Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1329/2021 20.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Əli oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinin sədrinə qarşı “qonşuluq hüququnun pozulmasına və həyətə gediş gəliş yolunun açılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin oun mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə mane olan hərəkətlərinə son qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlara məxsus JN 053 A, KOD 61002028 olan mülkiyyət şəhadətnamələri var, 0,28 ha torpaq sahəsində tikdirdikləri evin həyətini əkibb becərmək üçün traktor yolu yoxdur. Həmin yola girən hissədə isə bələdiyyə qəsdən, qərəzli olaraq ağac əkibdir, dəfələrlə xahiş etmişdir ki, ora yoldur, ora ağac əkməsin, bələdiyyə isə qərəzli olaraq orda tut və digər lazımsız ağaclar əkir ki, bu da sözügedən həyətyanı torpaq sahələrinə gediş gəlişə mane olur. Sözügedən ərazi bələdiyyə mülkiyyətindədir, bələdiyyə isə yolun açılmasına ciddi maneə yaradır. Cavabdehin hərəkətləri qərəzli xarakter daşıyır və onun öz mülkiyyətindən sərbəst istifadə etməyinə mane olur. O, sərbəst şəkildə həyətinə girib çıxa bilmir, çünki cavabdeh buna maneçilik törədir. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq etsə də, sözünə əhəmiyyət verməmiş, onun sərbəst hərəkət etməyinə maneçilik törədən əməllərini davam etdirmişdir, vəzifə saəlahiyyətindən sui istifadə edir. O, deyir ki, yolun keçən hissəsində olan ağacları ona zərər vermədən çıxardıb yolun kənarında əksin və quluq etsin, ancaq bələdiyyə qərəzlilik edir və imkan vermir. Onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinin sədri X3 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, mübahisəli əraziyə yeri baxış keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə Bərdə rayonu, Mollaisalar kəndində anadan olmuşdur. Bərdə rayon Bala Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 96 nömrəli 02 mart 2021-ci il tarixli arayışdan müəyyən olunurki İddiaçı Əli oğlu Bərdə rayonu Böyük Göyüşlü kənd ərazi dairəsi üzər Bala Göyüşlü kəndində yaşayır. İş materiallarına əlavə olunmuş JN 053A KOD 61002028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhdaətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və ailə üzvülərinə, Bərdə Rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə Bərdə rayonu, Bala Göyüşlü kəndindən 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Böyük Göyüşlü kənd bələdiyyəsi tərəfindən verilmiş 16 saylı, 08 iyun 2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı həyətyanı torpaq sahəsinə gedən mübahisəli yol sahəsi bələdiyyənin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bərdə rayonu X2 ünvanlanmış 25 iyun 2020-ci il tarixli, 1105-20 nömrəli məktubun surətindən müəyyən olunur ki, İddiaçı məxsus torpaq sahəsində olan 27 ədəd qovaq ağacının toxunulmaz qalması məqsədə müvafiq hesab edilməklə, ağacların mühafizə olunması X2 tapşırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasınnın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bərdə rayonu X2 ünvanlanmış 9 RETSİ/ 212-21 nömrəli, 18 fevral 2021-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, İddiaçı məxsus torpaq sahəsində olan 27 ədəd qovaq ağacının əkin sahəsinə kölgə salan budaq hissələrinin ağacın inkişafının qarşısını almayacaq dərəcədə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti ilə, mütəxəssislər tərəfindən aqrotexniki qaydalara uyğun budanması məqsədə müvafiq hesab edilir. İş materiallarında olan Bərdə Rayyon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(021)- 1127/20 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Dadaşov Asif Əli oğlunun cavabdeh X1 qarşı “yolun açılması və maneçiliyə qadağan qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsininn 23 oktyabr 2020-ci il tarixli, 2(104)-2798/2020 nömrəli qətnamənin surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməssinin 2(021)-1127/2020 saylı mülki iş üzrə 06 may 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı Dadaşov Asif Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(0211)-1127/2020 saylı mülki iş üzrə 06 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilən zaman müəyyən olundu ki, mübahisəli ərazi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir, ərazidə qovaq ağacları əkilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisəli əraziyə baxış keçirilərkən iddiaçının həyətyanı sahəsinə girişin mövcud olması, mübahisəli ərazidəki çoxillik ağacların bir-birindən əkilmə məsafələrinə baxıldı və ümumiyyətlə həmin ağacların kəsilməsi, eləcə də çıxarılaraq başqa yerdə əkilməsinin qeyri-mümkünlüyü müəyyən edildi. Bundan başqa mübahisəli ərazidə əlavə ikinci girişin açılması ilə bağlı iddiaçı mövqeyini əsaslandıra bilmədi. Bununla da məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinin sədrinə qarşı “qonşuluq hüququnun pozulmasına və həyətə gediş gəliş yolunun açılması” tələbinin əsaslarını məhkəmədə sübut edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinin sədrinə qarşı “qonşuluq hüququnun pozulmasına və həyətə gediş gəliş yolunun açılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1329/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1329/2021
20.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver