Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1337/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X24 oğlunun, Ərizəçi Ərizəçi1 Əvəz oğlunun iştirakları ilə, Ərizəçilər X11, Ərizəçi2, Ərizəçi3 Ramiz oğlunun, Ərizəçi4 Ramiz oğlunun, Nəcəfov Mobil Ramiz oğlunun, Nəcəfova Şəfiqə Ramiz qızının, Nəcəfov Qabil Ramiz oğlunun sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər X19, Ərizəçi2, Ərizəçi3 Ramiz oğlu, Ərizəçi4 Ramiz oğlu, Nəcəfov Mobil Ramiz oğlu, Nəcəfova Şəfiqə Ramiz qızı, Nəcəfov Qabil Ramiz oğlu ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610230** JN ***2 saylı Dövlət aktında qeyd olunmuş mülkiyyətçi “Nəcəfova Ceyran Bayram qızına münasibətdə Ərizəçi2” və “X7 münasibətdə Ərizəçi4” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər X19, Ərizəçi2, Ərizəçi3 Ramiz oğlu, Ərizəçi4 Ramiz oğlu, Nəcəfov Mobil Ramiz oğlu, Nəcəfova Şəfiqə Ramiz qızı, Nəcəfov Qabil Ramiz oğlu ərizələrini onunla əsaslandırmışlar ki, onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarı ilə 1.79 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 610230** JN ***2 saylı Dövlət aktı verilmiş və həmin torpaq sahəsi hazırda onların mülkiyyətlərindədir. Buna baxmayaraq onlara dövlət aktı verilərkən səhvən dövlət aktında Ərizəçi2 Barat qızının atasının adı “Barat” əvəzinə “Bayram”, Ərizəçi4, adı, soyadı, ata adı “Nəcəfov Ramiz Mehrac oğlu” əvəzinə “X13” kimi yazılmışdır. Onlar bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinə müraciət etmələrinə baxmayaraq orada onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Onlar da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi Ərizəçi1 Əvəz oğlu ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər Ərizəçi2, Ərizəçi3 Ramiz oğluna, Ərizəçi4 Ramiz oğluna, Nəcəfov Mobil Ramiz oğluna, Nəcəfova Şəfiqə Ramiz qızına, Nəcəfov Qabil Ramiz oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə ərizəçilər Ərizəçi2, Ərizəçi3 Ramiz oğlunun, Ərizəçi4 Ramiz oğlunun, Nəcəfov Mobil Ramiz oğlunun, Nəcəfova Şəfiqə Ramiz qızının, Nəcəfov Qabil Ramiz oğlunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstrdi ki, ərizəmi Ərizəçi1 Əvəz oğlu əmisi, digər ərizəçilər isə onun ailə üzvüləridir. Onlara Bərdə rayon, Xanxanımlı kəndində pay torpaq sahəsi verilmiş, lain torpağa gördə dövlət aktında Ərizəçi2 atasının adı Bayram, Ərizəçi4 Ramiz oğlunun adı, soyadı və ata adı səhf olaraq, X2 qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Nəcəfov Aftandil Möhsüm oğlu, şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçi Ərizəçi1 izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 610230** JN ***2 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarına əsasən Bərdə rayonu Xanxanımlı kənd sakinləri Ərizəçi1 Əvəz oğlunun, Ərizəçi2, Ərizəçi3 Ramiz oğlunun, Ərizəçi4 Ramiz oğlunun, Nəcəfov Mobil Ramiz oğlunun, Nəcəfova Şəfiqə Ramiz qızının, Nəcəfov Qabil Ramiz oğlunun mülkiyyətinə 0,22 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********01 nömrəli 11 mart 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi Nəcəfov Ramiz Əvəz oğlu JN-0032 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 379 nömrəli, 11 mart 2021-ci il tarixli rayaışdan müəyyən olunur ki, Nəcəfov Ramiz Əvəz oğlu Bərdə rayonu, Xanxanımlı kəndində yaşamaqla Ərizəçi2 Barat qızı, Ərizəçi3 Ramiz oğlu, Ərizəçi4, Ərizəçi5 Ramiz oğlu, Nəcəfova Şəfəq Ramiz oğlu, Ərizəçi7 Ramiz oğlundan ibarət ailə üzvüləri vardır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olnur ki, Ərizəçi1 Əvəz oğlu xx xxxxx 1958-ci ildə Bərdə rayonu Xanxanımlı kəndində doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxx 1962-ci ildə Bərdə rayonu Dəymədağlı kəndində doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olnur ki, Ərizəçi3 Ramiz oğlu xx xxxxxx 1982-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 08******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olnur ki, Ərizəçi5 xx xxxxxx 1986-cı ildə Bərdə rayonu Xanxanımlı kəndində doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olnur ki, Ərizəçi6 Ramiz qızı xx xxxxxx 1987-ci ildə Bərdə rayonu Xanxanımlı kəndində doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olnur ki, Ərizəçi7 xx xxxxxx 1990-cı ildə Bərdə rayonu Xanxanımlı kəndində doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi4 21 aprel 1984-cü ildə doğulmuş, atası Ərizəçi1, anası Ərizəçi2 qızıdır. İş materiallarında olan Bərdə rayonu, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Babayeva ( Nəcəfova) Ceyran Barat qızı 03 sentyabr 1962-ci ildə doğulmuş, atası Babayev Barat Həsən oğlu, anası, Babayeva Diləfruz Məzahir qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 0032 KOD 61023088 saylı Dövlət aktının X16, Ərizəçi2, Ərizəçi3 Ramiz oğluna, Ərizəçi4 Ramiz oğluna, Nəcəfov Mobil Ramiz oğluna, X8, Nəcəfov Qabil Ramiz oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X11, Ərizəçi2 Bayram qızının, Ərizəçi3 Ramiz oğlunun, Nəcəfova Mərcan Ramiz qızının, Nəcəfov Mobil Ramiz oğlunun, Nəcəfova Şəfiqə Ramiz qızının, Nəcəfov Qabil Ramiz oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-064F KOD 61001038 saylı Dövlət aktının X11, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 Ramiz oğlunun, Nəcəfov Mobil Ramiz oğlunun, Nəcəfova Şəfiqə Ramiz qızının, Nəcəfov Qabil Ramiz oğlunun məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1, Ərizəçi2 Bayram qızının, Ərizəçi3 Ramiz oğlunun, Nəcəfova Mərcan Ramiz qızının, Ərizəçi5, X4, Ərizəçi7 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 0032 KOD 61023088 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Ramiz oğluna, Ərizəçi4, Ərizəçi5 Ramiz oğluna, X8, Nəcəfov Qabil Ramiz oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1337/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1337/2021
21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver