Məhkəmə qərarları › İş №2(021)-1188/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1188/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1188/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X24 oğlunun, Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 61000028 olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən onlara ailə üzvüləri ilə birlikdə Bərdə rayonu, Kətəlparaq kəndində 1.35 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-745 KOD 61010018 olan Dövlət aktı da almışlar. Həmin dövlət aktında doyadlarında səhvlik olmuşdur, onun soyadı Ərizəçi2 olduğu halda X10, Cəfərova (İsmayılova) Tükəz Məhərrəm qızı olduğu halda X7 kimi qeyd edilib. Dövlət aktında olan səhvin düzəldilməsi üçün maraqlı şəxsə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Odur ki, JN-745 KOD 61010018 olan Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçil Ərizəçi2 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərmişdir ki, Ərizəçi2 qohumu və sinf yoldaşıdır. Orta məktəbdə birlikdə oxuuyublar, Elçinin soyadı İsmayılovdur, lakin torpaq sənədində səhv olaraq İbrahimov yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, Ərizəçi2 sinif yoldaşıdır. Həm Elçini, həm də bacısı Tükəzi yaxşı tanıyır. Onların soyadı İsmayılov olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-745 KOD 61010018 olan Dövlət aktı saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Kətəlparaq kənd sakinləri X4, X8, X2, X5 və X3 mülkiyyətinə 1.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 Məhərrəm oğlu xx xxxxxx 1989-cu il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuşdur, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AO ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1989-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1980-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuş, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA0239131 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İsmayılov Əsgər Ramiz oğlu 24 yanvar 1988-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 14257643 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 06 dekabr 1988-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ 036447 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 30 oktyabr 2019-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş JQ 450314 nömrəli arayışdan müəyyən olunur ki, İsmayılova Tükəz Məhərrəm qızı xx xxxx 1980-ci ildə doğulmuşdur, atası X11, anası X12r. İş materiallarına əlavə edilmiş AZ-318945 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1989-cu ildə doğulmuşduur, atası İsmayılov Məhərrəm Əkbər oğlu, anası X12r. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********8 nömrəli 04 mart 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi2 JN 745 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-745, KOD 61010018 dövlət aktının Ərizəçi2, X6 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5 və X3 adına verilmiş JN-745, KOD 61010018 dövlət aktının Ərizəçi2 və İsmayılova (Cəfərova) Tükəz Məhərrəm qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X5 və X3 adına verilmiş JN-745, KOD 61010018 dövlət aktının Ərizəçi2, Cəfərova (İsmayılova) Tükəz Məhərrəm qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar