Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1287/2022 12.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2 qızının, Ərizəçi3, Əliyeva (Süleymanova) Aysel Mahir qızının və Alıyeva (Süleymanova) İsmət Mahir qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi2 qızının, Ərizəçi3, Əliyeva (Süleymanova) Aysel Mahir qızının və Alıyeva (Süleymanova) İsmət Mahir qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 qızı, Ərizəçi3, Əliyeva (Süleymanova) Aysel Mahir qızı və Alıyeva (Süleymanova) İsmət Mahir qızı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-008A KOD-61000078 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 qızına, X7, Ərizəçi3, Əliyeva (Süleymanova) Aysel Mahir qızına və Alıyeva (Süleymanova) İsmət Mahir qızına məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən onlara- Ərizəçi1, Ərizəçi2 qızına, X7, Ərizəçi3, Əliyeva (Süleymanova) Aysel Mahir qızına və Alıyeva (Süleymanova) İsmət Mahir qızına Bərdə rayon Kələntərli kəndində 0.13 ha həyəytayı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-150A KOD-61008018 saylı Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə almışlar. Həmin Şəhadətnamədə yanlışlıq olaraq Ərizəçi2 qızının soyadı “Babaşova”, X2 “Babaşov”, Ərizəçi3 soyadı “Babaşov”, X1 “Babaşova” və Süleymanov İsmət Mahir qızının soyadı “Babaşov İsmət Mahir oğlu” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi1 ərizə verərək mülki işə ona münasibətdə baxılmamasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 qızı ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi Əliyeva (Süleymanov) Aysel Mahir qızı ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi Alıyeva (Süleymanov) İsmət Mahir qızı ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1958-ci ildə Bərdə rayon Kələntərli kəndində anadan olmuşdur. Bərdə rayon Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1958-ci ildə Bərdə rayon Kələntərli kəndində anadan olmuşdur. Bərdə rayon Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx.xx.1990-ci ildə Bərdə rayon Kələntərli kəndində anadan olmuşdur. Bərdə rayon Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ № 968298 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X8 arasında nikah 02.07.2014-cü il tarixdə Bərdə rayon Kələntərli kənd icra nümayəndəliyində 18 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Alıyev, avada Alıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 286843 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 arasında nikah 13.11.2006-cı il tarixdə Bərdə rayon VVADQ Şöbəsində 772 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, avada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş İX-ЖГ № 410871 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26.10.1983-cü ildə anadan olmuşdur. Atası Ərizəçi1 oğlu, anası Ərizəçi2dır. İş materiallarına əlavə edilmiş İİ-ЖГ № 466829 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 oğlu ilə Ərizəçi2 02.04.1982-ci il tarixdə Kələntərli kənd sovetliyində 11 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Babaşov, avada Hacıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 132655 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19.10.2020-ci ildə Tərtər-Ağdərə ərazisində hərbi əməliyyatlar nəticəsində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş İ-ИЕ № 708256 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1958-ci ildə anadan olmuşdur. X18 , anası Samara Hacıyevadır. İş materiallarına əlavə edilmiş İX-ЖГ № 496930 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1984-cü ildə anadan olmuşdur. Atası Ərizəçi1 oğlu, anası Ərizəçi2dır. İş materiallarına əlavə edilmiş Xİ-ЖГ № 425677 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1986-cı ildə anadan olmuşdur. Atası Ərizəçi1 oğlu, anası Ərizəçi2dır. İş materiallarına əlavə edilmiş XV-ЖГ № 274648 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1990-cı ildə anadan olmuşdur. Atası Ərizəçi1 oğlu, anası Ərizəçi2dır. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 04.03.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər torpağın mülkiyyət hüququna dair JN-150A saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-150A KOD- 61008018 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi Bərdə rayon Kələntərli kənd sakinləri Ərizəçi1 oğlunun, Babaşova Zabilə Surxay qızının, Babaşov İlkin Mahir oğlunun, Babaşov Elvin Mahir oğlunun, Babaşova Aysel Mahir qızının və Babaşov İsmət Mahir oğlunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyətə verilməsinə dair JN-150A KOD-61008018 saylı Şəhadətnamədə yanlışlıq olaraq Ərizəçi2 qızının soyadı “Babaşova”, Ərizəçi3 soyadı “Babaşov”, X2 “Babaşov”, Əliyeva (Süleymanova) Aysel Mahir qızının soyadı “Babaşova” və Alıyeva (Süleymanova) İsmət Mahir qızının soyadı və cinsi “Babaşov İsmət Mahir oğlu” kimi qeyd edilmişdir. Torpağa mülkiyyətə verilməsinə dair JN-150A KOD-61008018 saylı Şəhadətnamədəki – Babaşova Zabilə Surxay qızı, Babaşov İlkin Mahir oğlu, Babaşov Elvin Mahir oğlu, Babaşova Aysel Mahir qızı və Babaşov İsmət Mahir oğlu yazılarının müvafiq olaraq mülkiyyətçilər – Ərizəçi2 qızına, X7, Ərizəçi3, Əliyeva (Süleymanova) Aysel Mahir qızına və Alıyeva (Süleymanova) İsmət Mahir qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyətə verilməsinə dair JN-150A KOD-61008018 saylı Şəhadətnamədə Babaşova Zabilə Surxay qızı, Babaşov İlkin Mahir oğlu, Babaşov Elvin Mahir oğlu, Babaşova Aysel Mahir qızı və Babaşov İsmət Mahir oğlu yazılarının müvafiq olaraq mülkiyyətçilər – Ərizəçi2 qızına, X7, Ərizəçi3, Əliyeva (Süleymanova) Aysel Mahir qızına və Alıyeva (Süleymanova) İsmət Mahir qızına məxsus olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyətə verilməsinə dair JN-150A KOD-61008018 saylı Şəhadətnamədə qeyd olunmuş mülkiyyətçi – Babaşova Zabilə Surxay qızı, Babaşov İlkin Mahir oğlu, Babaşov Elvin Mahir oğlu, Babaşova Aysel Mahir qızı və Babaşov İsmət Mahir oğlu yazılarının müvafiq olaraq mülkiyyətçilər – Ərizəçi2 qızına, X7, Ərizəçi3, Əliyeva (Süleymanova) Aysel Mahir qızına və Alıyeva (Süleymanova) İsmət Mahir qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1287/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1287/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver