Məhkəmə qərarları › İş №2(021)-1333/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1333/2023

22.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1333/2023 22.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 25 iyul 1956-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X11 ilə anası X4 evliliyindən doğulan 25 iyul 1956-cı il təvəllüdlü bacısı X6 uzun zamandır psixoloji problemdən əziyyət çəkir. Bacısı ruhi xəstədir, əqli qüsuru var və xəstəliyi ilə əlaqədar ömürlük İİİ qrup əlildir. Hal-hazırda bacısı özünü idarə edə bilmir, yaxınlarından heç kimi tanımır. Davamlı olaraq hər hansı bir şəxsin qulluğuna və köməyinə ehtiyacı var. Tez-tez qıcolma tutmaları var və hal-hazırda da mütəmadi olaraq müalicə olunur. X1 hər hansı kənar şəxsin köməyinə ehtiyacı olduğundan, kartının vaxtı bitdiyi vaxt ala bilmədiyindən, subsidiya pulunu ala bilmədiyindən bacısının fəailiyyət qabiliyyətsiz hesab edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə Bərdə rayonu Saatlı kəndində anadan olub, Bərdə rayonu Saatlı kəndində qeydiyyatdadır. AZE seriyalı 07259371 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1956-cı ildə Bərdə rayonu Saatlı kəndində anadan olub, Bərdə rayonu Saatlı kəndində qeydiyyatdadır. Maraqlı şəxs Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli 80 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Saatlı kəndində yaşayır. Maraqlı şəxs Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli 81 saylı arayışdan görünür ki, X2 rayonu Saatlı kəndində yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.1952-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X11, “ana” qrafasında anası kimi X7 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1956-cı ildə anadan olmuşdur. “Ana” qrafasında anası kimi X7 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli 333- 05/69 saylı ölüm akt qeydindən çıxarışdan görünür ki, X11 26 iyun 2006-cı ildə Bərdə rayonu Saatlı kəndində ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli 334- 05/69 saylı ölüm akt qeydindən çıxarışdan görünür ki, X7 08 yanvar 1992-ci ildə Bərdə rayonu Saatlı kəndində ölmüşdür. Maraqlı şəxs Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli 137 saylı arayışdan görünür ki, Bərdə rayonu Saatlı kənd sakini X6 xəstə olduğu üçün 2000-ci ildən bacısı Ərizəçi himayəsində yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-02 № 024608 saylı arayışından görünür ki, X5 İİİ dərəcə, ümumi xəstəliklə, müddətsiz əlillik dərəcəsi verilmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 22 may 2023-cü il tarixli PHŞ-6-28/2-595/2023 saylı məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X6 hər hansı xəstəliklə bağlı xəstəxanaya müraciət etməmişdir. Bərdə Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadına əsasən Ərizəçi “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Məhkəməpsixatriya ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Səhiyyə İdarəsinin Ruhi-Əsəb Xəstəxanasının ekspertlərinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin X9 Şöbəsinin 06 may 2023-cü il tarixli 291 nömrəli məktubundan görünür ki, mülki işdə heç bir tibbi sənəd (Bərdə MRX-nın poliklinikasından ambulator karta, xəstəlik tarixlərindən çıxarışlar, resept blankları, psixiatrik kabinetdən psixi xəstəliyə görə qeydiyyata götürülməsi haqda arayış və s.) aşkar edilmədiyindən qərardad icra edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikasının MPM-nin: 317.2-ci maddəsinə görə, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Ərizəçi məhkəməyə 25 iyul 1956-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair ərizə versə də, bacısı Elmira Kərimovanın xəstəliyi ilə bağlı sənədlər əlavə etməmişdir. Sonuncunun fəaliyyət qabiliyyətsizliyinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-psixatriya ekspertizası təyin edilmiş, lakin tibbi sənədlər (Bərdə MRX-nın poliklinikasından ambulator karta, xəstəlik tarixlərindən çıxarışlar, resept blankları, psixatrik kabinetdən psixi xəstəliyə görə qeydiyyata götürülməsi haqda arayış və s.) olmadığından rəy verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçiyə bacısı Elmira Kərimovanın xəstəliyi ilə bağlı tibbi sənədləri məhkəməyə təqdim etməsi təklif olunsa da, ərizəçi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edə bilmədi. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi 25 iyul 1956-cı il təvəllüdlü X1 xəstəliyi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : Ərizəçi “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar