Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1279/2025 31.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “qaz xəttinə qoşulma” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən cavabdeh Azəriqaz İB-nin X1 İstismarı İdarəsi tərəfindən onun hal-hazırda məskunlaşdığı binaya qaz sayğacının qoyularaq qaz xəttinin qoşulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinə əsasən müəyyən olunur ki, cavabdeh Azəriqaz İB ünvan 1 ünvanında yerləşir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “qaz xəttinə qoşulma” tələbinə dair ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “qaz xəttinə qoşulma” tələbi barədə ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “qaz xəttinə qoşulma” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: • İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “qaz xəttinə qoşulma” tələbinə dair ərizəsi geri qaytarılsın. • Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1279/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1279/2025
31.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver