Məhkəmə qərarları › İş №2(021)-1246/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1246/2023

06.02.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1246/2023 06.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Uzun müddət normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibətlər pisləşməyə başlamışdır. Onların xasiyyətləri bir-birinə uyğun gəlmir və bu minvalla aralarında tez-tez münaqişələr yaranır. Nəhayət onlar faktiki olaraq ayrılmış, ər-arvad münasibətlərini kəsmişlər. Onların xasiyyətləri uyğun gəlmədiyindən nikahlarını qoruyub saxlamaq və onları normal ər-arvad münasibətlərinə qaytarmaq mümkün deyildir. Aralarında olan münasibətin həll edilməsi üçün mediasiya şurasına müraciət etmiş və orada birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı 2 övladlarının onun himayəsində qalmasına və hər ay hər uşağa 40 manat olmaqla, cəmi 80 manat alimentin onun xeyirinə tutulmasına dair razılığa gəlsələr də, mediasiya təşkilatının aralarında olan nikahın pozulmasına səlahiyyəti olmadığından boşanmanın məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müracitə etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, ərizəçi ilə 2018-ci ildə evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılığa görə ayrılmışlar. Aralarında olan nikahın pozulması ilə əlaqədar olaraq mediasiya şurasına müraciət etmiş, ərizəçi ilə razılığa gəldiklərinə görə 06 sentyabr 2022-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Qarabağ müharibəsi veteranı və qazidir, heç bir yerdə işləmir. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə doğulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1994-cü ildə doğulmuşdur. Bərdə regional “ASAN xidmət” X7 tərəfindən verilmiş 28 iyul 2018-ci il tarixli AZ-İİ 279073 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və VƏrizəçi 28 iyul 2018-ci ildə 848 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Bərdə regional “ASAN xidmət” X7 tərəfindən verilmiş 12 may 2020-ci il tarixli AZ-İV 430187 nömrəli və 18 yanvar 2022-ci il tarixli AZ-İV 684296 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 20 aprel 2020-ci ildə Gülay və 29 dekabr 2021-ci ildə Nilay adlı uşaqları anadan olmuşdur. 20 aprel 2020-ci il təvəllüdlü X3 və 29 dekabr 2021-ci il təvəllüdlü X4 atası cavabdeh Maraqlı şəxs, anası Ərizəçidır. X1 iştirakı ilə tərtib edilən 06 sentyabr 2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, ikinci tərəf-Maraqlı şəxs, birinci tərəf-Ərizəçi ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına razı olması, az yaşlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasına razı olması və ikinci tərəf işləmədiyi üçün və Vətən müharibəsində yaralandığına görə dövlət tərəfindən müavinət olaraq verilən 80 manat veteran pulunu aliment məbləği olaraq birinci tərəfə ödəməyi öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 6 (altı) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 06 sentyabr 2022-ci il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 6 (altı) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 06 sentyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına razı olması, az yaşlı övladlarının (20 aprel 2020-ci il təvəllüdlü X3 və 29 dekabr 2021-ci il təvəllüdlü X4) birinci tərəfin himayəsində saxlanılmasına razı olması və ikinci tərəf işləmədiyi üçün və Vətən müharibəsində yaralandığına görə dövlət tərəfindən müavinət olaraq verilən 80 (səksən) manat veteran pulunu aliment məbləği olaraq Birinci tərəfə ödəməyi öhdəsinə götürməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 06 sentyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar