Məhkəmə qərarları › İş №2(021)-1347/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1347/2023

25.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1347/2023 25.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçılar Səlı̇ mova Fəxrı̇ yyə Əvəz qızının, Vəlı̇ zadə Kənan Sənani oğlunun və cavabdeh Səlı̇ mov Qnı̇ yaz Əvəz oğlunun iştirakları ilə, İddiaçılar Səlı̇ mova Fəxrı̇ yyə Əvəz qızının, Vəlı̇ zadə Kənan Sənani oğlunun cavabdeh Səlı̇ mov Qnı̇ yaz Əvəz oğluna qarşı “çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyənləşdirilməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar Səlı̇ mova Fəxrı̇ yyə Əvəz qızı, Vəlı̇ zadə Kənan Sənani oğlu cavabdeh Səlı̇ mov Qnı̇ yaz Əvəz oğluna qarşı “çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. İddiaçılar Səlı̇ mova Fəxrı̇ yyə Əvəz qızı, Vəlı̇ zadə Kənan Sənani oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçılar hazırkı tələblə müvafiq notarial orqana müraciət etməli, mübahisənin məhkəməyə qədər həlli mümkün olmadıqda və ya notarius notariat hərəkətini aparmaqdan imtina etdiyi təqdirdə, həmin orqanın imtina etməsi barədə sənəd məhkəməyə təqdim etməklə iddianı davam etdirə bilər. Belə ki, məhkəmə tərəfindən iddiaçıya hüquqları izah edilsə də, notariat orqanına müraciət etməmiş, fikrini isə belə əsaslandırmışdır ki, notarius şifahi olaraq imtina edir. Həmçinin iddiaçı fikrini onunla əsaslandırır ki, notariata müraciət edilmiş və onlara vərəsəliyin dairəsində kimlərin iştirak edə bilmələri göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin hal vərəsəliyin dairəsi ilə bağlı olan haldır, həmin sənəd imtina kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin “çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Səlı̇ mov Qnı̇ yaz Əvəz oğluna verilmiş çıxarış JN 0061 kod ********** dövlət aktı əsasında verilmişdir və dövlət aktında qeyd olunan mülkiyyətçilər ilə çıxarışda qeyd edilən mülkiyyətçilər eynilik təşkil edir.Odur ki, “çıxarışın etibarsız hesab edilməsinə” dair tələblə də yenə də vərəsəlik ilə bağlı notariat orqanına müraciət edilməsi imtina olunduğu halda müraciət oluna bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehə qarşı “çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsi barədə mülki qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar Səlı̇ mova Fəxrı̇ yyə Əvəz qızının, Vəlı̇ zadə Kənan Sənani oğlunun cavabdeh Səlı̇ mov Qnı̇ yaz Əvəz oğluna qarşı “çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 263- 264, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar Səlı̇ mova Fəxrı̇ yyə Əvəz qızının, Vəlı̇ zadə Kənan Sənani oğlunun cavabdeh Səlı̇ mov Qnı̇ yaz Əvəz oğluna qarşı “çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar