Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1121/2023 05.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya "xxxx" ASC) qarşı “Cərimə borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə ona qanunsuz hesablanmış 503,18 (beş yüz üç manat 18 qəpik) manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Həmin kəndin ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığında ona məxsus torpaq sahəsi vardır. Ona məxsus fərdi yaşayış evinə və torpaq sahəsində yerləşən arteziana ayrı-ayrılıqda sayğac quraşdırılmışdır. Elektrik enerjisindən istifadəyə görə işıq pulunu vaxtlı-vaxtında ödəmişdir. 08 noyabr 2022-ci il tarixdə fərdi yaşayış evinə məxsus naqillərdə problem yarandığından, digər sayğacdan naqillər vasitəsi ilə evə elektrik enerjisi verilmişdir. "xxxx" ASC-nin əməkdaşları 10 noyabr 2022-ci il tarixdə ona məxsus sayğaca baxış keçirərək akt tərtib etmişlər ki, “guya” abonent sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyindən enerji uçotu pozulmuşdur. Halbuki, 08 noyabr 2022-ci il tarixdə fərdi yaşayış evində elektrik enerjisi kəsildiyindən digər sayğacdan istifadə etmişdir. O və ailə üzvləri tərəfindən sayğaclara heç bir müdaxilə olunmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt qanunsuz və əsassızdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı olmadan akt tərtib edilmişdir. Həmin akt üzrə qanunsuz hesablanmış 503,18 manat borc məbləği "xxxx" ASC tərəfindən tərtib olunmuş cədvəldə qeyd edilmişdir. Hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərfindən tərtib olunmuş 10 noyabr 2022-ci il tarixli akt əsassızdır və elektrik enerjisinə görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə iddiaya qarşı etiraz göndərərək etirazında göstərmişdir ki, İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 10 noyabr 2022-ci il tarixli, R 282995 saylı aktın etibarsız hesab edilməsi və borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASCnin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları’’na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən 10 noyabr 2022-ci il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda abonentin sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın İ-V bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə bu pozuntu halına görə İddiaçı barəsində 10 noyabr 2022-ci il tarixli, R 282995 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 2,15 kvt x 24 saat x 0,7 x 120 gün= 4334 kvts, Tarif (-800 kvts x 0,08 manat = 64,00 manat, Tarif (-400 kvts x 0,09 manat = 36,00 manat, Tarif (-3134 kvts x 0,13 manat = 407,42 manat, cəmi 507,42 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4334 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. EEİQnın 8.17-1-ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər-istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EElQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərdə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2022-ci il tarixli, R 282995 saylı akt ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Beləliklə, iddiaçı 507,42 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun tərəfindən “EEİQ”nın tələbləri pozulmamış, elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə etməmiş, akt tərtib edilərkən hal şahidləri iştirak etməmişdir. Bundan başqa, əslində həmin vaxt iddiaçı nümayəndələri ilə birlikdə pozuntunu viziual izləmiş, mübahisələndirilən akt iddiaçı tərəfindən imzalanmışdır. Onun iştirakı ilə həmin pozuntununun video çəkilişi aparılmışdır. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də barəsində əməkdaşları tərəfindən tərtib edilmiş müvafiq aktın qanuni və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir və hesab edir ki, tələb məhkəmə tərəfindən təmin olunmamalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, şahidləri dindirib, mülki işdə olan sənədlri araşdıraraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin X3 əməkdaşı X4 ifadəsində göstərdi ki, Bərdə rayonu Dəymədağıldı kəndi ərazisində reyd keçirərkən İddiaçı evinə sayğacdan kənar xəttin qoşulduğunu aşkar etmişlər. Həmin kənar xətt əhaliyə gedən elektrik enerjisi olan xəttə qoşulmuşdur. Müəyyən edilmişdir ki, iddiaçı kənar xətt uzun müddətdir istifadə edir. İddiaçı kənar xətdən istifadə etdiyini etiraf etmiş və tərtib edilmiş akta imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin X3 əməkdaşı X2 ifadəsində göstərdi ki, Bərdə rayonu Dəymədağıldı kəndi ərazisində reyd keçirərkən İddiaçı evinə quraşdırılmış işıq sayğacından enerjinin keçmədiyini aşkar etmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Həmin kənar xətt əhaliyə gedən elektrik enerjisi xəttinə qoşulmuşdur. Müəyyən edilmişdir ki, iddiaçı kənar xətdən uzun müddətdir ki, istifadə edir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Ağdam rayonu Ağdamkənd kəndində anadan olmuşdur, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli 2105 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. 10 noyabr 2022-ci il tarixli R 282995 nömrəli Aktdan görünür ki, İddiaçı yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyindən "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində 10 noyabr 2022-ci il tarixdə R 282995 nömrəli Akt tərtib etmişlər. İddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi iddiaçının özünün etirafı, şahidlərin ifadələri və işdə olan sənədlərlə öz təsdiqini tapmışdır. İddiaçı 10 noyabr 2022-ci il tarixli R 282995 nömrəli Aktla ona yazılmış cərimənin qanunsuz yazılması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cərimə borcunun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1121/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1121/2023
05.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver