Məhkəmə qərarları › İş №2(021)-1110/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1110/2021

21.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1110/2021 21.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Ərizəçi Ərizəçi Süleyman qızının iştirakları ilə, Ərizəçi X2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Süleymman qızı məhkəməyə ərizə ilə müraciət edərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Süleyman oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 20 yanvar 1990-cı il təvəllüdlü oğlu X11 uzun müddətdir ki, fiziki və psixi cəhətdən sağlam deyil. İlhami Alıyev özünü müstəqil idarə edə bilmir, öz hərəkətlərinin mənasını anlamır, daima yardıma və nəzarətə ehtiyacı vardır, ona özü və qızı baxır, bu səbəbdən də hesab edir ki, onun fəaliyyət qabliyyətsizliyi məhkəmə qaydasında müəyyən edilməlidir. X2 “Fəaliyyət qabiliyyəti olmayan” hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Süleyman qızı ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizəçi Əfsanə Rəsulovanın qızları X3 və X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buiraxdığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 may 1981-ci il tarixli İİ-JQ 365997 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Alıyev Xanoğlan Təyyar oğlu ilə Sultanova Fatgma Süleyman qızı arasında nikah 18 may 1981-ci il tarixdə qeyd edilmişdir. Nikahdan sonra arvada Alıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş XV-JQ 273225 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə Ərizəçi Süleyman qızının birgə nikahından 20 yanvar 1990-cı ildə Alıyev İlhami Xanoğlan oğlu adlı bir uşaqları doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-1110/2018 saylı 18 mart 2021-ci il tarixli qərardadına əsasən Ərizəçi Süleyman qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 870 saylı 23 aprel 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X8 Ağır əqli gerilik (F27) aşkar olunur. Bunu anamnestik məlumatlar-psixi inkişafdan geri qalması, kobud nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin müayinə zamanı aşkar olunan əlamətlər-kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emossianal irad sfersının enməsi, yaddaş və intelektin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, Alıyev İlhami Xanoğlan oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Alıyev İlhami Xanoğlan oğlunda əqli gerilik aşkar olunur. X11 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, Alıyev İlhami Xanoğlan oğlunun səhhəti onun məhkəmə iclasında iştiraklarını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçi Alıyeva Fatgma Süleyman qızının oğlu Alıyev İlhami Xanoğlan oğlunun fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi Alıyeva Fatma Süleyman qızının fəaliyyət qabiliyyəti olmayan hesab etməyə dair ərizə təmin edilisin. Ərizəçi Süleyman qızının oğlu X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar