Məhkəmə qərarları › İş №2(021)-1117/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1117/2022

14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1117/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X21 katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək 31 avqust 1998-ci il tarixli 12 saylı qərarla onlara Bərdə rayonu Hacılı kəndində verilmiş 0,08 ha torpaq sahəsinə dair JN-042A KOD-61022058 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara və X4na məxsus olması faktının təstiq edilməsinə və qeyd olunmuş yanlışların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayonu Hacılı kəndində yerləşən 0,08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-042A KOD-61022058 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə verilmişdir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin adınadır. Hazırda onlara verilmiş torpağa mülkiyyət şəhadətnaməsində onun soyadında və ata adında, adı qeyd olunmuş digər şəxslərin adlarında səhvlik baş vermişdir. Belə ki, onun soyadı və ata adı Ərizəçi1 olduğu halda soyadı və ata adı səhv olaraq X2, adı Ərizəçi2 olduğu halda adını səhvən X7, adı X24 olduğu halda adını səhv yazılaraq X5 qeyd edilib. X24 20 may 2021-ci il tarixdə vəfat etmişdir. Onun soyadının və ata adının, digər adı olan şəxslərin adının JN-042A KOD-61022058 saylı Torpağa mülikiyyət şəhadətnaməsində düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciyyət etsələr də heç bir nəticəsi olmamışdır. Lakin hal-hazırda JN-042A KOD-61022058 saylı Torpağa mülkiyyət şəhadətnaməsində olan yanlışların düzgün qeyd edilməsini istəyirlər, çünki, bu ona bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini müdafiə etmiş və ərizələrdə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X3 ifadə verərək göstərmişlər ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 olduğu halda soyadı və ata adı səhv olaraq X2, Ərizəçi2 olduğu halda adı səhvən X7, X12 adı səhv yazılaraq X5 qeyd edilib. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-042A №-li 61022058 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən Bərdə rayonu Hacılı kənd sakinləri X9, X10 və X13 ümumi mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Şatırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli 84 saylı arayışdan müəyyən olunur ki, JN-042A KOD 61022058 nömrəli şəhadətnamədə səhvən Ərizəçi1 X2 yazılıb, hər iki şəxs eyni şəxsdir. Həmin şəhadətnamədə Ərizəçi2 səhvən X7 yazılıb, əslində hər iki şəxs eyni şəxsdir. Həmin şəhadətnamədə X1 X5 yazılıb, əslində hər iki şəxs eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli AZ-İİ 152586 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 20 may 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2008-ci il tarixli AZ-İİ 124325 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1992-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X25, ana qrafasında anası kimi Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1969-cu ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X31, ana qrafasında anası kimi X20 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 avqust 2010-cu il tarixli AZ-İİ 515969 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 12 aprel 1994-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X25, ana qrafasında anası kimi Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 71 saylı 04 aprel 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, rayon Dövlət Arxivində 76 saylı fondda mühafizə edilən Bərdə rayon Şatırlı kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1990-1995-ci illərə aid Hacallı kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabın 246 saylı şəxsi hesabına əsasən X6nun ailə başçısı olduğu, həyat yoldaşı Ərizəçi1 adına olan torpağın 1990-1991-ci illərdə 0,08 ha olduğu qeyd olunub. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 268 saylı 10 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayon Hacılı kəndində xx.xx.1998-ci ildə 12 saylı qərarla 0,08 sot həyətyanı torpaq sahəsi verilmişdir. Aşağıdakı ailə üzvləri var: 1. X6əri, 2. X4-oğlu, 3. Ərizəçi2-qızı. İş materiallarında olan Bərdə rayonu Şatırlı kənd sovetliyi tərəfindən verilmiş 20 aprel 1989-cu il tarixli İV-ЖГ 442236 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 ilə Ərizəçi1 20 aprel 1989-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Orucova soyadı verilmişdir. İş materiallarında olan E 009096 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 2002-ci ildə Bərdə şəhər uşaq incəsənət məktəbinə daxil olmuş və 2007-ci ildə məktəbin tam kursunu fortapiano ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-042A, KOD 61022058 saylı şəhadətnamənin X11, X15 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X9, X10 və X13 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-042A KOD 61022058 saylı şəhadətnamənin X11, X15 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X9, X10 və X13 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-042A KOD 61022058 saylı şəhadətnamənin X11, X15 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar