Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1130/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1964-ci ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü ildə anadan olmuş X10 onun doğma qardaşıdır. X1 onun himayəsində yaşayır. X10 anadangəlmə kəmağıllı xəstəlikdən əziyyət çəkir, İ qrup əlildir. Danışa bilmir, sözləri tam ifadə edə bilmir, əsəbidir, eşitmə qabiyyəti zəifdir. Müdamadi müalicəyə ehtiyacı vardır. Mütamadi olaraq uzun müddət müalicə almalarına baxmayaraq bir nəticəsi olmamış, özünü müstəqil idarə edə bilmir, öz hərəkətləribib mənasını anlaya bilmir, daima yardıma və nəzarətə ehtiyacı vardır. Sosial məsələlərin həlli və digər məsələlərin həlli ilə bağlı onun fəaliyyəti qabiliyyətsiz olmasının təsdiq olunması zərurəti yaranmışdır. Bu səbəbədən də hesab edir ki, onun fəaliyyət qabiliyyətsizliyi məhkəmə qaydasında müəyyən edilməlidir.. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, əlavə olaraq bildirdi ki, övladının daima yardıma ehtiyacı vardır, özünə qulluq etməsi mümkün deyil, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına istinad: Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA0875811 olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1964-cü ildə anadan olmuşdur. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli, 509666 nömrəli arayışdan görünür ki, Ərizəçi 16 noyabr 1962-ci ildə anadan olmuş, atası X13, anası X7 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 553 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli, 080320 nömrəli arayışdan görünür ki, X8 15 noyabr 1964-cü ildə anadan olmuş, atası X13, anası X7 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 72 nömrə ilə qeyd edilmişdir. İş materillarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5219 nömrəli, 28 dekabr 2024-cü il tarixliarayışdan görünür ki, X3 şəhəri E.Əsədov küçəsi ev 3-də yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-cil il tarixli, 05/09/S/0077363-25 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmıç qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydləri aşkar edilməmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1964-cü il təvəllüdlü X9 uşaqlıqdan müddətsiz İ qrup əllilik dərəcəsi verilmişdir. İş materiallarına əlavə edil Bərdə rayon İcra Hakimiyyəti Başçısının 20 iyul 2020-ci il tarixli, 55 nömrəli sərəncamının surətindən görünür ki, 15 noyabr 1964-cü il təvəllüdflü X16 üzərində bacısı Ərizəçi patron( köməkçi) təyin edilməsi barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərı təsdiq edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1130/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərardadına əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş 270 saylı, 25 aprel 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, ərizəçinin oğlunun fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar müəyyən edilmiş, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Ərizəçi ərizəsi təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi (Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 15 noyabr 1964-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1130/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1130/2025
15.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver