Məhkəmə qərarları › İş №2(021)-1118/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1118/2021

09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1118/2021 09.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə məhkəmə sədrinin özü-özünə verdiyi etiraza açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X3 Regional Qaz İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 216 manat məbləğində cərimənin və yeni sayğacın quraşdırılması üçün ödənilmiş 92,50 manat məbləğində pulun qaz sərfiyyatına görə yaranmış borcdan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Daim mavi yanacaqdan istifadəyə görə hesablanmış qaz pulunu vaxtlı-vaxtında ödəmişdir. “Azəriqaz” X3 Regional Qaz İdarəsinin Bərdə rayon filialının əməkdaşları 28 aprel 2020-ci ildə onların yaşadıqları evdə quraşdırılmış sayğaca baxış keçirmiş, ******* nömrəli akt tərtib etmişlər ki, “sayğac minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləyir, sayğacın çıxış plasmas borusunda deşik aşkar olunmuş, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfindən ödənilməlidir”. Bundan sonra sayğac yenisi ilə əvəz olunmuşdur. Bu səbəbdən də ona 216 manat cərimə borcu yazılmışdır. Tərəflərindən sərf olunmuş mavi yanacağın dəyəri sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtı-vaxtında ödənilmiş, eyni zamanda quraşdırılmış sayğaca hər hansı bir kənar müdaxilə olunmamışdır. Qaz sayğacının dəyişdirilməsi üçün 92,50 manat ödəmişdir. Bu barədə ona ödəniş qəbzi təqdim olunmamışdır. Bu səbəbdən də hesab edir ki, sayğaca onların tərəfindən kənar müdaxilə olunmadığından qanunsuz yazılmış cərimə borcu məbləği silinməlidir. Hal-hazırda cavabdeh təşkilatın ondan 216 manat məbləğində pul vəsaiti tələb etməsi, hüquqlarının pozulmasına və nəticə etibarı ilə hazırkı qış fəslində yaşayış şəraitlərinin normal gedişatına mənfi təsir göstərə bilər. Hesab edir ki, cavabdeh “Azəriqaz” X3 Regional Qaz İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 216 manat məbləğində cərimə məbləği və yeni sayğacın quraşdırılması üçün ödənilmiş 92,50 manat məbləğində pulu qaz sərfiyyatına görə yaranmış borcdan silinməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə iddiaçı X2 Rayon Məhkəməsində Məsləhətçi (iclas katibi) vəzifəsində işləyir. Azərbaycan Respublikası MPM-nin 19.2 və 19.2.1-ci maddəsinə əsasən hakim əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.2.3. O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Azərbaycan Respublikası MPM-nin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Məhkəmə hesab edir ki, işə baxan hakim onun sədrliyi ilə Bərdə Rayon Məhkəməsində Məsləhətçi (məhkəmə iclas katibi) işləyən İddiaçı “Azəriqaz” İB-nə qarşı cərimə məbləğinin silinməsinə dair iddia ərizəsinə dair mülki işə baxılacağı təqdirdə gələcəkdə çıxarılacaq hər hansı qərarın obyektivliyinə şübhələrin olmaması məqsədi ilə, məhkəmənin sədri Məhərrəm Allahverdiyev özü-özünə verdiyi etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 19, 21, 264, 264-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair 2(021)-1118/2021 saylı mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyevin özü-özünə vermiş olduğu etiraz baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar