Məhkəmə qərarları › İş №2(021)-1218/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1218/2023

24.01.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1218/2023 24.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1 Ərizəçi Bərdə şəhəri Səməd Vurğun küçəsində yaşayan Ərizəçi “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Ərizəçi Bərdə Rayon Məhkəməsinə ünvanladığı ərizəsində barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün cavabdeh Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladlarının onun himayəsində saxlanılması və azyaşlı övladlarının saxlanılması üçün hər ay hər uşağa 40 manat olmaqla, ümumilikdə 80 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə verərək ərizəsində uyğunsuzluq olduğundan ərizəsinin icraata götürülmədən özünə qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 152.1.9-cu maddəsinə görə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən Ərizəçi “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar