Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1296/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X23 oğlunun, Ərizəçi Allahverdiyeva Ruslan Süleyman oğlunun iştirakları ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəç Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-0055 KOD 61018018 saylı Dövlət Aktının onlara X3, X9 və Allahverdiyev Ruslan Süleyman oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarına əsasən onlara X3 (ölmüşdür), X9 (ölmüşdür), Allahverdiyev Ruslan Süleyman oğluna Bərdə rayonu, Otuzikilər kəndində 1,94 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-0055 KOD 61018018 olan dövlət aktı da almışlar. Həmin dövlət aktında X1 ata adı “Mövlanb” kimi qeyd edilib. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0055 KOD 61018018 olan dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Allahverdiyev Ruslan Süleyman oğlu ərizəsini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş İsmayılov Kəyan Əhməd oğlu, izahatında göstərdi ki, ərizəçi ilə qonşu olmaqla, eyni kənddə yaşayırlar. Ərizəçi ailə üzvüləri ilə birlikdə torpaq sahəsi verilmişdir. həmin torpağın verilməsi barədə sənəddə X1 ata adı səhv yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərdi ki, ərizəçi ilə qonşudur, ona torpaq torpaq sahəsi verilmişdir. Həmin torpağın verilməsi barədə sənəddə X1 ata adı səhv yazılmışdır. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0055 KOD 61018018 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998ci il 15 dekabr tarixli 15 saylı qərarına əsasən Bərdə rayonu Otuzikilər kənd sakinləri Allahverdiyev Allahverdi Mövlanv, Allahverdiyeva Simuzər Teymur qızının, Allahverdiyeva Ruslan Süleyman oğlunun mülkiyyətinə 1.94 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, Bərdə rayonu, Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 111 saylı 11 may 2022-ci il tarixli arayışdan müəyyən olunur k, X2 rayonu, Otuzikilər kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZE 08560330 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, Allahverdiyev Nəriman Allahverdi oğlu 16 noyabr 1957-ci ildə doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. İş materiallarına əlavə edilmiş pasportun surətindən müəyyən olunur ki, Ərizəçi Süleyman oğlu 08 iyuun 1987-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş İNE 354571 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, X4 ilə X13 09 iyun 1962-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Allahverdiyyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 183 saylı, 26 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Allahverdiyev Ruslan Süleyman oğlu Bərdə rayonu, Otuzikilər kənd üzrə Otuzikilər kəndinə aid ev təsərrüfatlarının uçot kitabında 571 nömrəli təsərrüfatda tək qeydiyyatda olmuşdur, Otuzikilər kənd İƏD-də ondan başqa qeydiyyatda olan ailə üzvü (qardaş və bacısı) yoxdur. İş materiallarına əlavə edilmiş AZE 13746157 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədov Vüqar Bilal oğlu 04 fevral 1976-cı ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 17259979 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İsmayılov Kəyan Əhməd oğlu 11 sentyabr 1965-ci ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuşdur, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-1 179183 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Allahverdiyev Allahverdi Mövlanverdi oğlu 31 may 2006-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ 094287 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 17 iyun 2020-ci ildə ölmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********70 nömrəli 14 mart 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Allahverdiyev Nəriman Allahverdi oğlu JN 0055 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0055, KOD 61018018 dövlət aktının X3 (ölmüşdür), X9 (ölmüşdür) və Allahverdiyev Ruslan Süleyman oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Allahverdiyev Allahverdi Mövlanv, Allahverdiyeva Simuzər Teymur qızının, Allahverdiyeva Ruslan Süleyman oğlunun adına verilmiş JN-0055, KOD 61018018 torpağın mülkiyyət hüququna dair dövlət aktının X3 (ölmüşdür), X9 (ölmüşdür), Allahverdiyev Ruslan Süleyman oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X11, X6 və Allahverdiyeva Ruslan Süleyman oğlunun adına verilmiş JN-0055, KOD 61018018 torpağın mülkiyyət hüququna dair dövlət aktının X3 (ölmüşdür), X9 (ölmüşdür) və Allahverdiyev Ruslan Süleyman oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1296/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1296/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver