Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-127/2021 03.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “tikilinin sökülməsi ” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh Bərdə rayon Böyük Göyüşlü kəndində yerləşən 8.0 ha bələdiyyə torpağında tikilmiş tikilinin sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Göyüşlü Bələdiyyəsi tərəfindən 8 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi X5 icarəyə verilmiş, o da öz növbəsində həmin həmin torpaq sahəsini X11-satqısı əsasından Cavabdeh vermiş və 14.03.2012-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarış almışdır. Cavabdeh Bələdiyyə torpaqlarının idarə edilməsinə dair qanunun tələblərini pozaraq həmin torpaq sahəsində yaşayış binası tikdirmişdir. Bununla əlaqədar Bərdə Regional Ədliyyə İdarəsinə müraciət edilmiş , ədliyyə idarəsinin 5-B-76 saylı tövsiyyə məktubu müzakirə edilməsi üçün Bərdə rayon X3 14.06.2019-cu il tarixli iclasında müzakirəyə çıxarılmış, bələdiyyənin 7 saylı qırarına əsasən bələdiyyəyə məxsus 8 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qyadada tədbirlər görülməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh qanunsuz inşa etdiyi tikilinin sökülməsi tələb edilmiş, ancaq tikilini sökməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı, iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 06886014 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 30.07.1958-ci il tarixdə Bərdə rayon Göyüşlü kəndində anadan olmuşdur. Bərdə rayon Böyük Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 145 saylı 08.05.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Böyük Göyüşlü kəndində qeydiyyatdadır. Bərdə rayon X3 20.04.2020-ci il tarixli 05 saylı iclas Protokolundan görünür ki, bələdiyyə sədri X2 müraciəti əsasında bələdiyyə sədri vəzifəsindən vaxtından əvvəl azad edilməsi və İddiaçı X3 yeni bələdiyyə sədri seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 10.01.2012-ci il İcarə Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Bala Göyüşlü kənd bələdiyyəsinin sədri X8 ilə X9, həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar: X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin 26.02.2011-ci il tarixli, 1065 saylı arayışı və 24.02.2011-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəsindən çıxarışına əsasən Bərdə rayon Böyük Göyüşlü bələdiyyəsinə məxsus olan və Bərdə rayon Böyük Göyüşlü kəndində yerləşən 10.0 ha torpaq sahəsini 19.11.2071-ci il tarixədək X6 icarəyə verir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, 19.01.2012-ci il qeydiyyat tarixli Seriya MA №0333774 saylı Çıxarışdan görünür ki, Bərdə rayon Böyük Göyüşlü kəndində yerləşən 10.0 ha torpaq sahəsi 3M-1-10 nömrəli 18.01.2012-ci il tarixli İcarə müqaviləsi əsasında 10.01.2012-ci il dən 19.11.1971-ci il tarixə kimi X5 icarə hüququ qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 18.02.2012-ci il tarixli Daşınmaz Əmlak üzərində olan X11-Satqı Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X1 ilə alıcı Cavabdeh, həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar:
1. “Satıcı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin 17.02.2012-ci il tarixli, 352 saylı arayışı və 19.01.2012-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəsindən çıxarışı əsasında Bərdə rayon Böyük Göyüşlü kəndində yerləşən 10.0 ha torpaq sahəsindən 8.0 ha torpaq sahəsinin üzərində olan icarə hüququnu Cavabdeh satır.
2. Satılsn icarə hüququnu tərəflərt 5000 manat qiymətləndirdilər.
3. Müqavilə rəsmiləşdirilinədək göstərilən məbləğ Alıcı tərəfindən Satıcıya nəğd olaraq ödənilmişdir.
4. Müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi ilə əlaqədar xərclər “Alıcı” tərəfindən ödənilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.07.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, 14.03.2012-ci il qeydiyyat tarixli Seriya MA №0370060 saylı Çıxarışdan görünür ki, Bərdə rayon Böyük Göyüşlü kəndində yerləşən 8.0 ha torpaq sahəsi 3M-1-194 nömrəli 18.02.2012-ci il tarixli Bərdə rayon xüsusi notariusunun Daşınmaz Əmlak Üzərində olan X11-satqı müqaviləsi əsasında 18.02.2019-ci il dən 19.12.1971-ci il tarixə kimi Cavabdeh icarə hüququ qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərəd Ərazi İdarəsi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli Torpaq sahəsinin planı sənədindən görünür ki, Bərdə rayon Böyük Göyüşlü kəndində yerləşən bələdiyyənin mülkiyyətində olan 8.0 ha torpaq sahəsinin hüquq subyekti kimi Cavabdehdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon X3 14.06.2019-cu il tarixli 07 saylı iclas Protokolundan görünür ki, Bərdə Regional Ədliyyə İdarəsinin 30.05.2019-cu il tarixli 5-B-76 nömrəli tövsiyyə məktubu müzakirə olunmuş və bələdiyyəyə məxsus 8.0 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi, Cavabdeh tərəfindən icarə haqlarının tam şəkildə ödənilməsinin təmin edilməsi ilə bağlı Cavabdeh müraciət olunması əks təqdirdə həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna qaytarılması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 619 nömrəli 18.12.2020-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur: Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA 0370060saylı Çıxarışla və **********06 reyestr nömrəsi ilə cavabdehin icarə hüququ ilə hüquqları qeydiyyata alınmış 8.0 ha torpaq sahəsinin məkan göstəricilərinin əks etdirən sənəd təqdim edilmədiyindən mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. (ekspertiza xərci 131 manat) İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Böyük Göyüşlü kəndində yerləşən bələdiyyənin mülkiyyətində olan 10.0 ha torpaq sahəsi 10.01.2012-ci il İcarə Müqaviləsi əsasında 19.11.2071-ci il tarixədək X6 icarəyə verilmişdir. Rafil Vəliyev həmin torpaq sahəsinə onun icarəsində olması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, 19.01.2012-ci il qeydiyyat tarixli Seriya MA №0333774 saylı Çıxarış da almışdır. Daha sonra X9 həmin torpaq sahəsinin 8.0 ha hissəsini 18.02.2012-ci il tarixli Daşınmaz Əmlak üzərində olan X11-Satqı Müqaviləsi əsasında Cavabdeh satmışdır. Cavabdeh həmin torpaq sahəsinə onun icarəsində olması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.07.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, 14.03.2012-ci il qeydiyyat tarixli Seriya MA №0370060 saylı Çıxarış almışdır. İddiaçının iddia etdiyinə görə tikilimiş tikili həmin torpaq sahəsində yerləşdiyindən sökülməlidir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. İlk olaraq iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların iddia etdiyi torpaq sahəsi Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmə iddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi ” tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətinə kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu 7.2-ci bəndinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə qeyd edir ki, mütəxəsis rəyindən görünür ki, cavabdehin icarə hüququ ilə hüquqları qeydiyyata alınmış 8.0 ha torpaq sahəsinin məkan göstəricilərinin əks etdirən sənəd təqdim edilmədiyindən mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, həmin tikilinin məhz 8.0 ha torpaq sahəsinin üzərində olan icarə hüququnu Cavabdeh aid hissədə ya da ki, X6 icarəyə verilmiş 2 ha torpaq sahəsinin hüqdularından yerləşməsi müəyyən olunmadı. Həmçinin məhkəmə qeyd edir ki, nə iş materiallarına əlavə olunmuş 10.01.2012-ci il İcarə Müqaviləsinin təsdiq olunmuş surətindən, nədə ki, 18.02.2012-ci il tarixli Daşınmaz Əmlak üzərində olan X11-Satqı Müqaviləsinin təsdiq olunmuş surətindən müəyyən olunmur ki, hər hansı tikilinin aparılmasına dair qadağan qeyd olunub. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasında bildirdi ki, orada təsərrüfat işləri ilə məşğul olur, Ağdam rayonundan məcburi köçkündur, təsərrüffat işlərinin aparılan zaman nəzarət etmək üçün mövsümü olaraq həmin tikilidə qalıram ki, təsərrüffat məhv olmasın. Eyni zamanda məhkəməin sualına cavab olaraq İddiaçı bildirdi ki, mənim məqsədim torpaq sahəsinin geri alınması yox, orada olan tikilinin sökülməsidir. Belə olan halda məhkəmə qeyd edir ki, nə qədər ki, torpaq sahəsinin etibarsızlığı olmayıb və orada olan tikili caxabdeh təsərrüffatına xidmət etməq məqsədilə tikildiyindən onun sökülməsi tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC–nin iş üzrə mübahisəli torpaq sahəsinin inventarladırılmasına dair ekspertiza xərclərinə dair 07/14/134 nömrəli smetasından müəyyən edilir ki, ekspertiza xərci 131.0 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci 131 manat iddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı alınaraq Hesab: AZ23AİİB********************, VÖEN **********,Bank: Kapital Bank ASC 1 saylı Xətai filialı , Kodu: 200071,VÖEN:**********,M/H:AZ37NABZ********************.S.W.İ.F.T: AİİBAZ 2X hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “tikilinin sökülməsi ” tələbinə dair iddia tələbi təmin edilməsin. Ekspertiza xərci 131 manat iddiaçı Bərdə rayon Göyüşlü kənd Bələdiyyəsinin sədri İddiaçı alınaraq Hesab: AZ23AİİB********************, VÖEN **********,Bank: Kapital Bank ASC 1 saylı Xətai filialı , Kodu: 200071,VÖEN:**********,M/H:AZ37NABZ********************.S.W.İ.F.T: AİİBAZ 2X hesabına köçürülsün. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.