Məhkəmə qərarları › İş №2(021)-1122/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1122/2022

31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1122/2022 31.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X39 oğlunun, Ərizəçilər Ərizəçi1 Abbas qızının, Ərizəçi2 Nəriman oğlunun və Ərizəçi3 Nəriman qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Abbas qızının, Ərizəçi2 Nəriman oğlunun və Vəliyeva (Bəylərova) Alidə Nəriman qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Vəliyeva (Bəylərova) Alidə Nəriman qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 61000028 olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Vəliyeva (Bəylərova) Alidə Nəriman qızı ərizələrini onunla əsaslandırmışlar ki, Ərizəçi1 Abbas qızı ilə X10 14 iyul 1988-ci ildə nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından övladları X16, Ərizəçi2, X17 və X11 anadan olmuşdur. Bərdə rayonu, Hacallı kənd icra nümayəndəliyinin Hacallı kəndində yayırlar, X24 oğlu 24 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum Bəylərov Nəriman İbrahim oğlnun adına verilmiş Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair KOD 610130** JN *** nömrəli Dövlət Aktına əsasən Bəylərov Nəriman İbrahim oğlu, Ərizəçi1, X13, Ərizəçi2, Bəylərov Elvin Nəriman oğlu və X2 mülkiyyətinə 3.00 hektar pay torpaq sahəsi verilmişdir. X3 adına verilmiş Torpağa Mülkiyyət Hüuquna dair KOD 610130** JN *** nömrəli Dövlət aktında adı Qəndaf olduğu halda səhvən Qəndəb kimi, Bayramov Elşad Nəriman oğlunun adı Etiqad kimi, Vəliyeva (Bəylərova) Alidə Nəriman qızının adı Aidə kimi qeyd edilmişdir, Vəliyeva (Bəylərova) Alidə Nəriman qızı 12 sentyabr 2005-ci il tarixdə X22 ilə nikah bağlayaraq ailə qurmuşdur. Nikah bağladıqdan sonra soyadı ərinin soyadına uyğun Vəliyeva qeyd edilmişdir. Yanlışlıqların aradan qaldırılması üçün müraciət etsələr də, məsələnin həlli üçün məhkəməyə müraciət etmələri bildrilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 Abbas qızı, Ərizəçi2 Nəriman oğlu və Vəliyeva (Bəylərova) Alidə Nəriman qızı ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, ərizəçilərin qohumudur. Onlara verilən torpaq shənədində adları səhv yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərmişdir ki, ərizəçilərin qohumudur. Torpaq sənədində adları Qəndəf, Etiqad, Aİdə olaraq səhv yazılmışdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-189 KOD 61013078 olan Dövlət aktı saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 20 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Hacallı kənd sakinləri X3, X7, Bəylərova Aidə Nəriman qızının, Bəylərov Etiqad Nəriman oğlunun, X9, X2 mülkiyyətinə 3 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Xİİ-JQ 408234 nömrəli doğum haqqında şəhadətnamənin suurətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1985-ci ildə doğulmuş, atası X10, anası Ərizəçi1 Abbas qızıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 182065 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 24 iyul 2021-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Xİİİ-JQ 408233 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx xxxx 1983-cü ildə doğulmuş, atası X10, anası Ərizəçi1 Abbas qızıdır. İş materiallarına əlavə edilmiş AZ-İ 159486 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Vəliyev Malik Nizam oğlu ilə Bəylərova Alidə Nəriman qızı 12 sentyabr 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmilər, nikahdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 32 saylı, 25 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 Nəriman oğlu-X15, Ərizəçi1- X19, X13-X20 eyni şəxsdir. İş materiallarında olan İV-JQ 399576 nömrəli nikah haqqında şəhadətnamənin suurətindən müəyyən olunur ki, X10 ilə Ərizəçi1 Abbas qızı 14 iyun 1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Bəylərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 nömrəli, 25 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunu ki, Ərizəçi1 Bərdə rayonu, Hacallı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 32 nömrəli, 25 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bəylərov Elşad Nəriman oğlu Bərdə rayonu, Hacallı kəndində yaşayır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 Nəriman qızı xx xxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 Nəriman oğlu xx xxxx 1985-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Abbas qızı xx xxxxxx 1957-ci ildə Bərdə rayonu, Xanərəb kəndində doğulmuş, Bərdə raynonu, Hacallı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyt vəsiqəsinin surətindən müəyyən olunur ki, Mirzəyeva Şamma Abbas qızı XX.XX. 1934-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 03592372 nömrəli şəxsiyyt vəsiqəsinin suurətindən müəyyən oluunur ki, Vəliyeva Səkinə İbrahim qızı 01 iyul 1946-cı ildə Bərdə rayonu, Hacallı kəndində doğuulmuşdur, Bərdə rayonu, Bəcrəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********78 nömrəli 22 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1 Abbas qızı, X13, Ərizəçi2 JN 189 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-189, KOD 61013078 dövlət aktının Ərizəçi1 Abbas qızına, Bəylərov Elşad Nəriman oğlu, Vəliyev (Bəylərova) Alidə Nəriman qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X7, Bəylərov Etiqad Nəriman oğlunun, Vəliyeva( Bəylərova) Aidə Nəriman qızının adına verilmiş JN-189, KOD 61013078 dövlət aktının Ərizəçi1, Ərizəçi2, Vəliyev (Bəylərova) Alidə Nəriman qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X7, Bəylərov Etiqad Nəriman oğlunun və Vəliyeva (Bəylərova) Aidə Nəriman qızının adına verilmiş JN-189, KOD 61013078 dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Vəliyev (Bəylərova) Alidə Nəriman qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar