Məhkəmə qərarları › İş №2(021)-1264/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1264/2023

06.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1264/2023 06.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh və ya “Azəriqaz” İB) qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İB tərəfindən onun adına qanunsuz ******* saylı aktında qeyd olunmuş 548 manat 92 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Lənbəran kəndində yaşayır, qaz istehlakçısıdır. Qaza olan borcunu həmişə vaxtlı-vaxtında ödəmiş, heç bir vaxt sayğaca toxunmamış, qayda pozuntusuna yol verməmişdir. xx.xx.2022-ci il tarixdə Bərdə rayon Azəriqaz idarəsindən bildiriş gəlmişdir ki, onun Azəriqaza 548 manat 92 qəpik borcu var. Lakin sonradan araşdırmışdır ki, guya o sayğaca toxunmuşdur. Azəriqazın ona tərtib etdiyi ******* saylı akt qeyri-qanunsuzdur. Sayğaca heç bir müdaxilə etməmişdir. Azəriqazın qoyduğu sayğac yaşadıqları evdən çox uzaqda olduğu üçün tam mühafizə edə bilmirlər. Azəriqazın ona göndərdiyi bildirişlə razılaşmır. Onun hüquqları pozulmuşdur. Borclarını vaxtı -vaxtında ödəmişlər. Heç bir qayda pozuntusuna yol verməmişdir. Heç vaxt qazın pulunu ləngitməmiş, borcu qalmamışdır. Azəriqazın ona qarşı qərəzli qayda pozuntusu haqqında göndərdiyi bildiriş qanunsuzdur, ləğv olunmalıdır. Birliyin əməkdaşlarına bu barədə fikrini bildirmiş, tələb etmişdir ki, bu işdə onun təqsirini ona izah etsinlər, yaxud da ki, barəsində çıxarılmış əsassız borcu ləğv etsinlər. Lakin onun məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Qeyd olunanlardan göründüyü kimi, onun əməlində qanun pozuntusu olmadığı halda “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən hüquqları və qanunla qorunan mənafeyi kobudcasına pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. 29 aprel 2022-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, X2 Bərdə rayonu Lənbəran kəndində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilib. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli AZ-İİ 133383 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 06 dekabr 2020-ci il tarixdə ölmüşdür. 03 avqust 2021-ci il tarixli 2V-1094 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Bərdə rayonu Lənbəran kəndi ünvanında qeydiyyatda olan arvadı X4, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olan oğlu İddiaçı onların hər biri ayrı-ayrılıqda miras əmlakdan 1/6 irs almalıdırlar. -Şəhadətnamə verilən miras əmlak:- Bərdə rayonu Lənbəran kəndi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Lənbəran kəndi ünvanında 0,23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75,5 kv.m, yaşayış sahəsi 64,8 kv.m, yardımçı sahəsi 10,7 kv.m, 2 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. -Qeyd: Miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 1/6 hissəsi açıq saxlanılır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli 149 nömrəli arayışdan görünür ki, 03 avqust 2021-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi reyestr 2V1094 nömrə ilə qeyd edilmiş V-210 (xx.xx.2021) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qalan vərəsəsi İddiaçıdur. Abonentin saldosundan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yaşamış X3 2022-ci ilin aprel ayında 518,40 manat məbləğində cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı sayğacın plastmas borusunun deşilməsi və bunun mübahisələndirilən aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində göstərilmişdir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.9-cu maddəsinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq iddiaçı tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. MPM-in 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı iddia ərizəsində 548,92 manat cərimə borcunun silinməsini tələb etsə də iş materiallarında olan abonentin saldosundan görünür ki, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı 518,40 manat məbləğində cərimə yazılmışdır. Beləliklə, qaz sayğacına müdaxilə edilməsi iddiaçının təqsirli hərəkətləri ilə baş verdiyi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış 518,40 manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 29 aprel 2022-ci il tarixli ******* nömrəli Aktı əsasında X3 yazılmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində cərimə silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar