Məhkəmə qərarları › İş №2(021)-1123/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1123/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1123/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-886 KOD- 61000048 saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 ərizələrini onunla əsaslandırmışlar ki, Ərizəçi2 01 iyun 1995-ci ildə, X21 xx xxxxxx 1968-ci ildə, Ərizəçi3 xx xxxxxx 1990-cı ildə, Ərizəçi4 xx xxx 1996-cı ildə, Ərizəçi5 xx xxxx 1992-ci ildə, Ərizəçi6 xx xxxxx 1989-cu ildə, Ərizəçi7 xx xxxxx 1959-cu ildı, Ərizəçi8 xx xxxx 1961-ci ildə Bərdə rayonu, Lənbəran kəndində anadan olublar, hazırda da həmin kənddə yaşayırlar. Onların adları, ata adları və soyadları yuxarıda göstərdikləri kimi qeyd edilmişdir. Doğum hqqında şəhadətnamələrində və digər sənədlərdə ad, ata adı və soyadları Ərizəçi2, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 İbrhaim qızı, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 kimi qeyd olunmuşdur. Bərdə rayon Aqrar İslahata Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı Qərarı ilə Ərizəçi2, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 İbrhaim qızı, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 ibarət ailə üzvlərinə Bərdə rayonu Lənbəran kəndinin ərazisindən mülkiyyətlərinə 7,62 ha torpaq sahəsi verilmişdir. Qərar əsasında DTXK-nin Bərdə rayon Şöbəsi tərəfindən onlara JN-886 nömərli KOD610000 olan Torpağa mülkiyyət hüquna dair Dövlət aktı verilmişdir. Lakim həmin Dövlət aktını 2-ci vərəqəsində səhvən soyadları Səfquliyeva kimi göstərilmiş və dövlət aktında ad, ata adları və soyadları X3, X22, X18, X11, X12, X7, X13, X19 yazılmışdır. Hazırda onlar ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində paylı mülkiyyəti müəyyənləşdirmək və mülkiyyət hüququna dair Çıxarış almaq istəyirlər. Ancaq torpağın Mülkiyyətə verilməsinə dair JN 886 nömrəli KOD 61000048 olan Dövlət Aktında soyadlarının düzgün qeyd edilməməsi bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi idarəsinə müraciət ediblər. Lakin DƏDRX-nin 24 fevral 2022-ci il tarixli **********00 nömrəli məktubunda göstərilmişdir ki, onlara və ailə üzvlərinə məxsus Bərdə rayonu Lənbəran kəndində yerləşən 7,62 ha kənd təsərüfatı təyinatıl torpaq sahəsinin Torpağa müliyyət hüququna dair aktında hansı səbəbdən “Həsənova” əvəzinə səhv olaraq Səfquliyeva kimi yazılması onlara məlum deyildir. Həmin səhvin düzəldiməsi üçün adiyyatı olaraq Məhkəməyə müraciət etmələri məqsədə uyğun olardı. Onlar qeyd edilən Dövlət aktında soyadlarını düzgün qeyd edilməsini başqa yolla əldə edə bilmirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, JN-886 KOD 61000048 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarına əsasən X1, X14, X9, X4, X5, X2, X6 və X10 mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndində 7.62 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1968-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1965-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 Fəxrəddin oğlu xx xxxxxx 1990-cı ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxx 1996-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx xxxx 1992-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi6 xx xxxxx 1989-cu ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi7 Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin suurətindən müəyyən olunur ki, Ərizəçi8 xx xxxx 1961-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 066641 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 19 fevral 2004-cü ildə ölmüşdür. İş materiallarında olan B 307743 nömrəli atestatın surətindən müəyyən olunur ki, Ərizəçi6 1982-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZ- ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 1 iyun 1965-ci ildə doğulmuşdur, atası X27, anası X16r. İş materiallarında olan AZE ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, X31 1965-ci ildə doğulmuşdur. İş materiallarında olan İ-İE 088766 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi8 xx xxxx 1961-ci ildə doğulmuş, anası X32r. İş materiallarında olan AZ-İİİ 139620 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxx 1996-cı ildə doğuulmuuş, atası Ərizəçi2, anası Ərizəçi1dır. İş materiallarında olan XV-JQ 433315 nömrəli doğum haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1990-cı ildə doğulmuşdur, atası Ərizəçi2, anası Ərizəçi1dır. İş materiallarında olan XVİİ-JQ 255929 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx xxxx 1992-ci ildə doğulmuşdur, atası Ərizəçi2, anası Ərizəçi1dır. İş materiallarında olan XİV-JQ 318639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi6 İbahim qızı xx xxxxx 1989-cu ildə doğulmuşdur, atası Ərizəçi2, anası Ərizəçi1dır. İş materiallarında olan Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 83 nömrəli, 17 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 ailə üzvüləri həyat yoldaşı Ərizəçi1, qızı Ərizəçi6, oğlu Ərizəçi3, qızı Ərizəçi5, X33, qızı Ərizəçi4, bacısı X24r. İş materiallarında olan Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 84 nömrəli, 17 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 Bərdə rayonu, Lənbəran kəndində yaşayır. İş materiallarında olan İİ-İE088766 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi8 xx xxxx 1961-ci ildə doğulmuş, anası X32r. İş materiallarında olan İV-J 400429 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 ilə X25 18aprel 1988-ci ildə 21 nömrəli akt qeydi ilə nikah bağlamışlar, nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********00 nömrəli 24 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, X8, X15, X9, X4, X5, X2, X6, X10 adına verilmiş JN-886 KOD-610000048 dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1, X14, X9, X4, X5, X2, X6 və X10 adına verilmiş JN-886 KOD-610000048 dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar