Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1360/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X23 oğlunun, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-184 KOD 61003018 saylı Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Həsənqaya kəndində 2.75 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-184 KOD 61003018 olan dövlət aktı da almışlar. Həmin dövlət aktında onun soyadı səhvən ailə üzvlərinin soyadı kimi Abbasov qeyd edilib. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-184 KOD 61003018 olan dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, ərizəçinin babasıdır. Onlara onun ailə başçılığı ilə pay torpaq sahəsi verilmişdir. Həmin torpağın verilməsinə dair dövlət aktında nəvəsinin soyadı səhvən Abbasova qeyd edilmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, ərizəçinin babasının qardaşıdır. Qardaşının nəvəsinə pay torpaq sahəsi verilmişdir. Həmin sənəddə soyadı Rəhmanzadə olduğu halda Abbasova qeyd edilmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-184 KOD 61003018 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1997ci il 15 dekabr tarixli 12 saylı qərarına əsasən Bərdə rayonu Həsənqaya kənd sakini Abbasova Güllü Fərman qızının mülkiyyətinə 2.75 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 143 nömrəli, 25 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Rəhmanzadə X17 rayonu, Həsənqaya kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 142 nömrəli, 25 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Rəhmanzadə Güllü Fərman qızı ilə X8 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş AZE 04253129 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, X12 oğlu 30 sentyabr 1948-ci ildə doğulmuş, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1993-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Abbasov Frəman Rəhman oğlu 26 yanvar 1969-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Abbasova Adilə Paşa qızı 12 aprel 1969-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 08337181 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Abbasov Elbəyi Hüseynqulu oğlu 22 iyun 1961-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Həsənqaya kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZ İ 384838 nömrəli arayışdan müəyyən olunur ki, Rəhmanzadə Güllü Fərman qızı xx xxxxxx 1993-cü ildə doğulmuşdur, atası Abbasov Fərman Rəhman oğlu, anası X11r. İş materiallarına əlavə edilmiş AZ-İ 324186 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Abbasova Səyyarə Cəfər qızı 08 fevral 2009-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş V-JQ 356562 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Abbasov Fərman Rəhman oğlu ilə Əliyeva Adilə Paşa qızı 12 noyabr 1991-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********23 nömrəli 05 mart 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, X5 JN 184 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-184 KOD 61003018 dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Abbasova Güllü Fərman qızının adına verilmiş JN-184 KOD 61003018 torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Abbasova Güllü Fərman qızının adına verilmiş JN-184 KOD 61003018 torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1360/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1360/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver