Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1272/2023 22.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçi iştirakları ilə, Ərizəçi X2nın şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X2nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Mehdili kəndində yaşayırlar, X2 uzun müddətdir ki, anadangəlmə əqli cəhətdən geri qalma, epilepsiya, sudurqa xəstəliyi var və özünü idarə edə bilmir. Bu xəstəliklərdən əziyyət çəkir. Bacısını evdə tək qoymaq qeyri mümkündür. Onun bacısı özünü idarə edə bilmir. Ağır xəstəliyi olduğu üçün müalicələr aparılır, lakin heç bir nəticəsi olmur və özünü bilmir, müalicələr təsir etmir. X2 ağır xəstəliyi olduğundan bir neçə dəfə müalicə etdirmişlər. Əvvəllər Bərdə şəhər Poliklinikasında həkimlər tərəfindən ambulator müalicə almış, lakin bu müalicələr istənilən nəticəni vermədiyindən oğlu Bakı şəhərində Respublika Mərkəzi xəstəxansında müalicə olunub. Onun müalicə almasına baxmayaraq, öz hərəkətlərinə tam cavabdehlik daşıya bilmir, özünü idarə edə bilmir, onda bu xəstəlik hələ uşaqlıqdan var, əmək qabliyyəti yoxdur. Onlar 30 ildir bacısına qulluq ediblər. Onun ancaq onların qayğısına ehtiyacı var, çünki onları tanıyır, kənar şəxslərin köməyi ilə idarə olunur, köməyə və qulluğa ehtiyacı var. Belə ki, bacısı X6 hal-hazırda 2-ci qrup əlildir. Məhkəmə iclasında Ərizəçi tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE 16657780 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 23 mart 1991-ci ildə ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1986-cı ildə doğulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Müdafiəsi Nazirliyini Sosial ekspert komissiyasında müayinəyə dair məlumatdan müəyyən olunur ki, X7 3-cü dərəcəli əlildir. İş materiallarında ollan 027/U nömrəli tibbi kartadan çıxarışdan müəyyən olunur ki, X5 epilepsiya, tez-tez baş verən qıc olmalar diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X14 şəxsi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli, 1524 nömrəli aayışda göstərilmişdir ki, Bərdə rayonu, mehdili kənd sakini 2233 mart 1991-ci il təvəllüdlü X3 RMX phş-nin poliklinika şöbəsinin nevroloji kabinetində 21 fevral 2023-cü il tarixdən Epilepsiya genorolizlə olunmuş forma tez-tez qıcolma tutmaları diaqnozu ilə müayinə olunmuşdur və 2007-ci ildən dispanser nəzarətindədir. İş materiallarında olan Maraqlı şəxs Başçısının Bərdə rayonu Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 saylı, 24 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Mehdili kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1272/2023 saylı 21 fevral 2023-cü il tarixli qərardadına əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 2350 saylı 14 iyun 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, buna görə də X7 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi X2nın fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi qızı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1272/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1272/2023
22.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver