Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1205/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi Ərizəçi Məmməd qızının iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Əhmədova Şəfaqət Məmməd qızı ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair KOD 61008048 JN 106 saylı Dövlət aktında qeyd olunmuş mülkiyyətçi “Tanrıverdiyeva Şəadət Məmməd qızına münasibətdə Ərizəçi Məmməd qızına” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Əhmədova Şəfaqət Məmməd qızı ərizəsini onunla əsaslandırmışdır ki, onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarı ilə 0,99 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 61008048 JN 106 saylı Dövlət aktı verilmiş və həmin torpaq sahəsi hazırda onların mülkiyyətlərindədir. Buna baxmayaraq onlara dövlət aktı verilərkən səhvən dövlət aktında soyadı və adı “Əhmədova Şəfaqət” əvəzinə “Tanrıverdiyeva Şəadət” kimi yazılmışdır. O, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinə müraciət etməsinə baxmayaraq orada ona məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. O, da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşova Aidə Məmməd qızı ifadəsində göstərdi ki, ərizəçi Əhmədova Şəfaqət Məmməd qızı onun bacısıdır. Bacısına ailə üzvüləri birlikdə pay torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinin verilməsinə dair dövlət aktında bacısının adı və soyadı səhfən Tanrıverdiyeva Şəadət yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göyüşova Səxavət Məmməd qızı, şahid Babaşova Aidə Məmməd qızının ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçi Ərizəçi Məmməd qızının izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 61008048 JN -106 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Bərdə rayonu Muğanlı kənd sakini X3 mülkiyyətinə 0,99 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********75 nömrəli 24 fevral 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-106 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Kələntərli kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 484 nömrəli, 03 fevral 2021-ci il tarixli arayaışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Muğanlı kəndində yaşayır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olnur ki, Ərizəçi 15 avqust 1960-cı ildə Bərdə rayonu Muğanlı kəndində doğulmuşdur və Bərdə rayon Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan 24 avqust 1960-cı il tarixli, İ-ИЕ 911997 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən müəyyəm olunur ki, Ərizəçi Məmməd qızı 15 avqust 1960-cı ildə Bərdə rayonu Muğanlı kəndində doğulmuşdur . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 106 KOD 61008048 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Tanrıverdiyeva Şəadət Məmməd qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 106 KOD 61008048 saylı Ərizəçi Məmməd qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Tanrıverdiyeva Şəadət Məmməd qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 106 KOD 61008048 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1205/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1205/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver