Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1148/2025 06.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzər iddiaçı Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış 1338.20 manat cərimənin silinməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “1338.20 manat məbləğində borcun ödənilməsi və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33.78 manat dövlət rüsumu” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “X1” qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qanunsuz yazılmış 1338.20 manat cərimənin silinməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzər iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1338.20 manat məbləğində borcun ödənilməsi və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33.78 manat dövlət rüsumu”nun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Bərdə rayon Hacallı kəndində xüsusi mülkiyyətində fərdi yaşayış evi var. Hər kəsin qaz sayğacı çöldə olduğu kimi onlarında qaz sayğacı çöldə divarın üstündə yerləşdirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən onların xəbəri olmadan qaz sayğacına ümumi baxış keçirilmiş və baxış keçirildikdən sonra adına cərimə yazılmışdır. Onlara bildiriş gələn zaman məlum olmuşdur ki, qanunsuz olaraq onlara 1338.20 manat məbləğində cərimə yazılmışdır. Onlara bu qədər borcun yazılmasından nə onun, nə də ailə üzvülərinin xəbəri olmamışdır. Cərimənin yazılması ilə bağlı qaz idarəsinin əməkdaşlarına nə səbəbdən yazılmasını dedikdə onlara bildirmişdilər ki, qaz sayğacından çıxan qazda sızma olmuşdur və bu səbəbdən də borc həddindən artıq çox hesablanmışdır. Onlar fktiki həmin məbləğdə qaz istifadə etmirlər. Qaz idarəsinin əməkdaşlarından bu barədə Akt tələb etdikdə ona bildirmişdilər ki, bu sızma olduğundan Akt tərtib olunmur. Onlar hər ay davamlı olaraq qaz pulundan ödəmişdir və ən son qaz pulunu ödədikləri zaman onlara belə qanunsuz cərimə yazıldığını biliblər.Qanunsuz yazılmış cəriməyə görə hal-hazırda onların qazını kəsmək istəyirlər. Halbuki o, müxtəlif zamanlarda müəyyən olunmuş məbləğdə qaz pulundan ödəmişdir. Onun qazdan az istifadə etməyinə baxmayaraq onlara qanunsuz olaraq cərimə yazırlar və həmin cəriməni onlardan tələb edirlər. Bu isə qanunsuzluqdur. Onun həmin cərimə məbləğini ödəməyə heç bir imkanım yoxdur, həmçinin bu cərimə qanunsuz olaraq yazılmışdır. Bunun üçündə qanunsuz yazılmış 1338.20 məbləğində olan cərimənin silinməsini istəyir. Çünki həmin cərimə qanunsuz olaraq, qaz idarəsinin əməkdaşlarının səhv hərəkəti nəticəsində yaranmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzər iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı 1338.20 (bir min üç yüz otuz səkkiz manat, iyirmi qəpik ) manat cərimənin ləğv edilməsi barədə iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbi təmin edilməməli, əksinə tərəfimizdən verilmiş qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Çünki, İddiaçı Müqavilənin 2.3.1-ci yarımbəndinin (bu Müqavilənin və "Qazdan istifadə qaydaları"nın tələblərinə əməl etmək) İstehlakçı, onunla bağlanmış "Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi"nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı "Azəriqaz” X2 X8 İdarəsinin Bərdə Xidmət Sahəsinin abonenti olmaqla **********00370 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı **********00370 saylı qaz hesabında 1338.20 (bir min üç yüz otuz üç manat, iyirmi qəpik) manat məbləği istifadə etdiyi təbii qaza görə borcdur, iddiaçının tərəfindən ödəniləcək məbləğdir. İddiaçı X4 təbii qazdan istifadə etdiyi müddət ərzində istifadə etdiyi qazın pulundan vaxtlı-vaxtında ödəniş etməmişdir, nəticədə 2024-cü ilin avqust ayına 1338.20 manat debitor borcu olmuşdur. İstehlakçıya dəfələrlə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilsədə, ödəniş etməmişdir. Hal-hazırda 2025-ci ilin yanvar ayına 2044.30 manat borcu yaranmışdır. Abonentin saldosuna nəzər yetirsək il ərzində istifadə etdiyi qaza görə borcu ilə bağlı iki və ya üç dəfə ödəniş etdiyini görmək olur və iddia etdiyi 1338.20 manat məbləğ abonent tərəfindən ödənilməlidir. tərəflər arasında bağlanılmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Tərəflərin iştirakı və izahatları: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri brədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərdi ki, iddia ərizəsində qeyd edilmiş məbləğ cərimə deyil, X7 tərəfindən istehlak edilmiş qazın puludur. İddiaçı qaz sızması ilə bağlı Cavabdehnə onlara müraciət etməmişdir. 19 fevral 2025-ci il tarixli məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı göstərmişdir ki, yazılmış məbləğ əsassız cərimədir, onun istifadəsində olan qaz xəttində sızma olmuşdur, bu sızmaya görə ona cərimə yazılmışdır, cərimə məbləğinin silinməsini xahiş etmişdir. İş materiallarına istinad: İş materiallarında olan AZE seriyalı №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Bərdə rayonu, Xəsili kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı №17634949 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2airəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3 sentyabr 2024-cü il tarixli 163 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Hacallı kəndində yaşayır və pasport qeydiyyatındadır. İddia ərizəsinə əlavə edilmiş abonentin saldosunun çıxarışından görünür ki, Abonent kodu: **********00370 olan abonent İddiaçı adına olan ünvan 3i ünvanında yerləşən mənzildə istifadə olunan qaz sayğacında borcu 1338.20 manat təşkil edir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 513-İQ nömrəli xx.xx.1998-ci il tarixli Qanunun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli 1113 nömrəli Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların hüquqlarına öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 5.2-ci bəndinə əsasən, həmin Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4-cü yarımbəndinə əsasən, qaz paylayıcısı həmin Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə (5 gün əvvəl xəbərdar etməklə) qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qazın verilməsini dayandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı Cavabdeh İB ilə cavabdeh İddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” bağlanmışdır. Müqaviləyə əsasən iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdehi qaz ilə təchiz etməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh İddiaçı bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından İddiaçı hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya kommunal xidmətə görə haqqı müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, İddiaçı təbii qazdan istifadəyə görə 1338.20 manat pul vəsaiti Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbi təmin edildiyindən ödənilmiş 33.78 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Cavabdeh İB -nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1338.20 manat (min üç yüz otuz səkkiz manat iyirmi qəpik) məbləğində pul və ödənilmiş 33.78 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1148/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1148/2025
06.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver