Məhkəmə qərarları › İş №2(021)-1260/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1260/2022

06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1260/2022 06.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Baxışova (Əhmədova) Gülnar Şəmil qızının iştirakı ilə, Ərizəçi Ərizəçi qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Baxışova (Əhmədova) Gülnar Şəmil qızı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-224 KOD-61020018 saylı Dövlət Aktının onlara və mərhum X4 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.02.1998-ci il tarixli, 02 nömrəli qərarına əsasən ona Bərdə rayon Xəsili kəndində 3.37 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-224 KOD-61020018 saylı Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə almışlar. Həmin Şəhadətnamədə yanlışlıq olaraq onun adı Gülnar olduğu halda “Gülşad” və X1 və adı “Əhmədova Rahibə” kimi qeyd olunmuşdur. X9 02.02.2003-cü ildə vəfat etmişdir. Dövlət Aktındakı yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1986-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Xİ-ЖГ № 426174 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1986-cı ildə anadan olmuşdur. X2, anası X7r. İş materiallarına əlavə edilmiş Vİİİ-ЖГ № 446379 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 10.09.1982-ci ildə anadan olmuşdur. X2, anası X7r. İş materiallarına əlavə edilmiş İX-ЖГ № 410898 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Ramin Şəmil oğlu 19.**.1983-cü ildə anadan olmuşdur. X2, anası X7r. İş materiallarına əlavə edilmiş İİ-ЖГ № 336433 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X9 14.04.1980-cı ildə Xəsili kənd XD sovetliyində ** saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 22.02.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi torpağın mülkiyyət hüququna dair JN-224 saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-224 KOD- 61020018 saylı Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.02.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə 3.37 ha torpaq sahəsi Bərdə rayon Xəsili kənd sakinləri X8, X5, X10, Əhmədov Ramin Şəmil oğlunun və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş qəbzlərdən görünür ki, ərizəçilər tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyətə verilməsinə dair JN-224 KOD-61020018 saylı Dövlət Aktında yanlışlıq olaraq Baxışova (Əhmədova) Gülnar Şəmil qızının adı “Gülşad”, X1 və adı “Əhmədova Rabilə” kimi qeyd edilmişdir. Torpağa mülkiyyətə verilməsinə dair JN-224 KOD-61020018 saylı Dövlət Aktındakı –X13 və X14 yazılarının müvafiq olaraq mülkiyyətçilər – Baxışova (Əhmədova) Gülnar Şəmil qızına və X4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyətə verilməsinə dair JN-224 KOD- 61020018 saylı Şəhadətnamədə–X13 və X14 yazılarının müvafiq olaraq mülkiyyətçilər – Baxışova (Əhmədova) Gülnar Şəmil qızına və X4 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in **9-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyətə verilməsinə dair JN-224 KOD-61020018 saylı Şəhadətnamədə qeyd olunmuş mülkiyyətçi – X13 və X14 yazılarının müvafiq olaraq mülkiyyətçilər – Baxışova (Əhmədova) Gülnar Şəmil qızına və X4 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar