Məhkəmə qərarları › İş №2(021)-113/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-113/2025

27.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-113/2025 27.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, X2 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı « fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək arvadı xx.xx.1966cı ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, arvadı X5 xx.xx.1966-cı ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur. Arvadı orqanizmin pozulmasına görə ağır dərəcəli xəstəliyindən əziyyət çəkir. O, özünü idarə edə bilmir, uzun illər müalicə almasına baxmayaraq heç bir nəticə olmamışdır. Hazırda arvadı Zəminə əl ilə idarə olur, 1 qrup əlildir,çox çıxılmaz vəziyyətdədir. O, yeməyini bilmir, yataqda özünü idarə edə bilmir, çətin vəziyyətdə yaşayır. Arvadının sağalıb cəmiyyətə inteqrasiya olması mümkün deyildir. Ona görə də onun fəaliyyət qabiliyyətsiz olmasına dair qətnamə çıxarılmasına ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd edilənlərə uyğun izahat verərək bildirdi ki, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Bərdə rayon X4 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X1 RMX-nin ruhi əsəb kabinetində dispanser qeydiyyatda yoxdur və həkim psixiatrın qəbulunda olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi halı olmalıdır. Lakin hazırda şəxsin psixi pozuntudan əziyyət çəkməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Müki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır: Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı « fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi»nə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. (qəbzin nömrəsi **********, tarixi xx.xx.2024-cü il) Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar