Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1172/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclas katibi X21, İddiaçlar Ərizəçi1, Ərizəçi6 və X6 iştirakları ilə, İddiaçılar Ərizəçi1, Ərizəçi6, X13, Ərizəçi3, Ərizəçi4 və X14 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar Ərizəçi1, Ərizəçi6, X13, Ərizəçi3, Ərizəçi4 və X33 ərizə ilə məhkəməyə müraciət edərək JN070A nömrəli KOD 61007018 torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsiinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Ərizəçi1, Ərizəçi6, X13, Ərizəçi3, Ərizəçi4, X33 ərizəni onunla əsaslandırmışlar ki, Ərizəçi1 X25 ilə 16 dekabr1989-cu ildə nikah bağlayaraq ailə qurublar. Birgə nikahdan 2 övladları X13 və Ərizəçi3 Şahlar oğlu anadan olmuşdur. Bərdə rayonu Zümürxan kənd icra nümayəndəliyinin Zümürxan kəndində yaşayırlar. X8 adına verilmiş Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-070A KOD 61007018 Şəhadətnaməyə əsasən X25, Ərizəçi1, X13 və Ərizəçi3 Şahlar oğlunun mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X9 adına verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-070A KOD 61007018 Şəhadətnamədə onun Ərizəçi1 olduğu halda səhvən Ərizəçi4 kimi qeyd edilmişdir, ata adı Sayad olduğu halda isə şəhadətnamədə ümumiyyətlə qeyd edilməmişdir. X3 rayonu Zümürxan kənd icra nümayəndəliyinin Zümürxan kəndində yaşayır. X2 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə Dair JN-070A KOD 61007018 Şəhadətnamədə onun adı Tacəddin olduğu halda səhvən Elşən kimi qeyd edilmişdir. Rəncbəri X40 rayonu Zümürxan kənd icra nümayəndəliyinin Zümürxan kəndində yaşayır. X2 adına verilmiş Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə Dair JN-070A KOD 61007018 Şəhadətnamədə onun soyadı, adı, ata adı Ərizəçi3 Şahlar oğlu olduğu halda səhvən X5 qeyd edilmişdir. Bu yalnışlıqların aradan qaldırılması və müvafiq düzəlişlərin edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə ərazi İdarəsinə müraciət etmişdirlər, lakin 23 may 2022-ci il tarixli **********12 nömrəli məktubla, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməinə Dair JN-070A KOD 61007018 Şahadətnamədə hansı səbəbdən Ərizəçi1 qızının ata adı qeyd edilməməklə adı səhvən Rəncəbri Sevda kimi həmçinin, hansı səbəbə də X6 adının səhvən Xatirə kimi qeyd edilməsi məlum olmadığı, sənədin şəxsə mənsub olması faktının təsdiq edlməsi və həmin sənədlərdə səhvlərin düzəldilməsi DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı izah edilmişdir. Daha sonra İddiaçılar X25, Ərizəçi1, X13, Ərizəçi3 Şahlar oğlu, Ərizəçi4, X33, X27 və X34 məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN 070 A KOD 61007018 və JN 218 A KOD 61007018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçılar Ərizəçi1, Ərizəçi6, X13 ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar Ərizəçi3 Şahlar oğluna, Ərizəçi4 və X22 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər və maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X45 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-070A KOD 61007018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Zümürxan kənd sakinləri X9, X15, X10 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-218A KOD 61007018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Zümürxan kənd sakinləri X11, Ərizəçi4 oğlunun, X14, X12, X16 mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AZE 14475861 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X25 02 mart 1965-ci ildə Bərdə rayonu, Zümürxan kəndində doğulmuşdur, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1992-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxxx 1966-cı ildə Ermənistanın Vardenis rayonunda doğulmuşdur, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi6 xx xxxxxx 1987-ci ildə Bərdə rayonu, Zümürxan kəndində doğulmuşdur, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, AZE 17975787 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X28 01 mart 1962-ci ildə Bərdə rayonu, Zümürxan kəndində doğulmuşdur, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxxxx 1963-cü ildə Bərdə rayonu, Zümürxan kəndində doğulmuşdur, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx xxxx 1986-cı ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş XİX-JQ 266301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X37 06 sentyabr 1989-cu ildə doğulmuşdur, atası X38, anası X29r. İş materiallarına əlavə edilmiş X-JQ 435907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 Şahlar oğlu 16 mart 1995-ci ildə doğulmuşdur, atası X30, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş İV-JQ 96125 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 Züleyxa Sayad qızı 16 dekabr 1989-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahda sonra arvada Rəncbəri soyadı verilmişdir. İş materiallarında olan İV-JQ 282961 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Sevda Yolçu qızı 01 iyun 1986-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahda sonra arvada Rəncbəri soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X45 7 saylı Bərdə Ərazi İdarəsinin **********12 nömrəli 23 may 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1, X13, Ərizəçi3 Şahlar oğlu JN 070A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X45 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X45 7 saylı Bərdə Ərazi İdarəsinin **********11 nömrəli 23 may 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi3 Şahmar oğlu, Ərizəçi5 JN 218A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X45 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 070A KOD 61007018 olan şəhadətnamənin X17, Ərizəçi1, X7, Ərizəçi3 Şahlar oğluna, torpağın mülkiyyətə verilməsinə dair JN 218A KOD 61007018 olan şəhadətnamənin X18, Ərizəçi4, X23, X19, X24 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 070A KOD 61007018 olan şəhadətnamənin X17, Ərizəçi1, X7 və Ərizəçi3 Şahlar oğluna məxsus olması faktı təsdiq edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 218A KOD 61007018 olan şəhadətnamənin X18, Ərizəçi4, X23, X19 və X24 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1172/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1172/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver