Məhkəmə qərarları › İş №2(021)-1119/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1119/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1119/2021 18.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Ocaqova (Əhmədova) Nətavan Eldəniz qızının iştirakları ilə, Ərizəçi Ocaqova (Əhmədova) Nətavan Eldəniz qızı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ocaqova (Əhmədova) Nətavan Eldəniz qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair **********330 çıxarışın ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ocaqova (Əhmədova) Nətavan Eldəniz qızı ərizəsini onunla əsaslandırmışdır ki, atası X1 və onun mülkiyyətində Bərdə rayonu, Samux kəndində 1,3719 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır, onlara məxsus torpaq sahəsi DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır, həm in çıxarışda ata adı texniki səhv olaraq qeyd edilməmişdir. O, 02 aprel 2014-cü il tarixdə X5 ilə ailə qurmuş, ailə qurduqdan sonra soyadı dəyişilərək Ocaqova kimi qeyd edilmişdir. Çıxarışda müvafiq düzəliş dilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır, həmin sənəddə uyğunsuzluğu başqa cür həll edə bilmir, bu səbəbdən də məcbur olub məhkəməyə mür aciət etmişdir Məhkəmə iclasında ərizəçi Ocaqova (Əhmədova) Nətavan Eldəniz qızı ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair **********330 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Samuxlu kəndində X1 və Ərizəçinın mülkiyyətinə 1,3719 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********57 nömrəli 29 yanvar 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, X3 çıxarışda adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə çıxarışda düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, **********330 nömrəli hüquqların Dövlət Resyterində qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın ərizəçiyə məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Əhmədov Eldəniz Ələkbər oğlunun adına verilmiş Hüquqların Dövlət Resyterində qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın Ocaqova (Əhmədova) Nətavan Eldəniz qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi adına verilmiş, **********330 nömrəli hüquqların Dövlət Resyterində qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın Ocaqova (Əhmədova) Nətavan Eldəniz qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar