Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1078/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X30 oğlunun, Ərizəçi iştirakları ilə, Ərizəçilər Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-101 KOD 61000108 olan dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, X12 onun doğma anasıdıər, anası Xədicə Sadıqova 1930-cu ildə anadan olmuş, 22 noyabr 2011-ci ildə xəstəlikdən ölmüşdür. X1 və X2 dünyalarını dəyişənə qədər Bərdə rayonu Əmirli kəndində onunla birlikdə yaşamışdırlar. Mərhumə anasının adı Xədicə atasının adı Ələkbər, soyadı isə Sadıqovadır bu ad və ata adı onun ölüm haqqında şəhadətnmaəsində doğu haqqında şəhadətnmasəində, nikah haqqında şəhadətnmaəsinə, onun doğum haqqında şəhadətnaməsində və digər sənədlərdədə yazılmışdır. Bütün sənədlərdə ad, ata adı və soyadı X3 qeyd olunmuşdur, Qeyd edir ki, Bərdə rayonu Aqrar İstehsalat Komissiyasının 05 iyul 2005-ci il tarixli 03 saylı qərarı ilə mərhum X1 və X2ndan ibarət ailə üzvlərinə Bərdə rayonu, Əmirli kəndində yerləşən 0,87 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-101 nömrəli KOD 61000108 olan torpağın mülkiyyəti hüququna dair Dövlət Aktıda almışdırlar. Lakin həmin dövlət aktında ana adı Qənahət ata adı isə Adil kimi qeyd olunmuşdur. X1 və X2 hazırda vəfat etmişdirlər. Ona görə də o atasından və anasından miras qalan həmin torpaq sahəsini qəbul etmişdir lakin sözü gedən sənədlərdə səhvliklərin olması ona bəzi çətinliklər yaradır və gələcəkdədə yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak X24 Komitəsinin DƏDRX-nin 7 Saylı Bərdə Ərazi İdarəsinə Müraciət edib. Lakin oradan 08 dekabr 2021-ci il tarixli **********90 nömrəli məktubunda göstərilmişdir ki, Bərdə rayonu Əmirli kəndində yerləşən 0,87 ha kənd təsərüffatlə təyinatlı torpaq sahəsinin verilməsi barədə Torpağa mümlkiyyət hüququna dair JN 101 nömrəli KOD 61000108 kodlu dövlət aktında X6 hanı səbəbdən səhv olaraq səhv təsdiq edilməsi , eyni zamanda həmin səhvin düzlədilməsi xidmətinin 7 saylı X25 səlahiyyətinə aid deyldir. Ona görə də Torpağa mülkiyyət hüququna dair dövlət aktında anası sasdıqova Xədicə Ələkbər qızının adının və ata adının səhv yazılması nəticəsində onun hüquqları pozulmuşdur. Buna görədə o məcbur olub məhkəməyə müraciət edib. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərdi ki, ərizəçi əmi oğlusudur. Əlinin X2dır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X27 izahatında göstərdi ki, ərizəçi Ərizəçi ilə həmkəndlidir. Əlinin anasının adı Sadıqova Xədicə Ələkbər qızıdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, ərizəçi Ərizəçi ilə qonşudur, Əlinin atasını, anasını yaxşı tanıyır. Əlinin anasının adı Sadıqova Xədicə Ələkbər qızıdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa Mülkiyyət Hüququna dair JN-101 KOD 61000108 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 03 saylı qərarına əsasən Bərdə rayonu Əmirli kənd sakini X15 0,87 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ 511383 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Sadıqova Xədicə Ələkbər qızı 12 dekabr 2011-ci ildə ölmüşdür. İş materiallarında evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə X14 21 may 1957-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evləniblər, nikahdan sonra arvada Sadıqova soyadı verilişdir. İş materiallarında olan Bərdə rayonu, Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 415 nömrəli, 14 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X14 olduğu halda islahat aparılan zaman səhvən Sadıqova Qənahət Adil qızı kimi yazılıb. İş materiallarında olan X32 Xidmət Notariat kontoru tərəfindən verilmiş 23911/2021 nömrəli, 02 dekabr 2021 -ci il tarixli məktubdan müəyyən olunur ki, Sadıqov Əli Məhəmməd oğlu X7 qanun üzrə 1-ci növbədə vərəsələri kimi tanınmaq hüququna malikdir. İş materiallarında olan 412 nömrəli, 23 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Əmirli kəndində yaşayır. İş materiallarında olan İİ-401377 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən ounur ki, Ərizəçi xx xxxxxx 1957-ci ildə doğulmuşdur, atası Sadıqov Məhəmməd Cabbar oğlu, X2dır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 2xx xxxxxx 1957-ci ildə Bərdə rayonu, İmirli kəndində doğulmuşdur, Bərdə rayonu, Əmirli kəndində doğulmuşdur. İş materiallarında olan AZE 09313105 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədov Əziz Süleyman oğlu 13 dekabr 1954-cü ildə Bərdə rayonu, İmirli kəndində doğulmuşdur, Bərdə rayonu, Əmirli kəndində doğulmuşdur. İş materiallarında olan AZE07344838 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X27 12 aprel 1958-ci ildə Bərdə rayonu, İmirli kəndində doğulmuşdur, Bərdə rayonu, Əmirli kəndində doğulmuşdur. İş materiallarında olan AZE 17597203 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 14 avqust 1966-cı ildə ildə Bərdə rayonu, İmirli kəndində doğulmuşdur, Bərdə rayonu, Əmirli kəndində doğulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********90 nömrəli 08 dekabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 101 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlt aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-101, KOD 61000108 dövlət aktının X9 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X10 adına verilmiş JN-101, KOD 61000108 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X9 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X10 adına verilmiş JN-101, KOD 61000108 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1078/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1078/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver