Məhkəmə qərarları › İş №2(021)-1090/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1090/2021

20.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1090/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20, İddiaçı Qoçəli qızının iştirakı ilə, İddiaçı Qoçəli qızının Cavabdeh, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə, Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontoruna qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, qəbul edilmiş miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qoçəli qızı məhkəmədə iddia qaldıraraq, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə, Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontoruna qatşı vərəsəlik haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Qəbul edilmiş miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qoçəli qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Mollaəhmədli kəndində anadan olmuşdur, atası məthum X25, anası isə X13r. Yaşadıqları Bərdə rayonu Mollaəhmədli kəndinə ailələrinə məxsus fərdi yaşayış evi ümumi birgə mülkiyyətdə olan 0.51 ha həyətyani torpaq sahəsi, paylı mülkiyyətdə olan 2.62 ha pay torpağı olmuşdur. Dövlət Aktına əsasən pay torpağının mülkiyyətçiləri X25, İddiaçı Qoçəli qızı, Cavabdeh, X26 və X16r. Qardaşı Cavabdeh, ailə üzvləri X26 və X21 ilə birlikdə 2007-ci ildən ata təsərufatından ayrılaraq özünə ev tikib ayrıca yaşamışdır. 14 iyul 2015-ci il tarixdə Cavabdeh və X26 özlərinə məxsus olan pay torpağığ X2, həmin əqd notarial qaydada təsdiq edilmiş 14 iyul 2015-ci il tarixli AN-İ N:0509017 saylı daşınmaz əmlakın alqı satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Anası mərhum X22 29 iyun 1997 ci il tarixdə, atası mərhum X25 isə 10 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış fərdi yaşayış evini və torpaq sahələrindənm ibarət miras əmlakları faktitki olaraq o qəbul etmiş və həmin əmlaklar indiyədik, tərəfindən idarə olunmuşdur. Hətta həmin əmlakların adına maneəsiz sənədləşdirilməsi üçün qardaşı Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnamə 2021-ci ilin noyabr ayınadək qüvvədədir. Ona məxsus olan eyni zamanda atasından miras qalmış əmlaka mülkiyyət hüquqları tanınmış və bu barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Dövlət reyestrindən 20 yanvar 2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Qardaşı Cavabdeh onun xəbəri olmadan tam qanunsuz yolla ata anasından ona miras qalmış 1.048 ha pay torpağını öz mülkiyyətinə keçirmiş bu barədə 05 avqust 2020-ci il tarixli ********** nömrəli çıxarış almışdır. O, atasından miras qalmış pay torpağını sənədləşdirmək üçün DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərkən ona bildirmişləri ki, əmlak qardaşı Cavabdeh adına sənədləşdirilmişdir belə ki, qardaşı Cavabdeh tam qanunsuz olaraq ata anasının yeganə varisi olmasına dair ilkin sənədlər əldə edərək, X7 miras qalmış əmlaka dair 24 iyun 2015-ci il tarixlı, 2V-174 saylı qanun üzrə vərəsəlik haqqında şəhadərnaməsi, 10 yanvar 2019-cu il tarixində vəfat etmiş ataları X8 məxsus miras əmlakın vərəsəsi olmasına dair 24 iyun 2015-ci il tarixli, 2V-175 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alaraq valideyinlərindəm 1,48 ha pay torpaq sahəsinin 05 avqust 2020-ci il tarixli ********** nömrəli çxarışla öz adına rəsmiləşdirmişdir. Valideynlərindən miras qalmış əmlakı o qəbul etmiş 11 ildir ki, həmin əmlaka sahiblik edir atadan miras qalmış ev onun mülkiyyətinə verilmişdir. Ona görə də hesab edir ki, faktiki olaraq qəbul etdiyi ata anasından miras qalmış 1.048 ha pay torpağını qardaşı Cavabdeh mülkiyyətinə keçirilməsi barədə 05 avqust 2020-ci il tarixli ********* saylı çıxarış ilikin sənədlər, vərəsəlik şəhadətnamələri əsəında verilmiş və onun hüquqlarının pozulmasına səbəb olan bir sənəddir. Belə ki, qeyd etdiyi kimi miras əmlakı faktiki olaraq qəbul edərək idarə etmişdir. İddiaçı İddiaçı Qoçaəli qızı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, mərhum Hüseynov Qoçəli Hüseyn oğlundan və X36 qızından miras qalmış əmlaka-pay və həyətyanı torpaq sahəsinə vərsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qoçəli qızı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinin, Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontorunun nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qoçəli qızı xx xxxxxx 1958-ci il tarixdə Bərdə rayon Mollaəhmədli kəndində anadan olmuşdur. Bərdə rayon Mollaəhmədli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 10 avqust 2020-ci il tarixli arayıdan görünütki X27 11 noabr 1958-ci ildə doğulmuşdur atası X25 anası X12r. İş materiallarına əlavə olunmuş 10 avqust 2020-ci il tarixli 411840 nömrəli arayışdan görünür ki, X18 29 iyun 1997-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş 10 avqust 2020-ci il tarixli 324055 nömrəli arayışdan müəyyən olunur ki, X25 10 yanvar 2009-cu ildə ölmüşdür . İş materiallarına əlavə olunmuş JN-101 KOD-61011048 olan dövlət aktının surətindən müəyyən olunur ki, X8 ailə üzvləri ilə birlikdə Bərdə rayon Mollaəhmədli kədnində 2,62 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş 2V-174 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh şəhadətnamə verilən miras əmlak torpağa mülkiyyət verilməsinə dair dövlət aktına əsasən Bərdə rayonu Mollaəhmədli kəndində yerləşən 2.62 ha torpaq sahəsinin X14 məxsus olan hissəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş 2V-173 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh şəhadətnamə verilən miras əmlak torpağa mülkiyyət verilməsinə dair dövlət aktına əsasən Bərdə rayonu Mollaəhmədli kəndində yerləşən 2.62 ha torpaq sahəsinin X8 məxsus olan hissəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş **********33 saylı çıxarışdan görünür ki, Bərdər ayonu Mollaəhmədli kəndində 1.572 ha kənd təsərüfati təyini torpaq sahəsi Cavabdeh adına qeydiyyata alnmışdır. İş materiallarına əlavə olunmuş AN-İ ******* saylı daşınmaz əmlakın alqı satqı müqaviləsi ilə müəyyən olunur ki, Cavabdeh və X5 rayonu Mollaəhmədli kəndində yerləşən pay torpaq sahələrini X3. İş maerialarına əlavə olunmuş Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat ofsinin 1265/2019 saylı 04 oktyabr 2019-cu l tarixli məktubundan görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı Qoçəli qızı X6 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, Bərdə rayonu Mollaəhmədli kəndində yerləşən pay torpaq sahəsi X15, Cavabdeh, X26, X28 və İddiaçı Qoçəli qızının ümumi birgə mülkiyyətindədir. Əlavə olaraq torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı Qoçəli qızına məxsusdur. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakı təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reystrindən verilmiş 24 iyun 2015-ci il tarixli arayışdan görünür ki, əkin məqsədləri üçün ayrılmış 2,62 ha torpaq sahəsi X15, Cavabdeh, X26, X23 və İddiaçı Qoçəli qızının ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 05 avqust 2020-ci il tarixli Çıxarışdan görünür ki, Bərdə rayonu Mollaəhmədli kəndində yerləşən 1,572 ha olan pay torpaq sahəsi 1/3 hissədə İddiaçı Qoçəli qızının, 2/3 hissədə isə Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 və X10 miras qalmış Bərdə rayon Mollaəhmədli kəndində 2.62 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı Qoçəli qızı tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı Qoçəli qızı miras əmlakı faktiki olaraq qəbul etsə də, qardaşı Cavabdeh notariat ofisində yeganə vərəsə olduğunu bildirərək atasından və anasından qalan əmlaka tək vərəsə kimi vərəsəlik şəhadətnaməsi almışdır. Belə olan halda məhkəmə qeyd edir ki, artıq İddiaçı Qoçəli qızı miras əmlakı faktiki qəbul və idarə etdiyi üçün onun vərəsəlik hüququ da tanınmalı, eləcə də atasında və anasından qalan çiras pay torpağanın ona çatacaq hissəsində dair mülkiyyət hüququ əldə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh verilmiş 24 iyun 2015-ci il tarixli 2V-174 saylı və 24 iyun 2015-ci il tarixli 2V- 175 saylı qanun üzrə vərəsəlik haqqıda şəhadətnamə ləğv edilsin. X1 və X10 miras qalmış Bərdə rayonu Molləhmədli kəndində JN 0101 saylı kod 61011048 olan Dövlət aktınd qeyd edilən cizgilər daxilində 1,048 ha ölçüdə pay torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etməsi müəyyən edilməklə ona çatası pay həcmində mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar