Məhkəmə qərarları › İş №2(021)-1121/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1121/2022

23.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1121/2022 23.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X25 katibliyi, Ərizəçi, maraqlı şəxslər X10, X11 və X12 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Tumaslı kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışı sənədində torpağın dövlət qeydiyyatı barədə, Azərbaycan Respublikası Bərdə rayonu RX ******* nömrəli dövlət reyestrindən çıxarış sənədində göstərilən X17 əvəzinə, X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saya Bərdə Rayonu ******* nömrəli Dövlət Reyestrindən Çıxarış sənədində onun mərhum anasının adı və ata adı X18 əvəzinə X2 qeyd edilmişdir. Onlar Azərbaycan Respublikası Əmlak Məsələləri Bərdə rayon XDS müraciət edərək, həmin idarə tərəfindən verilmiş hüquqların dövlət reyestri haqqında ******* nömrəli çıxmış sənədində yol verilmiş nöqsanları aradan qaldırılsın. Lakin ərizələrinə cavab verilmişdir ki, həmin nöqsanların aradan qaldırılması məhkəmənin səlahiyyətinə aiddir. Sənəddə olan soyad və addakı səhvlərinə görə onlar həmin paylı əmlaklarını notarial qaydada satmaq, bağışlamaq əməliyyatını həyata keçirə bilməmişlər. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər X26, X27, X28 ərizəçinin onların qardaşı olduğunu, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışda anaları X1 və adı texniki səhv olaraq X2 qeyd edildiyini, ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X29 və X39 ifadə verərək göstərmişlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışda ərizəçinin anasının soydı və adı X18 olduğu halda səhvən X2 qeyd edilmişdir. Əslində isə ərizəçinin anasının soyadı və adı X8r. İş materiallarında olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan müəyyən olunur ki, Bərdə rayonu Tumaslı kənd sakinləri X13, X5, X6, X14, Ərizəçi və X15 ümumi birgə mülkiyyətinə 3,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli AZ-İİ 152207 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 12 yanvar 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli ölüm akt qeydindən çıxarışdan müəyyən olunur ki, X18 23 noyabr 2009-cu ildə Bərdə rayonu Tumaslı kəndində ölmüşdür. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 99 saylı 06 may 2022-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, rayon Dövlət Arxivində 78 saylı fondda mühafizə olunan Bərdə rayon sabiq Alpoud kənd sovetliyinin 1980-1982-ci illər üzrə Tumaslı kəndinə aid 13 saylı Təsərrüfatbaşına kitabın 411 saylı şəxsi hesabına əsasən vətəndaş X5 ailə üzvləri: həyat yoldaşı-X18, qızı-X30 və oğlu-Ərizəçi olduğu qeyd olunmuşdur. İş materiallarında olan Bərdə rayon Alpoud kənd sovetliyi tərəfindən verilmiş 01 sentyabr 1978-ci il tarixli İ- ЖГ 441395 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X19 və X23 01 sentyabr 1978-ci ildə 14 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan V-ЖГ 492653 saylı 11 avqust 1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 21 yanvar 1955-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X34, ana qrafasında anası kimi X24 qeyd edilmişdir. İş materiallarında olan Vİ-ЖГ 450031 saylı 02 fevral 1980-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 27 noyabr 1979-cu ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X19, ana qrafasında anası kimi X18 qeyd edilmişdir. İş materiallarında olan Vİİİ-ЖГ 395897 saylı 10 iyun 1982-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X19, ana qrafasında anası kimi X18 qeyd edilmişdir. İş materiallarında olan İX-ЖГ 297174 saylı 04 aprel 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 22 fevral 1983-cü ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X19, ana qrafasında anası kimi X18 qeyd edilmişdir. İş materiallarında olan Xİİİ-ЖГ 318300 saylı 06 iyun 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X32 20 may 1988-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X19, ana qrafasında anası kimi X18 qeyd edilmişdir. İş materiallarında olan Səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 rayonu Qarayusifli kənd 8 illik məktəbdə oxumuş və 1971-ci ildə səkkizinci sinfi bitirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********01 nömrəli 24 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi Seriya RX ******* saylı çıxarışda anasının soyadının və adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın X20, X9, X7, X21, Ərizəçi və X22 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X13, X5, X6, X14, Ərizəçi və X16 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın X20, X9, X7, X21, Ərizəçi və X22 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X13, X5, X6, X14, Ərizəçi və X16 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın X20, X9, X7, X21, Ərizəçi və X22 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar