Məhkəmə qərarları › İş №2(021)-1297/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1297/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1297/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13, İddiaçı, Cavabdeh Şəmiyev İbrahim Bayram oğlunun nümayəndəsi Şəmiyev Məhəmməd Bəhram oğlunun iştirakı ilə, İddiaçı Kamran qızının cavabdeh Şəmiyev İbrahim Bəhrəm oğluna qarşı «atalığın müəyyən olunması və aliment tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kamran qızı cavabdeh X10 qarşı «atalığın müəyyən edilməsi və aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atalığın müəyyən olunması və iki uşağın yetkinlik yaşına çatana kimi hər ay hər uşağa görə 160, cəmi 320 manat məbləğində alimentin cavabdeh Şəmiyev İbrahim Bayram oğlundan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Şəmiyev İbrahim Bəhrəm oğlu ilə 04 fevral 2006-cı il tarixdən 15 iyun 2009-cu il tarixədək qeyri rəsmi olaraq birgə yaşamaqla ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 21 mart 2008-ci il təvəllüdlü Abbasova Bahar İbrahim qızı, 19 mart 2009-cu il təvəllüdlü Abbasov Qorxmaz İbrahim oğlu adlı iki uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə 15 iyun 2009-cu il tarixində cavabdehlə ayrılmışlar. Həmin vaxtdan cavabdeh uşaqların saxlanmasında heç bir köməklik etmir. Uşağa baxmaqda maddi çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır. Yüksək gəlirli işdə işləyir, iddiaçının isə maddi imkanı olduqca çətindir, heç bir yerdə işləmir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Abbasova Cehunə Kamran qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi Şəmiyev Məhəmməd Bəhrəm oğlu izahatında iddianı qismən qəbul edərək göstərdi ki, cavabdeh X16 qardaşıdır, iddiaçı İddiaçı ilə 2006-cı ildə faktiki nikah münasibətində olublar, birgə yaşadıqları dövrdə iki uşaqları anadan olmuşdur, uşaqların atası qardaşı X11r, əmək qabliyyətsiz olmaqla ikinci qrup əlildir, bu səbəbdən də heç bir yerdə işləyə bilmir. Yeganə qazancı dövlət tərəfindən əlil olduğu üçün verilən 233 manat müavinatdır. Bundan başqa 24 oktyabr 2010-cu il tarixdə yeni nikaha daxil olmuşdur, müliyyətində daşınar və daşınmaz əmlakı yoxdur. Maddi imkanı olduca çətindir. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ASAN-Bərdə tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasova Ceyhunə Kamran qızı xx xxxxx 1988-ci il tarixdə Bərdə rayonunda anadan olumaqla, Kəlbəcər rayonunda qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə Rayon Şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli 3415 saylı arayışdan görünür ki, İddiaçı qızı Kəlbəcər rayonundan məcburi köçkün olmaqla, Bərdə rayonu Kafarlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İV № 053895 saylı və AZ-İV № 053896 saylı haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə 21 mart 2008-ci il təvəllüdlü Abbasoba Bahar İbrahim qızı və 19 mart 2009-cu il təvəllüdlü Abbasov Qorxmaz İbrahim oğlu adlı iki uşaqları vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı İddiaçı qızı və Cavabdeh 04 fevral 2006-cı il tarixdə faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə yaşadıqları dövrdə 21 mart 2008-ci il təvəllüdlü Abbasoba Bahar İbrahim qızı və 19 mart 2009-cu il təvəllüdlü Abbasov Qorxmaz İbrahim oğlu adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının himayəsində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3 -ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azırbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən pulun tutulması cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməli, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını, iş üzrə cavabdehin daimi iş yerinin olmamasını uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X6 21 mart 2008-ci il təvəllüdlü Abbasoba Bahar İbrahim qızı və 19 mart 2009-cu il təvəllüdlü Abbasov Qorxmaz İbrahim oğlunun atası olması faktı müəyyən edilməli, X4 21 mart 2008-ci il təvəllüdlü Abbasoba Bahar İbrahim qızının və 19 mart 2009-cu il təvəllüdlü Abbasov Qorxmaz İbrahim oğlunu yetkinlik yaşına çatana qədər hər ay hər uşağın saxlanılması üçün 90 (doxsan) manat, cəmi 180 manat təmin edilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin uşaqlar üçün aliment tutulması ilə bağlı qeyd edir ki, həmin aliment ci il tarixdən, yəni məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X6 21 mart 2008-ci il təvəllüdlü Abbasoba Bahar İbrahim qızının və 19 mart 2009-cu il təvəllüdlü Abbasov Qorxmaz İbrahim oğlunun atası olması faktı müəyyən edilsin. Tərəflərin birgə yaşadığı dövrdə anadan olmuş 21 mart 2008-ci il təvəllüdlü Abbasoba Bahar İbrahim qızının və 19 mart 2009-cu il təvəllüdlü Abbasov Qorxmaz İbrahim oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni tarixdən başlayaraq cavabdeh X22 oğlundan hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment iddiaçı İddiaçı Kamran qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar