Məhkəmə qərarları › İş №2(021)-1356/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1356/2023

20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1356/2023 20.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi, ərizəçinin nümayəndəsi X8, Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “uşağın atanın himayəsində olması faktı”na dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, Maraqlı şəxs ilə birgə nikah dövründə dünyaya gəlmiş 10 aprel 2009-cu il təvəllüdlü X4 onun himayəsində olmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2008-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründə 10 aprel 2009-cu il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X10 adlı 2 övladları anadan olmuşdur. Hal-hazırda onlar ayrı yaşayırlar və nikahları rəsmi olaraq pozulmuşdur. Nikahları pozulduqdan sonra uşaqlar anasının himayəsinə verilmişdir. Hal-hazırda xx.xx.2009-cu il təvəllüdlü övladı X9 təxminən 2 aydır ki, öz istəyi ilə onun yanındadır və onun himayəsində yaşayır. Zöhrə Əsgərzadə anasının yanına getmək və onunla yaşamaq istəmir. Hazırda övladı onun yanında rahat şəkildə yaşayır və Bərdə şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəbin səkkizinci sinfində oxuyur. Bunun üçün də xx.xx.2009-cu il təvəllüdlü övladı X4 onun yanında qaldığı üçün rəsmi olaraq onun himayəsinə verilməsini istəyir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X8 ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə dindirilən X9 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi olduğunu, atası ilə qalmaq istədiyini, anasının Sumqayıtda yaşadığını, anası ilə telefonla danışdığını, pedaqoq isə uşağın sərbəst izahat verdiyini bildirmişdir bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsin ünvanına bildiriş göndərilsə də o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini, uşağı və pedaqoqu dinləyib, tələbin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və tələbə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Bərdə şəhərində anadan olmuşdur. ünvan 4-da yaşayır. AA ******* seriya nömrəli şəxsiyəət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1987-ci ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1949-cu ildə anadan olmuşdur. AZE seriyalı, 08093931 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1956-ci ildə Bərdə rayonu, Kələntərli kənində anadan olmuşdur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, qaldırılan məsələnin araşdırması zamanı tərəflərin Səbail rayonu ərazsində faktiki olaraq yaşamadıqlar müəyyən edilmişdir. Ərizəçi Bərdə şəhərində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamasını, Maraqlı şəxs isə Ağdam rayonunda qeydiyyatda olub, Sumqayıt şəhərində yaşamasını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə rəy verilməsi üçün göndərilmiş sənəd kserosurətləri aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə geri qaytarılmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6837 nömrəli arayışdan görünür ki, Ərizəçi hal-hazırda ünvan 4-da qızı 2009-cu il təvəllüdlü X9 ilə birlikdə yaşayır. AZE seriyalı, 12495217 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2009-cu ildə anadan olmuşdur. Ağdam şəhəri, M.F.Axundov küçəsi, ev 36-da qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 266268 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2009-cu ildə Bərdə şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 608 nömrə ilə qeydə alınmışdır. Bərdə şəhər, N.Nərimanov adına 3 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 480 nömrəli arayışdan görünür ki, X9 2022-2023-cü il tədris ilində Bərdə şəhər, N.Nərimanov adına 3 saylı tam orta məktəbin 8B sinfində təhsil alır. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1356/2023 nömrəli qərardadın surətindən görünür ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş, Ərizəçi Maraqlı şəxs qarşı “uşağın onun himayəsində olması faktının müəyyən olunmasına” dair mülki iş üzrə tərəflərin valideynlərdən hansının himayəsində qalıb yaşamasınmın uşaqların mənafeyinə uyğun olub-olmaması barədə əsaslandırılmış rəyin məhkəməyə təqdim edilməsi Bərdə rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısnın yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir. Rəyin verilməsi üçün qərardadın surəti və 2(021)-1356/2023 nömrəli mülki işin materialları Bərdə rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına təqdim edilmişdir. Rəy verilənədək mülki işin icraatı dayandırlmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/371 nömrəli məlumatdan görünür ki, Ərizəçi Maraqlı şəxs qarşı uşağın atanın himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair 2(021)-1034/2023 nömrəli mülki iş üzrə Bərdə rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəy Bərdə rayon Məhkəməsinə göndrilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 11 may 2023-cü il tarixli rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1356/2023 nömrəli qərardadına əsasən Bərdə rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında Ərizəçi cavabdehMaraqlı şəxs qarşı “uşağın atanın himayəsində olma faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə qərardad və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək xx.xx.2009-cu il təvəllüdlü X4 valideynlərindən hansının himayəsində qalıb yaşamasının onun mənafeyinə uyğunluğu barədə rəy verilməsi məsələsinə baxılmışdır. Müəyyən olunmuşdur ki, Ərizəçi yaşadığı ev onun anası X5 məxsus fərdi yaşayış evidir, bir mərtəbəlidir, üç otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır, həmin evdə Ərizəçi və övladı Zöhrə Əsgərzadə yaşayırlar. Cavabdeh Maraqlı şəxs isə yaşayış yerini bilmədiyinə görə onun yaşayış yeri barədə akt tərtib edilməmişdir. İş materiallarında olan aktdan görünür ki, Bərdə rayon Məhkəməsində baxılan iş üzrə Ərizəçi Maraqlı şəxs qarşı uşağın atanın himayəsində olması faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(021)-1034/2023 nömrəli qərardadına əsasən Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi E.H.Qurbanov və ünvan 4 ünvanda yaşayan Ərizəçi yaşayış yeri üzrə Mənzil-məişət şəraitinə baxış keçirildi. Müəyyən olundu ki, Ərizəçi yaşadığı ev onun anası X5 məxsus xüsusi fərdi yaşayış evidir, kürsülü bir mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü şiferdəndir, üç otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır, həmin evdə Ərizəçi və övladı Zöhrə Əsgərzadə yaşayırlar. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-00134 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf Ərizəçidur. İş materiallarında olan 11 nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 50 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, Maraqlı şəxs ilə birgə nikah dövründə dünyaya gəlmiş 10 aprel 2009-cu il təvəllüdlü X4 onun himayəsində olmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. “Maumousseau və Washington Fransaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 06 dekabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. “Neulinger and Shuruk İsveçrəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 06 iyul 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə uşaqla görüş, yaşayış yeri və səyahət etmək ilə əlaqəli mübahisələri tənzimləyən dövlət hakimiyyət orqanlarını əvəz etməməlidir; O, Konvensiyaya əsasən həmin orqanların öz səlahiyyətlərini yerinə yetirərkən qəbul etdiyi qərarları nəzərdən keçirməlidir. Məhkəmə bu qərarları qiymətləndirərkən, milli məhkəmələrin, xüsusilə, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterində bütün faktorlar ilə ailənin vəziyyətinin və digər faktorların hərtərəfli araşdırılması ilə əlaqədar uşağın maraqlarının üstün tutulması halını nəzərə alaraq, həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilmə və tarazlama aparıla bilməməsinə daha çox diqqət yetirməlidir. “Pençevi Bolqarıstana qarşı”, eləcədə “Nazarenko Rusiyaya qarşı” iş üzrə də Avropa Məhkəməsi uşaqların maraqlarının üstün tutulmasını qeyd etmişdir. “Olsson İsveçə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 24 mart 1988-ci il tarixli qərarında göstərmişdir ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları biri-birindən ayrı yaşamağa məhkum etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasında münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç hökuməti üç qardaşı biri-birindən ayrı saldığına görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” üzrə Avropa Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə “Mustafa və Armağan Türkiyəyə qarşı” işdə məhkəmə qeyd etmişdir ki, uşaqlar arasında ailə bağlarının mühafizəsi olduqca mühüm vəzifədir və bu vəzifəni yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz (xüsusən valideynlərdən birinin hərəkətlərində bu təmaslara açıq-aydın mane olma əlamətləri görünürsə). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində məhkəmələrə tövsiyə etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Ərizəçi həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 7.4-cü bəndində qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Qərarın 7.5-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Beləliklə, məhkəmə qəyyumluq və himayəçilik orqanının rəyini, həmçinin X4 hazırda atasının yanında və himayəsində yaşamasını və atası ilə qalıb yaşamaq istədiyini bildirməsini, uşağın dərslərini yaxşı oxumasını və dərsə davamiyyətinin yaxşı olmasını, şagird kimi nizam-intizamlı olmasını, anasının yaşayış yerinin müayinə edilməsinə dair aktın iş materiallarında olmamasını və ananın uşağın atasının himayəsində olması faktının müəyyən edilməsinə hər hansı etirazının məhkəməyə daxil olmamasını, həmçinin Ərizəçi məxsus fərdi yaşayış evinin normal kommunal şəraitinin olmasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilərək xx.xx.2009-cu il təvəllüdlü X4 ərizəçi (ata) Ərizəçi himayəsində olması faktı müəyyən edilməlidir. Kоnstitusiyаnın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər iki uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X4 ərizəçi (ata) Ərizəçi himayəsində olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar