Məhkəmə qərarları › İş №2(021)-1289/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1289/2024

23.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1289/2024 23.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun hakimliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab olunma» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, xx.xx.1949-cu il təvəllüdlü X9 onun doğma anasıdır. Anası iki il müddət olar ki, yaddaşını itirib heç kimi xatırlamır, danışa bilmir və müstəqil olaraq kənar şəxsin köməyi olmadan hərəkət edə bilmir. Anası ailə üzvlərini tanımır. Anasına özləri qulluq edirlər. Öz-özünə danışır, yuxusu pozulubdur. Bərdə rayon Mərkəzi Xəstəxanasında açılmış ambulator tibbi kitabçasında qeyd olunmuş diaqnozdan görünür ki, anasına alsheymer xəstəliyi zamanı demensiya diaqnozu qoyulmuşdur. Anası hələ də müalicə alır, anasının belə vəziyyət düşməsinin səbəbi 2020ci ilnin oktyabrın 27-də İkinci Qarabağ müharibəsi zamanı həyətlərinə düşən smerç raket zərbəsi nəticəsində qızı X10 şəhid olması olmuşdur. Anası xəstəliklə əlaqədar olaraq özünü idarə edə bilmir, əqli 3 yaşlı uşaq əqli kimidir. Ona görə də məhkəmədən X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş seriya AZE 04475072 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1949-cu il tarixdə Bərdə rayon Qarayusifli kəndində anadan olmuşdur. Bərdə rayonu Qarayusifli kəndində yaşayır. 023879 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. X7, anası X6r. 000998 nömrəli şəhid ailəsinin üzvünün vəsiqəsindən görünür ki, vəsiqə X9 qızına xx.xx.2021-ci il tarixdə verilmişdir. 008726 nömrəli Ambulator Tibbi kitabçasından görünür ki, X9 dispanserdə xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır. Diaqnozu Alsheymer xəstəliyi zamanı demensiyadır. xx.xx.2022-ci il tarixli 512 saylı arayışdan görünür ki, X1 yaşayır. xx.xx.2022-ci il tarixli 513 saylı arayışdan görünür ki, Cəbrayılov X4 yaşayır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(021)-1289/2024 saylı qərardaddan görünür ki, Ərizəçi anası X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 368 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli 517 saylı rəyi məhkəməyə göndərilmiş rəyin nəticə hissəsindən görünür ki, ekspert psixiatr mülki iş materiallarınını həmin mülki işindəki tibbi sənədlərini, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırdakı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşakıdakı kimi cavablandırır: Sual 1 cavabı- xx.xx.1956cı il təvəllüdlü X9 altsheymer xəstəliyində demensiya (ağır zəifliyi) davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyindən əziyyət çəkir. Sual 2-nin cavabı- xx.xx.1956 X9 altsheymer xəstəliyində demensiya (ağır zəifliyi) davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F00.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyildir. Sual 3-ün cavabı: X9 hal-hazırda Fəaliyyət Qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə mürаciət edərək X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir.X5 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən psixiatriya ekspertizası təyin edilmiş, rəydən məlum olur ki, X9 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-nin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndinə əsaən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-nin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-nin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-nin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X5 fəaliyyət qabiliyyətsiz hesab olunmasına əsaslar olduğundan ərizə təmin olunmalı və məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: 1.Ərizə təmin edilsin. 2.xx.xx.1949-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. 3.Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. 4.Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. 5.Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar