Məhkəmə qərarları › İş №2(021)-1288/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1288/2022

18.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1288/2022 18.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər X1 , X3 qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınaraq miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, maraqlı şəxslər X1 , X3 qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınaraq miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra:-MPM-in) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, hazırkı tələb iddia icraatı qaydasında verilmişdir. İddiaçıya izah olunmalıdır ki, maraqlı şəxs xüsusi icraat qaydasında baxılan işlərdə tərəf kimi iştirak edə bilər. Azərbaycan Respulikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddi ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh, maraqlı şəxslər X1 , X3 qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınaraq miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh, maraqlı şəxslər X1 , X3 qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınaraq miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar