Məhkəmə qərarları › İş №2(021)-1224/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1224/2021

16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1224/2021 16.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər X15, X10, X16 və Ərizəçi6 iştirakları ilə, Ərizəçilər X15, Ərizəçi2, X10, X16 və Ərizəçi6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər X26 , Ərizəçi2 Məhər qızı, X23, X27 və Ərizəçi6 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyətə verilməsinə dair JN-0060 KOD-61023048 saylı Dövlət Aktında ”X17”, “Ərizəçi2rəm qızı”, “X11”, “X18”, “X24” və “Ərizəçi6 Hüseyn oğlu əvəzinə müvafiq olaraq X26 , Ərizəçi2 Məhər qızı, X23, X27 və Ərizəçi6 qeyd olunmaqla, hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli 09 nömrəli qərarı ilə onların ailə üzvlərinə Bərdə rayon Bala Qəcər kəndində 1.49 ha torpaq sahəsi verilmişdir. Bu barədə verilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-0060 KOD-61023048 saylı X1rında ata adları yanlış olaraq X15 ata adı -“X17, Ərizəçi2 ata adı -“Ərizəçi2rəm qızı” , X10 ata adı -“X11, X16 ata adı - “X24” və Ərizəçi6 ata adı -“Ərizəçi6 Hüseyn oğlu” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi X26 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi X23 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi X27 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi6 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 Məhər qızı məhkəməyə teleqram ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1963-cü Bərdə rayon Bala Qəcər kəndində anadan olmuşdur. Bərdə rayon Bala Qəcər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 qızı xx.xx.1965-ci ildə Bərdə rayon Balaqacar kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 qızı xx.xx.1966-cı ildə Bərdə rayon Balaqacar kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 qızı xx.xx.1964-cü ildə Bərdə rayon Bala Qəcər kəndində anadan olmuşdur. Bərdə rayon Bala Qəcər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Heydarov Qalib Natiq oğlu xx.xx.1986-cı ildə Bərdə rayon Bala Qəcər kəndində anadan olmuşdur. Bərdə rayon Bala Qəcər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Heydərov Qadir Natiq oğlu xx.xx.1988-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 285 saylı 18.02.2021-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi1 Bərdə rayon Bala Qacar kəndində yaşayır və aşağıdakı ailə üzvləri vardır: Ərizəçi2 qızı, Ərizəçi3 qızı, Ərizəçi4 qızı, Heydarov Qalib Natiq oğlu və Heydərov Qadir Natiq oğlu . İş materiallarına əlavə edilmiş AЭ № 541192 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1963-cü ildə anadan olmuşdur. X9, anası X6r. İş materiallarına əlavə edilmiş AZ-T № 017940 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1966-cı ildə anadan olmuşdur. X9, anası X6r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli Arayışdan görünür ki, X25 xx.xx.1965-ci ildə anadan olmuşdur. X9, anası X6r. İş materiallarına əlavə edilmiş İİİ- ЖГ № 390428 saylı Nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X19 18.04.1985-ci ildə Bərdə rayon Şirvanlı kənd sovetliyində 24 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Heydərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Xİİİ-ЖГ № 320353 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1988-ci ildə anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi4dır. İş materiallarına əlavə edilmiş Xİ-ЖГ № 411427 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1986-cı ildə anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi4dır. İş materiallarına əlavə edilmiş AZ-İ № 635413 saylı Nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, Heydərov Qadir Natiq oğlu ilə X30 23.11.2010cu ildə Bərdə rayon Qeydiyyat Şöbəsində 622 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Heydərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Vİ- ЖГ № 291607 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Heydərova Əntiqə İsmayıl qızı 13.02.1998-ci il tarixə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-0060 KOD- 61023048 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 1.49 ha torpaq sahəsi Bərdə rayon Bala Qəcər kənd sakinləri X3, X7, Ərizəçi2rəm qızının, X4, X8, X14 və Ərizəçi6 Hüseyn oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********57 nömrəli 22.02.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər torpağın mülkiyyət hüququna dair JN-0060 saylı Dövlət Akltında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçilər tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-0060 KOD-61023048 saylı Dövlət Aktında yanlışlıq olaraq X15 ata adı -“X17, Ərizəçi2 ata adı -“Ərizəçi2rəm qızı” , X10 ata adı -“X11, X16 ata adı - “X24” və Ərizəçi6 ata adı -“Ərizəçi6 Hüseyn oğlu” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-0060 KOD-61023048 saylı Dövlət X2, Ərizəçi2, X20, X22, Ərizəçi6 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-0060 KOD-61023048 saylı Dövlət Aktının X21, Ərizəçi2, X20, X22, Ərizəçi6 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0060 KOD-61023048 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçi ”X17”, “Ərizəçi2rəm qızı”, “X11”, “X24” və “Ərizəçi6 Hüseyn oğlu” yazılarının müvafiq olaraq X21, Ərizəçi2, X20, X22, Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar