Məhkəmə qərarları › İş №2(021)-1220/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1220/2024

01.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1220/2024 01.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 323329 saylı aktında qeyd olunmuş 639 manat borcun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Qarayusifli kəndində yaşayır və işıq istehlakçısıdır. Mütəmadi olaraq kommunal xərcini ödəyir. Heç vaxt sayğaca toxunmamış, qayda pozuntusuna yol verməmişdir. Bildirir ki, o həmin evi almışdır. Evi alanda həmin sayğacın üzərində borc qalmışdır, həmin borca görə o işıqdan istifadə edə bilmir. Azyaşlı övladları ilə qaranlıqda qalmışdır. 03 yanvar 2024-cü il tarixdə Bərdə rayon Azərişiq İdarəsindən ona 639 manat borcu olması ilə bağlı bildiriş gəlmişdir. Lakin sonradan araşdırmışdır ki, bu borc evin əvvəlki sahibi X6 qalmışdır. Azərişığın tərtib etdiyi 323329 saylı aktı qeyri-qanuni hesab edir, sayğaca heç bir müdaxilə etmədiyini bildirir. Sayğacın evdən uzaq olması ilə əlaqədar onu tam mühafizə edə bilmir. Buna görə də məhkəmədən Azərişıq tərəfindən tərtib edilmiş 323329 saylı akta əsasən hesablanmış 639 manat borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" ASC-nə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddia tələbi əsassızdır və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı iddia ərizəsinə verilmiş etirazdan görünür ki, iddiaçı Qarayev X1 yerləşən fərdi yaşayış evini satın alsa da, bununla bağlı Bərdə EŞ-nə mülkiyyət barədə heç bir rəsmi sənəd təqdim etmədiyindən abonent kimi X7 adı qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Bərdə EŞ-nin əməkdaşları S.Bayramzadə, N.Muxtarov və Ə.Abdullayev Bərdə rayonunda yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı oğllunun da yaşadığı Qarayusifli kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirtmişlər. Baxış keçirilən zaman abonentin sayğacın giriş xəttini aralayaraq “kənar xətt” vasitəsi ilə X5 etməsi və nəticədə enerji uçotunun pozulması aşkar edilmişdir. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə xəttdən keçən cərayanın yükünün J=1.2 A, P=0.26 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu ilə bağlı elektrik enerjisinin istifadəçisi kimi Bərdə EŞ-nin “Proqram bazası”nda **********00285 saylı istehlakçı kodu ilə qeydiyyatda olan X9 barəsində “X4ydaları”nın pozulması haqqında AKT R 323329 nömrəli akt tərtib olunaraq 651.59 manat cərimə olunmuşdur. Bildirmişlər ki, sayğaca baxış keçirilməsində və pozuntu faktı ilə əlaqədar akt tərtib olunmasında İddiaçı da iştirak etmişdir lakin aktı imza etməmişdir. Odur ki, iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1989ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 944670 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 iyul 2018-ci ildə vəfat etmişdir. Mülki işə əlavə edilmiş 323329 nömrəli, 09 yanvar 2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Qarayusifli kəndində yerləşən evində elektrik sayğacına EEİQ-nə uyğun baxış zamanı məlum olmuşdur ki, sayğacın naqilləri sayğacdan aralanmışdır. Həmçinin kənar xətt vasitəsilə şəbəkəyə qoşulduğu, bir başa X5 olunduğu aşkarlanmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon İHB-nın Alpoud kənd İƏD-si nümayəndəliyi tərəfindən verilmiş 88 nömrəli arayışdan görünür ki, Qarayev X1 mərhum X8 məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən sayğaca müdaxilə olunduğundan "xxxx" ASC tərəfindən cərimə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 3.4-cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 7.7-ci bəndində əsasən hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. EEİQ-nın 8.17-1-ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndlər nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinç uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısınır alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektri naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərin münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzər alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tələfində bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17- ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X5 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X5yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X5yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X5 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X5 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X5yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X5 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına riayət olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, hazırki işdəki materiallardan və 323329 saylı aktın surətindən görünür ki, fərdi yaşayış evinin bundan əvvəlki sahibi mərhum X2 çıxış xəttini aralayaraq kənar xətt vasitəsilə X5 etmişdir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə sayğaca baxış keçirilərək ampermaşa ilə ölçü aparılmış və hesablama aparılmaqla 652 manat borc yazılmışdır. Məhkəmə hesab edir ki, həmin borcun silinməsi üçün heç bir maddi və prosessual əsas mövcud deyil. X9 29 iyul 2018-ci ildə vəfat etmişdir. Hazırda İddiaçı ailə üzvləri ilə birgə mərhum Ramil Səmədova məxsus Bərdə rayonu, Qarayusifli kəndində yerləşən fərdi yaşayış evində yaşamaqdadır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin əsassız olması səbəbindən təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X12 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən onun adına 323329 saylı aktında hesablanmış 639 manat borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar