Məhkəmə qərarları › İş №2(021)-1298/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1298/2024

23.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1298/2024 23.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı , Cavabdeh X9 iştirakları ilə, İddiaçı cavabdeh X18, üçüncü şəxs Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın payına düşən hissəsi üzərində payının müəyyən edilməsinə” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdeh X18 və üçüncü şəxs Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Bərdə rayonu Türkmən kəndində mərhum X4, anası X25, bacıları X19 və X5, qardaşı X20 verilmiş ünvan 1ində 1,57 ha pay torpaq sahəsinin vəfat etmiş X29, X32, X10 və X11 payına düşən hissəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində payının müəyyən edilməsinə və həmin torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Bərdə rayonu Türkmən kəndində X4, anası X25, bacıları X19 və X5, qardaşı X20 ünvan 1ində 1,57 ha pay torpaq sahəsi verilmişdir. X49 xx.xx.2013-cü il tarixdə, anası Şəfiqə Əliyeva xx.xx.2023-cu il tarixdə, qardaşı Rafail Əliyev xx.xx.2012-ci il tarixdə, bacısı Şərqiyyə Əliyeva xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Valideynlərindən qalmış miras əmlak üzərində paylarının müəyyən edilməsi məqsədi ilə vərəsəlik şəhadətnaməsi alımaq üçün Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Sözügedən idarədən ona xx.xx.2023-cü il tarixdə vərəsəlik şəhadətnaməsi verilməsinin mümkün olması, ancaq sağ qalan bacıqardaşının gəlmədiyi üçün imtina edilmişdir. Miras qalmış torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi və naturada bölünməsi zərurəti ortaya çıxmışdır. Ancaq cavabdeh buna imkan vermir. Mərhum qardaşı Rafail və mərhum bacısı Şərqiyyə ailə həyatı qurmayıb. Hesab edir ki, valideynlərinin birinci növbə vərəsəsi olduğundan və həmin bacı-qardaşının birinci növbə vərəsəsi olmadığından, adları çəkilən şəxslərdən miras qalmış əmlakdan onun payı müəyyən edilib, ayrılmalıdır. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Bərdə rayonu Türkmən kəndində mərhum X4, anası X25, bacısı X19 və X5, qardaşı X20 verilmiş ünvan 1ində 1,57 ha pay torpaq sahəsinin vəfat etmiş X29, X32, X10 və X11 payına düşən hissəsi üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X30 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Həmçinin cavabdeh X30 etiraz ərizəsi verərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı onun doğma qardaşıdır. X41 xx.xx.2013-cü ildə, anaları Şəfiqə Əliyeva xx.xx.2023cü ildə, qardaşları Rəfail Əliyev xx.xx.2012-ci ildə, bacıları Şərqiyyə Əliyeva xx.xx.2008-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı vəfat etmiş şəxslərdən miras qalmış əmlak üzərində payların müəyyən edilməsini tələb edir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, valideynlərindən və qardaşbacılarından miras qalmış əmlaklar daim onun tərəfindən idarə olunmuşdur. Həmin torpaq sahəsindən əldə etdiyi gəlir vəfat etmiş digər qardaşı X21 ailəsinə verilir. Digər sağ qalan bacısı X12 həmin gəlirlərin mərhmun ailəsinə verilməsinə etiraz etmir. İddiaçı özünə məxsus ünvan 1ində 0,35 ha pay torpağı vardır. Həmin torpaq sahəsi özünün istifadəsindədir. Dəfələrlə iddiaçıya mübahisəli torpaq sahəsi olan 1,57 ha hissəsindən pay ayrılaraq ona verilməsini təklif etmişlər. Lakin iddiaçı onlarla razılaşmayaraq, torpaq sahəsinin bütövlükdə ona verilməsini bildirmişdir. Həmin torpaq sahəsinin tərəfindən idarə olunması kənd bələdiyyəsinin arayışında da öz əksini tapmışdır. Bundan əlavə torpaq sahəsini icarə əsasında əkib-becərən şəxs də torpaq sahəsinin tərəfindən idarə olunmasını təsdiq edə bilər. Vəfat etmiş valideynlərinin və bacı-qardaşının yas mərasimlərinin bütün xərcləri onun tərəfindən qarşılanmışdır. Onun və digər vərəsə olan bacısı Mehbarə Namazovanın məqsədi həmin mübahisəli torpaq sahəsindən əldə olunmuş gəlirin mərhum qardaşının ailəsinə xərclənməsidir. Lakin iddiaçı miras qalmış əmlakı öz mülkiyyətinə rəsmiləşdirmək istəyir. Miras əmlaka o sahiblik etmiş və daim əmlak tərəfindən idarə olunmuşdur. Digər sağ qalmış vərəsə Mehbarə Namazova da tesdiq edə bilər ki, mübahisəli torpaq sahəsi miras əmlak kimi onun tərəfindən qəbul edilmiş və bu günə kimi idarə olunur. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs Bərdə Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X29 xx.xx.2013-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X10 xx.xx.1962-ci ildə anadan olmuşdur. X4, anası X26r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X10 xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X3 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Arayışdan görünür ki, X31 xx.xx.2012-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X13 aid nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X32 29 aprel 2023-cü ildə Bərdə rayon Türkmən kəndində ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfində 11 may 2023-cu il tarixi 437 nomrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur . İş materiallarına əlavə olunmuş AZ-İİ №248475 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X19 xx.xx.1969-cu ildə anadan olmuşdur. X4, anası X26r. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0089 KOD- 61015028 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 1,57 ha torpaq sahəsi Bərdə rayon Türkmən kənd sakinləri X14, X22, X23, X6 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak məsələləri dövlət komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası ünvan 1i ünvanında qeydiyyatda olan X22 xx.xx.2023-cü ildə ölməsi barədə Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş aşağıdakı şəxslər X22 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir. 1. İddiaçı - oğlu İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaraxan- Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1066 saylı xx.xx.2023-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, Bərdə rayon Türkmən kəndində yaşamış mərhumə X22 aşağıdakı ailə üzvləri vardır: X10, X27, X31 (vəfat edib), X15, İddiaçı, X33. (vəfat edib) İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaraxan- Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixi Aktda qeyd olunmuşdur ki, JN-0089 KOD-61015028 saylı Dövlət X1 adı səhvən “X34” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 29 aprel 2023-cü ildə vəfat etmiş ünvan 1i ünvanında qeydiyyatda olan anası X16 qalmış miras əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ərizə ilə Bərdə regional "ASAN xidmət" notariat ofisinə müraciət etmiş, lakin miras əmlaka dair digər vərəsə olan qardaşı - Cavabdeh ilə aralarında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaf olduğundan miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə olunmuş Əmlak haqqında məlumatın təqdim edilməsi barədə vəkilin müraciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, sorğuda qeyd olunan X22 adına ünvan 1ində 5 nəfər ailə üzvü ilə birlikdə JN-0089 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Türkmən Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, Bərdə rayon Türkmən kəndində yerləşən X24, X25, X7, X17, X8 məxsus 1,57 ha pay torpaqları valideyinlərinin sağlığında və vəfatından sonra həmin torpaqların becərilməsini Cavabdeh icra etmişdir. Bu ailəyə aid bütün idarə etmə işləri, xeyir və yas məclisləri Cavabdeh tərəfindən bir böyük oğul kimi təşkil olunmuşdur. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 1,57 ha torpaq sahəsi Bərdə rayon Türkmən kənd sakinləri X14, X22, X13, X6 və X3 mülkiyyətinə verilmişdir. Mülkiyyətçilərdən Şərqiyyə Əliyeva xx.xx.2008-ci il tarixdə, Rafail Əliyev xx.xx.2012-ci il tarixdə, Mirzə Əliyev xx.xx.2013-cü il tarixdə, Şəfiqə Əliyeva xx.xx.2023-cu il tarixdə vəfat etmişlər. Həmin mülkiyyətçilərdən qalan miras əmlak Cavabdeh tərəfindən qəbul edilərək idarə edilmişdir. Hazırda İddiaçı ünvan 1ində 1,57 ha pay torpaq sahəsinin vəfat etmiş X29, X32, X10 və X11 payına düşən hissəsi üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, miras vərəsə tərəfindən mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verilməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlanılmaqla qəbul edilir. Hazırki mübahisə predmeti olan miras əmlaka da ilk gündən cavabdeh X30 faktik sahiblik etdiyindən o, mirası qəbul etmiş sayılır. İddiaçı isə Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, miras üzrə sonuncu mülkiyyətçi Şəfiqə Əliyeva xx.xx.2023-cü il tarixdə vəfat etmiş, İddiaçı isə Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat X2 qalmış miras əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Bərdə regional "ASAN xidmət" notariat ofisinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, valideynlərindən qalmış miras əmlak üzərində paylarının müəyyən edilməsi məqsədi ilə vərəsəlik şəhadətnaməsi alımaq üçün Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixdə vərəsəlik şəhadətnaməsi verilməsindən sağ qalan bacı-qardaşının gəlmədiyi üçün imtina edilmişdir. Məhkəmə bu halla bağlı qeyd edir ki, iddiaçı xx.xx.2023cü il tarixdə Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə müraciət etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir, həmçinin o, xx.xx.2023-cü il tarixdə müraciət etmiş olsa belə yenə də Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötürmüşdür. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarına qədər qüvvədə olan: -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -Həmin məcəllənin 1273-1-cı maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarında göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Beləlikə, məhkəmə hesab edir ki, hazırki iş üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarından əvvəl, yəni 29 aprel 2023-cu il tarixdən yarandığından hazırki iş üzrə Mülki Məcəllənin həmin Qərarın qəbul olunmasına qədər qüvvədə olan 1246 və 1273-1-ci maddələri tətbiq olunaraq idddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X18, üçüncü şəxs Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın payına düşən hissəsi üzərində payının müəyyən edilməsinə tələbinə” tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar