Məhkəmə qərarları › İş №2(021)-1112/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1112/2021

20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1112/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X9 katibliyi Ərizəçilər Ərizəçi1 Ərizəçi2 Ərizəçi3 Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN 305 KOD 61000088 saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat komissiyasının 04 dekabr 1996-cı il tarixli qərarı əsasında ailə üzvlərinə Bərdə rayonu Soğanverdilər kəndində 3,42 ha torpaq sahəsi verilmiş və həmin torpağa mülkiyyət hüququna dair JN 305, KOD 61000088 saylı dövlət aktı verilmişdir. Həmin dövlət aktında Ərizəçi1 münasibətdə ata adı texniki səhv olaraq “Elyas” kimi, Ərizəçi2 münasibətdə ata adı texniki səhv olaraq “Möhübbət” kimi, Ərizəçi3 münasibətdə ata adı texniki səhv olaraq “Möhübbət” kimi, Ərizəçi4 münasibətdə ata adı texniki səhv olaraq “Möhübbət” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN 305, KOD 61000088 saylı dövlət aktında müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Həmin dövlət aktında ata adı qrafasında uyğunsuzluğu başqa cür həll edə bilmirlər. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etmək istəyirlər. Lakin sənədlərdə uyğunsuzluq olduğundan mümkün olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X10 göstərmişlər ki, ərizəçilər qohumlarıdır. Ərizəçilərin adına verilmiş Dövlət aktında Ərizəçi1 ata adı texniki səhv olaraq “Elyas” kimi, Ərizəçi2 ata adı texniki səhv olaraq “Möhübbət” kimi, Ərizəçi3 ata adı texniki səhv olaraq “Möhübbət” kimi, Ərizəçi4 ata adı texniki səhv olaraq “Möhübbət” kimi qeyd olunmuşdur. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-305 saylı KOD 61000088 olan Dövlət aktından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 nömrəli qərarına əsasən Bərdə rayonu Soğanverdilər kənd sakinləri X2, Ərizəçi1 Elyas qızının, Ərizəçi2 Möhübbət qızının, X1, Ərizəçi3 Möhübbət oğlunun və Ərizəçi4 Möhübbət oğlunun mülkiyyətinə 3,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soiğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 431 saylı 24 sentyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, JN-305, KOD 61000088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında yazılmış “Ərizəçi2 Möhübbət” oğlu ilə Ərizəçi2 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soiğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 433 saylı 24 sentyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, JN-305, KOD 61000088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında yazılmış “Ərizəçi1 Elyas” qızı ilə Ərizəçi1 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soiğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 430 saylı 24 sentyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, JN-305, KOD 61000088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında yazılmış “Ərizəçi3 Möhübbət” oğlu ilə Ərizəçi3 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soiğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 432 saylı 24 sentyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, JN-305, KOD 61000088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında yazılmış “Ərizəçi4 Möhübbət” oğlu ilə Ərizəçi4 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon VVADQ şöbəsi tərəfindən verilmiş 29 may 2003cü il tarixli AZ-İ 044406 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 09 aprel 2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Kirovbad ZAQS şöbəsi tərəfindən verilmiş 10 iyul 1975-ci il tarixli İ-ЖГ 323661 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 və X7 10 iyun 1975-ci ildə 555 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. İş materiallarında olan Bərdə rayon Kətəlparaq kənd soveti tərəfindən verilmiş 11 oktyabr 1984-cü il tarixli İX-ЖГ 494817 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxx 1984-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X5, ana qrafasında anası kimi Ərizəçi1 Adiq qızı qeyd edilmişdir. İş materiallarında olan Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 20 noyabr 1975-ci il tarixli İİİ-ЖГ 471413 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1975-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X5, ana qrafasında anası kimi Ərizəçi1 Adiq qızı qeyd edilmişdir. İş materiallarında olan П 735941 saylı diplomun surətindən müəyyən olunur ki, X8 1948-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olmuş və 1953-cü ildə tam kursu bitirmişdir. İş materiallarında olan Г-İ 031062 saylı diplomun surətindən müəyyən olunur ki, X7 1973-cü ildə H.Zərdabi adına X14 institutuna daxil olmuş və 1977-ci ildə tam kursu bitirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********149 nömrəli 30 dekabr 2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi2 JN-305 saylı dövlət aktında ata adlarının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-305 KOD 61000088 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X2, Ərizəçi1 Elyas qızının, Ərizəçi2 Möhübbət oğlunun, X1, Ərizəçi3 Möhübbət oğlunun və Ərizəçi4 Möhübbət oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-305 KOD 61000088 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2, Ərizəçi1 Elyas qızının, Ərizəçi2 Möhübbət oğlunun, X1, Ərizəçi3 Möhübbət oğlunun və Ərizəçi4 Möhübbət oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-305 KOD 61000088 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar