Məhkəmə qərarları › İş №2(021)-1150/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1150/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1150/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X20 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “sənədin məxsus olma faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-0093 KOD-610050088 olan Dövlət Aktının onlara - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı Qərarına əsasən onlara - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Bərdə rayonu Cəyirli kəndində 1,66 ha pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa JN-0093 KOD-610050088 nömrəli Torpağın mükiyyətə verilməsinə dair Dövlət Aktı da alınmışdır. Həmin torpaq onların sahibliklərində və istifadələrində olsa da, torpaq üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, Dövlət aktında payçılardan Ərizəçi1 soyadı səhvən “Quliyev” kimi, Ərizəçi2 soyadı səhvən “Quliyeva” kimi, Ərizəçi3 adı səhvən “X13” kimi qeyd edilmişdir. Odur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-0093 KOD-610050088 olan Dövlət Aktının onlara - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacları var. Qeyd edilənlər şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamələrdə, kənd icra nümayəndəsinin arayışında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini müdafiə edib ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçi4 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb hüquqi qiymət verilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi1 xx.xx.1956-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi2 xx.xx.1957-ci ildə Qax rayonu Almalı kəndində anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu ildə Yevlax şəhərində anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi4 xx.xx.1990-cı ildə Yevlax rayonu Yenicə kəndində anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli 1541 saylı arayışdan görünür ki, Bərdə rayonu Cəyirli kənd sakini Ərizəçi1 1956-cı ildə anadan olmuşdur, aşağıdakı ailə üzvləri vardır: arvadı-1957-ci il təvəllüdlü Ərizəçi2, oğlu-1989-cu il təvəllüdlü Ərizəçi3 və oğlu-1990-cı il təvəllüdlü Ərizəçi4. Torpağa mülkiyyət hüququna dair JN-0093 KOD 61005088 saylı Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən Bərdə rayonu Cəyirli kənd sakinləri X1, X3, X9 və Ərizəçi4 mülkiyyətlərinə 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Kəlbəcər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli AZ- İV 781923 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1956-cı ildə Kəlbəcər rayonu Keçiliqaya kəndində anadan olmuşdur. Ata qrafasında atası kimi X2, ana qrafasında anası kimi X12 qeyd edilmişdir. 23 noyabr 1957-ci il tarixli İ-ИЕ 283420 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxxx 1957-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X6, ana qrafasında anası kimi X7 qeyd edilmişdir. 25 sentyabr 1989-cu il tarixli Xİİİ-ЖГ 403071 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X8, ana qrafasında anası kimi X10 qeyd edilmişdir. 16 yanvar 1991-ci il tarixli XV-ЖГ 451059 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi4 xx.xx.1990-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X8, ana qrafasında anası kimi X10 qeyd edilmişdir. 03 oktyabr 1988-ci il tarixli İV-ЖГ 384617 saylı Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 və X5 03 oktyabr 1988-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra kişiyə Quluyev, qadına Quluyeva soyadı verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli 1698 saylı arayışdan görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən verilmiş Torpağa mülkiyyət hüququna dair JN:0093 KOD 61005088 saylı Dövlət aktında 1-ci sırada X8, 2-ci sırada X10, 3-cü sırada X4 yazılmışdır. Lakin onlara verilmiş şəxsiyyət vəsiqələrində:-Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 kimi qeyd olunmuşlar. Yuxarıda adları göstərilən hər üç şəxs aşağıdakı şəxslərlə eyni şəxslərdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin və Bərdə rayon Cəyirli Bələdiyyəsinin möhürləri ilə təsdiq edilmiş 25 noyabr 2022-ci il tarixli aktdan görünür ki, JN:0093 Dövlət Aktında bəzi mülkiyyətçilərin adı səhv yazılmışdır. Səhv yazılan: X8, X10, X13. Komissiya müəyyən etmişdir ki, həqiqətən yuxarıda qeyd olunan hüquq sahibinin adı aşağıdakı kimidir: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin **********09 nömrəli 04 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 JN-0093 saylı Dövlət Aktında düzəliş edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0093 KOD 61005088 saylı Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən olunması iş materiallarında olan sənədlərlə təsdiq edilir. İşin gerçək halları ilə müəyyən edilir ki, Torpağa mülkiyyət hüququna dair JN-0093 KOD 61005088 saylı Dövlət Aktında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 soyadları səhvən Quliyev kimi, Ərizəçi3 adı isə X4 yazılmışdır. Qeyd edilən sənəddə ərizəçilərin ad və soyadlarının səhv yazılması onların hüquqlarının pozulması olmaqla yanaşı, həm də ərizəçilərin həmin sənəddən qanunauyğun qaydada istifadə etmələrinə mane törədir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X1, X3, X9 və Ərizəçi4 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0093 KOD 61005088 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X1, X3, X9 və Ərizəçi4 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0093 KOD 61005088 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar