Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1233/2021 19.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, cavabdeh "xxxx" QSCnin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1nə,”Accessbank” Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx"QSC) və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus olan Bərdə rayon Zümüran kəndində yerləşən 0,2934 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin (Hakim C.Tağıyev) 28 aprel 2016-cı il tarixli, 2(021)-1336/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi,cavabdehlər X2, X5 və İddiaçı müştərək qaydada 25R000002103 saylı kredit razılaşması üzrə 23384.29 ABŞ dolları əsas kredit borcu, 3819.18 ABŞ dolları faiz borcu,2000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 29203.47( iyirmi doqquz min iki yüz üç dollar qırx yeddi sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutularaq "xxxx" QSC-nin xeyrinə verilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bərdə rayonu Zamürxan kəndində yerləşən 0,2934 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməklə həmin evin açıq hərracda satılması, ilkin satış qiymətinin 15688( on beş min altı yüz səksən səkkiz) manat dəyərində qiymətləndirilməklə tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına X3 "xxxx" QSC-nə olan borcun ödənilməsinə, əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər X2,X5 və İddiaçı ümumi qaydada tutulmasına, yaşayış evinə tutma yönəldikdə və satıldıqdan bir ay müddətində X6,X12, İddiaçı, X10,X7 və X1 həmin torpaqdan və fərdi yaşayış evindən çıxarılması,ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsinin İddiaçı qaytarılması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər X6, X12,İddiaçı, X11 və X7 apellyasiya şikayəti vermişlər.Gəncə Apelyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(104) 22/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Qətnaməyə əsasən iş üzrə Bərdə rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(021) 1336/2016 saylı qətnaməsinə əsasən borcun məbləğinə aid hissədə dəyişdirilməsi, X2, X5 və İddiaçı müştərək qaydada 25R000002103 saylı kredit razılaşması üzrə 23237.51 ABŞ dolları kredit borcu,3819.18 ABŞ dolları faiz borcu,300 ABŞ dolları cərimə borcu olmaqla cəmi 27356.69 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcun tutularaq "xxxx" QSC-nin xeyrinə verilməsi,birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinini ilkin satış qiymətinin 15688(on beş min altı yüz səksən səkkiz) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 27.000 manat məbləğində müəyyən olunması qət edilmişdir. Bundan sonra icra vərəqəsi üzrə Cavabdeh1 11.10.2018-ci il tarixli, 195607/06 nömrəli sifariş məktubu əsasında İddiaçı məxsus olan Bərdə rayonu Zümürxan kəndində 0,2934 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 02 may 2019-cu il tarixdə "xxxx"MMC tərəfindən 27.000 manat dəyərində qiymətləndirilmiş və hərraca çıxarılmış cəmi 17212 manata "xxxx" QSC tərəfindən alınmışdır. Hesab edir ki,cavabdehlər tərəfindən fərdi yaşayış evinin qanunla nəzərdə tutulmuş müddətdə, lazımi qaydada xəbərdar olunmamaqla aşağı qiymətlə hərraca çıxarılaraq satıldığından fərdi yaşayış evinin dəyərindən aşağı qiymətə satılması barədə alqı-satqı müqaviləsi qanunsuz hesab edilməlidir. Belə ki, cavabdehlər tərəfindən yaşadıqları evin qiymətləndirilməsi barədə,evin hərraca çıxarılması,satılması və evin kim tərəfindən alınması barədə onlara heç bir məlumat verilməmişdir.Odur ki, məhkəmədən Bərdə rayon Zümürxan kəndində yerləşən 0,2934 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin,hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X14 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlarməhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin nümayəndəni dinləyib,iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Ermənistan Respublikası Əzizbəyov rayonunda doğulmuş, Bərdə rayonu Zümrxan kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli, 81 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Zümürxan kəndində yaşayır. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış 05.02.2021-ci il tarixli, 08 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evi "xxxx" QSC-nin mülkiyyətindədir.İddiaçı 10 gün ərzində həmin fərdi yaşayış evini könüllü olaraq boşaltması və banka təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(104) 22/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin (Hakim C.Tağıyev) 28 aprel 2016-cı il tarixli, 2(021)-1336/2016 saylı qətnaməsindən apelyasiya şikayəti verilmiş, apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(021) 1336/2016 saylı qətnaməsinə əsasən borcun məbləğinə aid hissədə dəyişdirilməsi, X2, X5 və İddiaçı müştərək qaydada 25R000002103 saylı kredit razılaşması üzrə 23237.51 ABŞ dolları kredit borcu,3819.18 ABŞ dolları faiz borcu,300 ABŞ dolları cərimə borcu olmaqla cəmi 27356.69 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcun tutularaq "xxxx" QSC-nin xeyrinə verilməsi,birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinini ilkin satış qiymətinin 15688( on beş min altı yüz səksən səkkiz) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə rayonu Zümürxan kəndində 0,2934 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 27.000 manat məbləğində müəyyən olunması,qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 02 may 2019-cu il tarixli, Y-129 saylı yekun protokolun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 29.05.2018-ci il tarixli, 2(104) 22/2018 saylı icra sənədinə əsasən sifarişçi Cavabdeh1 195607/06 nömrəli, 11.10.2018-ci il tarixli sifariş məktubu ilə İddiaçı məxsus Bərdə rayonu Zümürxan kəndində 0,2934 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə hərraca çıxarılmasını sifariş etmiş, hərracın təşkilatcısı "xxxx" MMC tərəfindən Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evinin 0,2934 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 27.000 manat olmaqla hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC əmlakı 17212 manata almışdır."xxxx" QSC ipoteka saxlayan olduğundan tələbinin məbləği həcmində alışı qiymətini ödəməkdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 29.05.2018-ci il tarixli, 2(104) 22/2018 saylı icra sənədinə əsasən sifarişçi Cavabdeh1 195607/06 nömrəli, 11.10.2018-ci il tarixli sifariş məktubu ilə İddiaçı məxsus Bərdə rayonu Zümürxan kəndində 0,2934 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" MMC tərəfindən 27.000 manat dəyərində qiymətləndirilmiş və hərraca çıxarılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək hərracın keçirilməsinin yeri və vaxtı barədə ona heç bir məlumat verilmədən 02 may 2018-ci il tarixdə "xxxx" QSC tərəfindən 17212 manata alındığını bildirərək hesab edir ki, hərracın keçirilməsinin vaxtı və yari barədə ona cavabdehlər tərəfindən məlumat verilmədən gizli şəkildə "xxxx"QSC-yə satılması qanunsuz olduğundan hərracın keçirilməsinə dair yekun sənədlər və alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan RespublikasınınMülki Məcəlləsinin (bundan sonra MM) 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanununun42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanununun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. MM-in 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-in 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli qərarında MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC-nin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etməklə hərracın keçirilməsi olmuşdur. İşdən də müəyyən edilir ki, hərracın təşkilatçısı iddiaçıya məxsusəmlakın açıq hərracda satan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etmişdir. İş materiallarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-22/2018 saylı, 29.05.2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh1nə qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Nəticəsi mübahisələndirilən əmlak isə həmin icra sənədi əsasında hərraca çıxarılmış və hərrac keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallar əsassız olmaqla heç bir mötəbər və tutarlı sübutlarla öz təsdiqini tapmamış, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə son olaraq qeyd edir ki, İddiaçı məhkəməyə vəsatət verərək icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1nə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş vardır. Həmin vəsatətlə bağlı məhkəmə iddiaçının diqqətinə çatdırır ki, o, cavabdehlər "xxxx" MMC, Cavabdeh1nə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş hazırda baxılan işdir və eyni işə baxıla-baxıla həmin işə baxılması əsasına görə icraatın dayandırılması halı ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, vəsatət formal olaraq verilmişdir və tə min edilməməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-1233/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1233/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver