfindən istifadə etdikləri sayğaca görə ona 232.74 manat cərimə hesablanmışdır. Cərimənin hansı səbəbdən yazıldığı barədə "xxxx" ASC–yə müraciət etdikdə ona bildirmişlər ki, guya ona məxsus sayğac yararsız vəziyyətdə olduğundan aylıq enerji sərfiyyatı pozulmuşdur. Hesab edir ki, yazılmış borc əsasızdır. Buna görə də iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qismən qəbul etdiyini qeyd edərək bildirdi ki, İddiaçı məxsus Bərdə rayon Lənbəran kəndi ərazisində yerləşən fermaya quraşdırılmış sayğaca "xxxx" ASC-nin əməkdaşları baxış keçirərək akt tərtib etmişlər ki, sayğac istismar müddətini başa vurub, sayğac normal qeyd edir, sayğacın dəyişdirilməsi məqsədəmüvfiqdir, sayğac istismar müddətini keçdiyindən dəyişdirilərək möhürlənməlidir. Bundan sonra "xxxx" ASC-nin əməkdaşları həmin sayğacı söküb özləri ilə aparmış və tikiliyə başqa sayğac quraşdırmışlar. Sökülmüş sayğac yoxlamaya göndərilmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə işitrak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1943-cü ildə Bərdə rayon Xanağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mehdili kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 98 saylı 15.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mehdili kəndində yaşayır. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş 034401 saylı Aktdan görünür ki, sayğacın istismar müddətinin keçdiyi, dəyişdirilməli olduğu və sayğacın dəyişməsinin məqsədəmüvafiq olduğu qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş “sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 205625 saylı Aktdan görünür ki, Bərdə rayon Lənbəran kəndində yerləşən, İddiaçı adına olan elektrik sayğacına baxış keçirilərək, 034401 saylı Akta əsasən köhnə tipli sayğacın dəyişdirilib yenisi ilə əvəz olunması, istismardan çıxarılan sayğacın alt sıxac yuvasının əridiyi, sayğacın laboratoriya şəraitində yoxlanılması göstərilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş “sayğacların və cərəyan transformatorlarının yoxlanılması” haqqında 189148 saylı Protokoldan görünür ki, Bərdə rayon Lənbəran kəndində yerləşən, İddiaçı adına olan elektrik sayğacının yoxlama zamanı yükləmədən yandığı, istismara yararsız hala düşdüyü müəyyən olunmuşdur. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin № 034401 saylı 11.06.2020-ci il tarixli İcra Vərəqəsindən görünür ki, İddiaçı Bərdə rayonu Lənbəran kəndində yerləşən evində elektrik enerjisindən kənar istifadəyə istifadəyə görə cəmi borc 232.74 manat təşkil edir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" ASC tərəfindən hazırkı iş üzrə iddiaçı olan İddiaçı məxsus mənzildə quraşdırılmış sayğaca baxış zamanı elektrik sayğacının istismar müddətinin keçdiyi, istismara yararsız hala düşdüyü aşkarlanaraq 034401 saylı Akt tərtib edilmişdir. Həmin Akt əsasında ona 232.74 manat borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin «Qaydaları»n 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.8. İstehlakçı (məişət abonenti istisna olmaqla) aşağıdakı məlumat və hesabatları təqdim etməyə borcludur: 9.8.2. enerjitəchizatı müəssisəsinin və ya «Dövlət Enerjinəzarət» İdarəsinin tələbilə, enerjitəchizatı müəssisəsindən alınmış, subabonentlərə ötürülmüş elektrik enerjisinin miqdarını hesablayan elektrik sayğaclarının (uçot sistemlərinin) göstərişlərinin hər bir hesablaşma dövrünün sonuncu günündə 24 saatlıq qeydiyyatını aparmağa, nəticələri barədə enerjitəchizatı müəssisəsinə və «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat verməyə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd edir ki, Azərişıq” ASC-nin əməkdaşları tərəfindən hesabat 69 gün üçün aparılmışdır, lakin 7 gün üçün aparılmalı idi. Belə ki, 15 mayda göstəriciyə baxılıb, 22 mayda dəyişdirilmişdir. Belə olan halda iddia tələbinin 209.13 manat hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göründüyü kimi tərəflər arasında olan mübahisə elektrik enerjisinin alqı-satqısı ilə bağlı olmaqla iddiaçının istehlak etmiş olduğu elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsinin hesabına ödəməli olduğu halda öhdəliyin icrasından yayınmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bərdə rayonu Lənbəran kəndində yerləşən fərdi yaşayış evinə elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 232,74 manat borcdan 209.13 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-1065/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1065/2021
26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver