Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1102/2023 17.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı və vəkili X*7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh*, Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “*4.*2.202*-ci il qeydiyyat tarixli, *82*02*703 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, 23.*2.202*-ci il Alqı-Satqı müqaviləsinin, *6.03.2022-ci il qeydiyyat tarixli, *82200622* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh* adına verilmiş Bərdə şəhəri, Koroğlu küçəsi, ev 8*2 ünvanına dair *4.*2.202*-ci il qeydiyyat tarixli, *82*02*703 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın; cavabdehlə X8 arasında 23.*2.202*-ci il tarixdə notariat ofisində Reyestrdə 40-2598 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin; mülkiyyət hüquq sahibi X*8 olmaqla *6.03.2022-ci il qeydiyyat tarixli, *82200622* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh* ilə 2008-ci il tarixdə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşlar və 02 may 20**-ci il tarixdə nikahların rəsmiləşdirmişlər. Birgə nikahlarından 22.*2.2008-ci il təvəllüdlü X26 və 26.07.20**-ci il təvəllüdlü X23 anadan olmuşlar. Cavabdehlə ilk vaxtlar normal ailə münasibətlərində yaşasalar da sonradan münasibətləri pozulmuşdur və bu səbəbdən Bərdə rayon Məhkəməsinin 29.09.202*-ci il tarixli, 2(02*)-2043/202* nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh*lə ailə həyatı qurandan sonuncuya məxsus Bərdə şəhəri, Koroğlu küçəsi, ev 8*2 ünvanında yerləşən 3 otaqlı mənzilə gəlin köçüb, nikahları pozulana qədər həmin mənzildə yaşamışlar və 2 uşaqları da həmin evdə anadan olmuşlar. O, övladları ilə birlikdə həmin mənzildə qeydiyyatdadırlar. Buna baxmayaraq Cavabdeh* saxta yolla, onun məlumatı olmadan qeyd edilən mübahisəli mənzilə *4.*2.202*-ci il qeydiyyat tarixli *82*02*703 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Həmin Çıxarışa əsasən mülkiyyət hüququnun sahibi Cavabdeh*dur. Cavabdeh bu saxta Çıxarış əsasında 23 dekabr 202*-ci il tarixdə Bərdə regional «ASAN xidməti» mərkəzində notariat ofisində cavabdehlə X*8 arasında mənzilin alqı-satqısına dair Reyestrdə 40-2598 nömrə ilə qeyd edilmiş müqaviləyə əsasən mənzil sonuncunun adına özgəninkiləşdirilmişdir. Həmin müqavilə əsasında Kamalə Məmmədovanın adına mülkiyyət hüquq sahibi X*8 olmaqla *5.03.2022ci il qeydiyyat tarixli, *82200622* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda onıarın yaşamağa yeri yoxdur. Bərdə rayon Məhkəmsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X*8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X24 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh*, Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri və Cavabdeh* məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. . Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X*8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA№ 29*66** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*987-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş **93 saylı 25.*0.20*4-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Divanlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25.*0.202*-ci il tarixli Arayışdan görünür ki, X26 22.*2.2008-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh*, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25.*0.202*-ci il tarixli Arayışdan görünür ki, X23 26.07.20**-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh*, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(02*)2043/202* saylı 29.*0.202*-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh* ilə X*6 arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 02 may 20**-ci ildə 303 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 22 dekabr 2008-ci il təvəllüdlü X22 və 26 iyul 20**-ci il təvəllüdlü X*9 anaları X5 yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 22 dekabr 2008-ci il təvəllüdlü X22 və 26 iyul 20**-ci il təvəllüdlü X*9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 may 202*-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh* hər ay hər uşağa görə *30 (yüz otuz) manat, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdeh X5 xeyrinə tutulması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş 07.*2.202*-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 28.05.20*8-ci il tarixdə vəfat etmiş-X9 vərəsələri: övladları- X27 və Cavabdeh*dur. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 30.**.202*-ci il tarixdə X30 qizina verilmiş 6*00*3097865-*030* reyestr nömrəli, *82*020*95 qeydiyyat nömrəli dövlət reyestrinden çıxarışa əsasən ünvan 2 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi **5.2 kv/m. yaşayış sahəsi 56.8 kv/m, yardımçı sahəsi 58.4 kv/m. 2 otaqlı olan fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin X*3 məxsus hissəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş 07.*2.202*-ci il tarixli Miras payının bağışlanması müqaviləsindən görünür ki, X27 28.05.20*8-ci il tarixdə vəfat etmiş anası X*0 vəfatından sonra miras Cavabdeh* bağışlamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-*82*02*703, qeydiyyat tarixi-*4.*2.202*-ci il, reyestr nömrəsi-6*00*3097865-*030* olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.03 ha orpaq sahəsində yerləşən ümumi sahəsi **5.2 kv.m olan fərdi yaşayış evi Cavabdeh* tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Satıcı Cavabdeh* ilə X4 arasında bağlanmış 23.*2.202*-ci il tarixli AN-İ № *009565 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, ünvan 4 ünvanda Cavabdeh* mülkiyyətində olan 0.03 ha torpaq sahəsi ünvanında yerləşən, ümumi sahəsi **5.2 kv/m, yaşayış sahəsi 56.8 kv/m, yardımçı sahəsi 58.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə X*4 2*500 manata satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən vəkilin sorğusuna 23.**.2022-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd edilən Cavabdeh* ilə X2* arasında bağlanmış olan 23 dekabr 202*-ci il tarixli, reyestrdə 40-2598 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bərdə şəhəri, Koroğlu küçəsi 8/2 saylı fərdi yaşayış evi X** adına *5.03.2022-ci il tarixli, *82200622* qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Kadastri ve Reyestri Publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində qeydiyyata alınmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X*2 “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh* ilə X*6 arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 02 may 20**-ci ildə 303 saylı akt qeydi ilə nikah bağlanmışdır. Onlarin birgə nikahlarından iki övladları vardır. Tərəflər arasında bağlanmış nikah Bərdə Rayon Məhkəməsinin 2(02*)2043/202* saylı 29.*0.202*-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda iddiaçının mübahisələndirdiyi iddia tələbinin predmeti olan ünvan 3 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi **5.2 kv.m olan fərdi yaşayış evi Cavabdeh* 28.05.20*8-ci il tarixdə vəfat etmiş-X6 miras olaraq qalmışdır.Həmin ev də X*. Məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən tələblər bir- biri ilə qarşılıqlı surətdə əlaqəli tələblərdir. Azərbaycan Respublikasının MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddianın predmeti olan fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə Cavabdeh* 28.05.20*8-ci il tarixdə vəfat etmiş- anası X7 miras olaraq qalmışdır. 07.*2.202*-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Bərdə şəhəri, Koroğlu küçəsi 8/2 saylı fərdi yaşayış evi Cavabdeh* adına *4.*2.202*-ci il tarixli, *82*02*703 qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Kadastri ve Reyestri Publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində qeydiyyata alınmışdır. 23.*2.202*-ci il tarixli AN-İ № *009565 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh* həmin fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsi ilə birlikdə X2. Hazırda həmin alqı-satqı müqaviləsi əsasında Bərdə şəhəri, Koroğlu küçəsi 8/2 saylı fərdi yaşayış evi X** adına *5.03.2022-ci il tarixli, *82200622* qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Kadastri ve Reyestri Publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.*-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.*. və 405.*. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə iclasında 23.*2.202*-ci il tarixli AN-İ № *009565 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 337-347-ci maddələrində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilməmiş, müqavilə qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır. Mülki Məcəllənin 225.*-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.*-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Sadalanan qanunvericilik normalarından görünür ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh* əvəzsiz qaydada verilmişdir. Yəni ər-arvadın birgə mülkiyyəti kimi təşkil etmir. Məhkəmə həmçinin qeyd edir ki, əqdin etibarsızlığına dair müddət bir il nəzərdə tutulmuşdur. İşdən isə müəyyən olunur ki, Cavabdeh* ilə X20 arasında bağlanmış alqı-satqı müqaviləsi 23.*2.202*-cı il tarixdə olmuşdur. Yəni etibarsızlığa dair müddətdə keçmişdir. Beləliklə, məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi ərlə arvadın birgə mülkiyyəti sayılmadığından və qanunvericiliklə müəyyən olunmuş etibarsızlığa dair müddət ötürüldüyündən 23.*2.202*-ci il tarixli AN-İ № *009565 saylı “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilə bilməz. Mülki Məcəllənin 425.*.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin *6.*-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.*-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (*27-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (*27-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın *4-cü maddəsinin *-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin *-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı və onun vəlikinə X8 cabdeh kimi cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məhkəməyə verilməmişdir. Bu isə iddiaya cavab verməli olan şəxsin cavabdeh qismində iştirakdan kənar qalmasına və nəticədə 3-cü şəxs kimi cəlb olunasına səbəb olmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.*, 9.3 və 88-ci maddələri). Azərbaycan Respublikasının MPM-nin 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 76.*.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*3-2*4, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh*, Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “*4.*2.202*-ci il qeydiyyat tarixli, *82*02*703 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, 23.*2.202*-ci il Alqı-Satqı müqaviləsinin, *6.03.2022-ci il qeydiyyat tarixli, *82200622* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumları iddiçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1102/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1102/2023
17.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver