Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1156/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçi iştirakları ilə, Ərizəçilər Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-0132 KOD ********* olan dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı qərarına əsasən ona ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qarağacı kəndində 1.84 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-0132 KOD ********* olan dövlət aktı da almışlar. Həmin dövlət aktında adı Ərizəçi olduğu halda X3 qeyd edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0132 KOD ********* olan dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi xahiş etmişdirl. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərdi ki, ərizəçinin qardaşıdır. Ona kənd ərazisində həyətyanı torpaq sahəsi verilmişdir, torpağın sənədində adı səhv qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, ərizəçi bibisidir. Bibisinə həyətyanı torpaq sahəsi verilməsi barədə şəhadətnamədə səhvlik olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa Mülkiyyət Hüququna dair JN-0132 KOD ********* saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı qərarına əsasən Bərdə rayonu Qarağacı kənd sakini X1, X6, X7, X8 mülkiyyətinə 1.84 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 785 saylı, 06 dekabr 2021-ci i tarixli arayışın surətindən müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Qarağacı kəndində yaşayır. İş materiallarında olan AA 19952245 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan X-JQ 488842 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1985-ci ildə doğulmuşdur, atası X4, anası Qurbanova Dilbər Məhəmməd qızıdır. İş materiallarında olan AZ-İ645739 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi illə X5 04 may 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir. İş materiallarında olan AO ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Qurbanov Elgiz Çingiz oğlu 04 mart 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 16655314 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 13 iyuun 1991-ci ildə Bərdə rayonu, Qarağacı kəndində doğulmuuş, Bərdə rayonuu, Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********94 nömrəli 26 noyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 0132 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlt aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0132, KOD 61014028 dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X7 adına verilmiş JN-0132, KOD 61014028 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X7 adına verilmiş JN-0132, KOD 61014028 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1156/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1156/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver