Məhkəmə qərarları › İş №2(021)-133/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-133/2023

30.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-133/2023 30.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi, İddiaçı nümayəndəsi X8, Cavabdeh2 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında inşa edilmiş qeyri-yaşayış sahələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsinə, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X3 (bundan sonra TKQ) Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında yerləşir. Bərdə TKQ-nın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2014-cü il tarixindən verilmiş Texniki pasportdan da göründüyü kimi İddiaçı MMC-nin balansındadır. İddiaçı MMC-nin nizamnamə kapitalının yüz faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. Bərdə TKQ-nin yerləşdiyi torpaq sahəsində, yəni İddiaçı MMC-nin balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan əlavə qanunsuz tikililər vardır. Həmin tikililərin qanunsuz olması faktı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş Texniki pasportun 3-cü bölməsinin təsnifat hissəsində D-tikililərinin tikinti altı sahəsinin (133.3 kv. metr) icazəsiz olaraq tikilməsi kimi qeyd edilməklə öz təsdiqini tapmışdır. Həmin D tikililərindən biri (texniki pasportda yaşıl rənglə rənglənmişdir.) Bərdə TKQ-nın həyətyanı yaşıllıq sahəsinin yanında yerləşir. Bu tikili X6 tərəfindən tikilmiş, daha sonra vəfat etmiş və həmin qanunsuz tikili Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh2 satılmışdır. İddiaçı MMC tərəfindən cavabdehlərə Bərdə TKQ-nin ərazisində inşa edilmiş qeyri-yaşayış sahələrinin sökülməsi barədə xəbərdarlıq məktubları təqdim edilsə də bu günə qədər heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X9 iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdeh nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 02 sentyabr 2014-cü il tarixli, invertar nömrəsi 16151 reyestr nömrəsi **********35-12301 olan Texkini Pasportun surətindən görünür ki, Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında yerləşən Əmlak kompleksi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı İstehsalat Birliyi X3na məxsusdur. Azərbaycan Respublkasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, İddiaçı MMC xx.xx.1996-cı il tarixdən Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq qeydiyyata alınmışdır. İş materiallarında olan pretenziya məktublarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdehlərə tikilinin sökülməsi barədə xəbərdarlıq edilmişdir. Bərdə Rayonu İcra Hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 137 nömrəli Bərdə şəhəri ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsindən ünvan 3 ünvanında yaşayan X1 məqsədi üçün icarə yolu ilə 52.0 kv. metr torpaq sahəsi ayrılması barədə qərarından görünür ki, Bərdə şəhəri ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsindən ünvan 3 ünvanında yaşayan X1 məqsədi üçün icarə yolu ilə 52.0 kv.metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 21 iyun 2020-ci il tarixli, 820/2020 nömrəli məktubdan görünür ki, X2 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi oğlu Cavabdeh1 tanınmaq hüququna malikdir. Bərdə Rayonu İcra Hakimiyyəti Başçısının 08 oktyabr 2012-ci il tarixli 167 nömrəli Bərdə şəhər sakini S.A.Şadlinskayaya uzun müddətli istifadəsində olan torpaq sahəsində mağaza binasının tikintisinə icazə verilməsi barədə qərarının surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan X1 fəaliyyəti ilə məşğul olmaq üçün Bərdə şəhəri H.Əliyev prospektində istifadəsində 52.0 kv.metr torpaq sahəsində təqdim etdiyi eskiz layihəsi əsasında mağaza binasının tikintisinə icazə verilmişdir. Obyektin Qəbul Komissiyası tərəfindən İstismara Qəbul edilməsi haqqında 04 dekabr 2012-ci il tarixli aktın surətindən görünür ki, Bərdə şəhəri Heydər Əliyev prospektində X4 məxsus olan mağaza binası istismara yararlıdır. Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli, 10/4541 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 istifadəsində olan Bərdə şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi 16151 inventar və **********35-12301 reyestr nömrəli texiki pasporta əsasən İddiaçı İstehsalat Birliyi X3nın icarəsində və ya istifadəsində olan Bərdə şəhəri H.Əlyev prospekti 60 ünvanında yerləşən torpaq sahəsində inşa edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında inşa edilmiş qeyri-yaşayış sahələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsinə, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddianı qəbul etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Bundan əlavə Mülki Məcəllənin 139-1.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Burada texniki pasport göstərilməmişdir. Texniki pasport yalnız obyektin texniki ölçülərini və layihəsini göstərir ki, bu da hüquqmüəyyənedici sənəd hesab edilmir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, ilk növbədə iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyət, icarə və ya istifadəsində (balansında) olmasına dair hüquqmüəyyənedici sənədləri (Çıxarış, icarə müqaviləsi, torpaq sahəsinin xüsusi mülkiyyətdə və ya icarədə (istifadədə) olmasına dair Reyestrdən Çıxarış) məhkəməyə təqdim etməli idi. İş materiallarında isə iddiaçı tərəfindən yalnız texniki pasporta istinad edilir ki, məhkəmə bu halı yolverilməz hesab edir. Çünki, şəxslərin mülkiyyət, istifadə və icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra bu hüququn müdafiəsini tələb etmək hüququ yaranır. Bundan başqa qanunvericiliyə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisi başa çatmış obyektlərin sökülməsi ilə bağlı məhkəməyə iddia tələbi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müraciət edə bilər. Lakin, hazırki halda iddianı İddiaçı qaldırmışdır. Məhkəmə həmçinin onu da vurğulayır ki, iddiaçının hazırki iddia ərizəsini təqdim etmək, yəni subyektiv hüququ təsdiq edildiyi halda belə cavabdehlərin həmin tikilini qanunsuz, yəni tikintiyə icazə almadan, şəhərsalma tikinti və normalarının tələblərinə əməl etmədən və özünün mülkiyyətində və istifadəsində olmayan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilməsi sübut edildikdən sonra hazırki iddianın uğurluluq ehtimalı yüksək olardı. Lakin, qüvvədə olan Bərdə rayon İcra hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 137 nömrəli qərarından Bərdə şəhəri ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsindən ünvan 3 ünvanında yaşayan X1 məqsədi üçün icarə yolu ilə 52.0 kv.metr torpaq sahəsi ayrılması və Bərdə Rayonu İcra Hakimiyyəti Başçısının növbəti, yəni 08 oktyabr 2012-ci il tarixli 167 nömrəli qərarı ilə ünvan 4 ünvanında yaşayan X1 fəaliyyəti ilə məşğul olmaq üçün Bərdə şəhəri H.Əliyev prospektində istifadəsində 52.0 kv.metr torpaq sahəsində təqdim etdiyi eskiz layihəsi əsasında mağaza binasının tikintisinə icazə verilməsi qərara alınmış və obyektin İstismara Qəbul edilməsi haqqında 04 dekabr 2012-ci il tarixli akta əsasən Bərdə şəhəri Heydər Əliyev prospektində X4 məxsus olan mağaza binası istismara yararlı hesab edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan obyekt barədə icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş müvafiq qərarlar var və iş materiallarından həmin qərarların ləğv, yaxud etibarsız hesab edilməsinə dair hər hansı bir sübut yoxdur. Bu da sözügedən qərarların hazırda qüvvədə olduğunu göstərir. Bundan başqa, iş materiallarından iddiaçı tərəfindən sökülməsi tələb edilən obyektin Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh2 satılması müəyyən edilmir. Bununla bağlı iş materiallarında hər hansı sübut yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 etibarnamə verilməsi hələ sökülməsi tələb edilən obyektin satılması anlamına gəlmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 saylı fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Bezımyannaya Rusiyaya qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələrinə dair tələblə məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququ vasitəsilə “məhkəməyə müraciət etmək hüququ”na xüsusi önəm verilir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “məhkəməyə müraciət etmək hüququ”nun məhdud şərh edilməsi bu maddənin məqsədi və predmeti ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməklə bağlı subyektiv hüququ olmadığından və iddiada göstərilən hallar təsdiq və sübut edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin, iddia təmin edilmədiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dаir iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı MMC-dən alınaraq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar